Azərbaycan şifahi xalq ədəbiyyatına



Yüklə 1,18 Mb.
səhifə114/128
tarix01.01.2022
ölçüsü1,18 Mb.
#104207
1   ...   110   111   112   113   114   115   116   117   ...   128
ZİYARƏTGAHLAR
Qərib Seyid

Sabir danışerdı ki, yığılıf burdan – Avılbəylidən gediflər Qərif Seyidi zi­yarata. Bir afdobus adamıymışdar. Orda hamı nəzir qoyuf. Bu da özü üç manat qoyuf. Deyif, bu qərif seyitdi, üsdündə dayananı yoxdu. Kim olsa, bu pulu gö­tü­rə bilər. Beləcə bu, pulu götürüf. 33, ya 43 manat pul oluf – axırı üçnən. Bunu götürüf, gətirif. Yolda da kimi deyif, nahax götürdün, kimi deyif, noolasıdı? Öyə əlif çatanatan peşmannıyıf. Biri munu qorxuduf. Öydə yoldaşına deyif kin, bu pulu çamadana qoy, dəymə, üşərgələndim. Pulu orya qoyuf, bir müddət də orda qalıf. Ər-arvat pula da dəymiyiflər. Aradan bir müddət keçmiş təntih vəzyət ya­ranıf. Deyif, nə fərqi var, budaana təntiyirəm, o pul məəm qolumnan qaldırjax. Get gətir. Qız gedif, qayıdıf ki, ay Sabir, üşcə manat var orda. O qədər tə­əsir­rə­ner, geder, mollanın yanına. Molla deyif, qoyulan pul osanata tüşəjəh. Ama sən qoyan nəzir qəbul olmadı, günah eliyifsən.




Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin