III mətn
Bizim kətdə ziyarat Məmmədalı bəy varıdı. Onu elə bilirdilər ki, imamdı. Onun əsil kökü Yekəallardanıdı – Ağdam kəndinnən. Buranın Ağdam kəndindəkilər Ağdam irayonunun Seyitdər kəndinnən gəliflər bura. Burda nə Ağdam varıdı, nə də seyit. Bütün Xatınnı camaatı ona hörmətnən yanaşerdı. Sora Meyti ağa varıydı. Sora Cahan xanım varıydı – Məmmədalı bəyin yoldaşıydı. Camahatımız ona hörmətnən yanaşırdı. Olların bir axundu varıydı.
IV mətn
Ora elə bir yerdi, qar bərk olanda qoyun ot tapbağa yer yoxdu. Orda həm qoyun çox oluf, həm də adam öldürüflər. Ona görə ora Qannı Qovu deellər.
Boşanax deerih, Ceyran çölünnən bəri, Kürün uxarsına qalxanda – boş torpaxdı, əyağı düzdü, geder düz Ağ yala çıxer.
Çovan dağı var.
Gödəh qaş var. Gəler, qaş gödəhdi, kəsiler.
Gürcüsdannan bizim aramızda Qanqrı deyilən yer var. Öz-özünə arxası üsdündə qalxıf. Dalı çaydı. Qavağı elədi ki, orya heç çıxılası döy. Qanrılma sözünnəndi.
Ayrım – keşmişdə dağ-aran əlaqəsi yoxuydu, maşın yoxuydu. Uzun müddət əlaqəsi olmordu. Olların biznən əlaqəsi olmadığına görə olara ayrım deerdilər. Bəzən də olara ay urum deerdilər. Güya Urumnan gəliflər. Ayrım ona körə deerdilər ki, dağ yerində yaşıyan adam çox kobud olordu.
Azaflı – Əzaflı sözünnəndi – kəndin adı. O vaxdı millət azıydı, ağrın alem, elə əzafnan, zulumnan yaşıyerdı. Azaflıdakılar gəlmədi. Elə bu kətdərin hamısında bir tirə gəlif yaşıyıf, artıf. O vaxdı Kürün qıraanda çox yaşıyerdılar.
Aşağı Ayıflı kəndi deerih, Eyyufludu.
Bozalqanlı – al qırmızı deməhdi. Boz türkün bozlar tayfasınnandı, yəni bozlar qırmızı qannıdılar.
Soora Qırıxlı kəndi var. Kürün qıraanda yaşıyıllar. Qırıxlı dööl, Qıraxlıdı – Kürün qırağında yaşamağa örə deeflər.
Qovlyar – Bakıda Qobusdan varmı? O hardan meydana gəlif? Bax bu Qovlyarın üç yanında dərə var. Dərənin əyağı gəler düzə çıxer. Dərənin əyağı düzə çıxanda ona qovu deellər. Bizdə var: Gen Qovu, Torpax Qala deellər, orda Sümühlü Qovu, Qasım Qovusu. Quşcunun o tayında var: Quru Qovu. İndi qovulular oluf Qovlyar.
Xatınlı kəndi – O camahat davakür, xatalı oluflar. Savet dööründə qoyuflar Xatınnı.
Dostları ilə paylaş: |