Azərbaycan şifahi xalq ədəbiyyatına



Yüklə 1,18 Mb.
səhifə123/128
tarix01.01.2022
ölçüsü1,18 Mb.
#104207
1   ...   120   121   122   123   124   125   126   127   128
TOY ADƏTLƏRİ

I mətn

Bir adam uşaanı öyləndirəndə elçi gedərdi. Ordan “hə” sözünü alardı. “Hə”sini alannan sora orya bir heyvan göndərərdi, beş adamnan. Anrıdan, bə­ri­dən göndərərdi. Onnan sorasına toylarımız yaxşı şən keçərdi. Bavam Mədətə Allah rəhmət eləsin, onun zurnasını Azərbaycanda çalan görməmişəm hələ. Bu nəmət haqqı (əlini qəndə uzadır – top.), Albəyimin yerinin yanında mal ota­rer­dıx, uşağ idik. Keçəl Vəli varıydı Cırdaxanda. Deməli, yağışdı gündə heyvanı orya gətimişdi, bizim yanımıza. Zurnaan səsinə hardan-harya oynuyardıx.

Toyda dirədöymə oyunu da oynanerdı. Dirədöymədə də kəndir idi, çatı. Oon ujun düyünnüyürdün. Sora da on iki adam bir tərəfdə, on iki adam da bir tə­rəfdə. Çatı da on ikisinə olordu, on ikisinə olmordu. Olar diziin üsdə durordu. Bu burdan gəlerdi, bu biri burdan. O direyi hası götürsə, işdi onu təpihnən təpə bildi, döyülmüjəh. Yox, təpəmmədi, götüdü qaşdısa, qayıdıf onu döyməyə ix­di­yarı var. Olların hamısın döyjəhlər. Taadım onu təpənə qədər.

Toyun günü özünnən asılıydı, bir də gördün dört gün. O biri kətdərdə gündə bir tireyi çağırerdılar. Bizim kətdə yox. Parçapiçini olordu. Qadınnar gə­lerdi. Hərə də pay gətirerdi. Savaxsı gün yuxa salannar gəlerdi. Yuxa pulu ve­rer­dilər. Aşığın, zurnaçıın pulun verer, onnan da bəri keçillərdi. Bir dəfə Aşığ Əsə­di burda oxutdular, Sultan Mahmutduda – qız öyündə. Beləcə siniyi hərrerdilər. Kimisi qəzet qoydu, kimisi kağız. Axırda baxdılıar, pul yoxdu, hamısı kağız-ku­ğuzdu. Aşığ Əsət kirimişcə getdi. Tafdıx kişi getdi, Qaraxannıdan Əhbəri, bir də Aşıx Rzıyı gətidi, Əlimərdannıdan. Ollar gəldi, qəşəh toy çaldı. Pul başdan tö­küldü.
II mətn

O vaxdı toylarda nə əzerdi, belə çalğı alətdəri? Yoxuydu. Aşıx olardı, bir də sazı. Zurnaçı da, balaman da bizdə Kürdəmirdən bəri yayıldı. Sora Şirvan aşıxlarınnan yayıldı. Bizim camahat köçəri formasında yaşıyıf burda. May ayın­da yaylaxda oluflar – Gözəldərədə. Toyu da yaylaxda eliyiflər. Varrı adamlar yeddi gün toy eliyif. Zurnaçı da çalerdi döşdə, dəyələrin qavaanda. Orda oy­nu­yan, gülən. O vaxdı nəsil nəsili axdarerdi. Fılan nəsildəndi, fılankəsin evladıdı. Onu təyin eliyənnən soora adam göndərerdilər üsdüörtülü, gessin. Onnarın nə­si­li, kökü bir-birinə uyğun gələndə adam gederdi. Deerdi, mən elçi gəlmişəm. Ollar da deerdilər, yaxşı örgənərik görəh, sən kimsən, oğlun kimdi. Uylaşarıxsa, razılaşarıx. Bəzən də görördün, bir yerə elçi gedəndə daş qoullarmış ora. Daşın üsdündə geder, oturordu. Deerdilər, elçi daşının üsdündə adam oturuf. Yəqin burya elçi gəlif adam. Mumu qoordular. Hər tirə özü üçün bir daş qourdu yay­laxda dəyənin kənarına. Bizim camahat sentiyabır ayınnan soora yaylaxdan gə­lerdi. Ceyran çölündə kolda olordular. Türk nəsilinnən qalma kimi qorxmaz, qo­çax. Heş gəsi yaxınına buraxmıyan bir nəsil iydi.



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin