YAS ADƏTLƏRİ
I mətn
Ölü apranda baş tərəf getməlidi. Gedəndə də, yerə qoanda da yönü qivləyə qoyulmalıdı. Qıvla Məkgədi – Məkgə də cənufdadı. İnsan yatanda yönü qıvlaya yatmalıdı. Qavırsannıxda da qıvlıyı təyin eliyillər. Qavırsannığa edəndə qapıyı kim açıfsa, o da örtör. Ölü bir gejə öyündə qonax qalanda ömrün uzun yaşamış hesav olunor. Yasda verilən yeməh ölü yerinə gələn adamlara hörmət üçündü. Onun ölüyə nə xeyri var, ölü quru ağaşdı.
Kətdə bir gündə iki ölü tüşüfsə, ikisi də bir gündə basdırılmer. Biri savaxsı dəfn olunor. Ölünün 40-ı başqa yerrərdəki kimi torpağa qoyulannan yox, ölən günnən hesaflaner. Touzda indi-indi cənazə namazı qılıner. Qavaxlar qılımmerdi.
II mətn
Ölünün üsdünə salınan ipəyə güzgü, qayçı, ya piçax, pişqa qoyulor. Ölü yüyülən yerdə çıra yaner. Üş günətən paltarrarı, barxanası yüyülməlidi. Yüyülməsə, ölü narahat olor, yuxuya girer. Qırxına kimi paltarrar paylaner. Kişidisə, papağı öyün damına tulluyullar. Üş gün öy süpürməzdər.
SÖYLƏYİCİLƏR
Mahizər İsrafil qızı Məstanova, 1953-cü il təvəllüdlü, müəllim. Bozalqanlı kəndində doğulub, Abulbəyli kəndinə ərə gəlib.
Həsənova Qaratel Hümbət qızı, 1926-cı təvəllüdlü, təqaüdçü. Abulbəyli kəndinə Xatınlı kəndindən gəlib.
Əliyeva Həmayə Vəli qızı, 1946-cı il təvəllüdlü. Cırdaxan kəndində doğulub, Abulbəyli kəndinə ərə gəlib.
Məmmədova Zəhra Mansır qızı, 1931-ci il təvəllüdlü, orta təhsilli, təqaüdçü. Bozalqanlı kəndi.
Qasımov Nəsir Qara oğlu, 1930-cu il təvəllüdlü, orta təhsilli, təqaüdçü. Cəlilli kəndi.
Həsənov Əsgər Nəcəf oğlu, 1926-cı il təvəllüdlü, orta təhsillidir. İki illik arıçılıq oxumuşdur. Bozalqanlı kəndi.
Dostları ilə paylaş: |