Şərhlər:
Al-tayqa – ən keçilməz dağlar; al-qaranlıq, zülmət
Bay – ən yaxşı, varlı, zəngin
Çok – tərifləmə.
Çulmus – natəmiz ruh
Ejikçi – gözətçi
Elik – cüyür, dağ keçisi
Kodok – qorxu nidası
Kok buka – göy buğa
Komırqay - ?
Körkey – bədbəxt
Merqen – atıcı, nişançı
Nokör – dost, yar, arvad
Ölön çadır – koma, alaçıq
Örökön – möhtərəm, hörmətli
Yeek – acgöz, xəsis
Yudu-tas – iylənmiş daz
Yulqek – bihuşdarı
Tas-kul – keçəl, daz qul
1Arjan – şəfalı bulaq, kuduk – quyu, çeşmə
2Yes – mis, yes tayqa – misli meşə.
3 Qalan – bəzən od-alovla baş verən ümumbəşəri faciə
4tayqıl – mifik, nəhəng it
5koçkor – dağ qoyunu, monqolca arqal, qırğızca arqar.
6Koquldey Kan-Kokülün əvəzinə verilib. Bu əvəzlənmə söyləyicinin unutqanlığı
ilə də izah edilə bilər. Yaxud Koquldey və Kokül sinonum adlar kimi qəbul edilməlidir.
7Edrek – dərini soyan alət
8Tamqa – acıqlı ifadə (söyüş)
9Qorxanda deyilir, məsələn, ilan görəndə.
10tülek – xam, aşılanmamış dana dərisi
11 Mətndə: temir-terektın tolqoy tuttı özök – ağac gövdəsinin qabığı. Tolqoy tut – ağacın gövdəsini qabığından çıxartmaq. Burulma hərəkəti ilə gövdə qabıqdan çıxır, tam bir silindr alınır. Yaz vaxtlarında söyüd budaqlarının qabığı gövdəyə zəif yapışır, oduncağın üst qatı sulu halda ondan ayrılır. Əvvəlcə gövdənin ucunun qabığı soyulur; bir əllə gövdənin ucundan tutulub bir tərəfə burulur, o biri əllə qabıqlı gövdə yerində sıxılır, əks tərəfə sıxılır. Bundan sonra gövdə qabığından asan və tez çıxır.
12Aral- kiçik meşə
13Arxa-dağın şimal tərəfi, meşə örtüklüdür. Meşəsiz tərəfi cənubdur. Yerlikin saqqalı nağılda “iki soyuğa” bənzədilir, yəni iki şimal istiqaməti.
Dostları ilə paylaş: |