Füzuli BAYAT
Filologiya üzrə elmlər doktoru,
AMEA Folklor İnstitutu
fuzulibayat@yahoo.com
UŞAQ OYUNLARI: RİTUAL QUTSALLIQDAN SOSİOLOJİ DƏYİŞİMƏ
Özət
Oyun uşaq dünyasının tərkib hissəsi olmaqla bərabər, onu həm fiziki, həm də mənəvi cəhətdən həyata hazırlayan əsas fəaliyyət növüdür. Uşaq dünyasının təbii ehtiyacı olan oyun ilk zamanlarda ritual mahiyyətli olmuş, zamanla tərbiyə və əyləncə funksiyasını üstlənmişdir. Uşaq oyunlarında iki faktor sintez edilmiş olur. Bunlardan biri uşaqların bilavasitə oyunun tərkib hissəsinə çevrilməklə fiziki və mənəvi cəhətdən inkişaf etmələri, müstəqil fəaliyyət göstərməyə hazırlanmalarıdırsa, ikincisi, uşaqların oyundan mənəvi və estetik zövq almaları ilə ətraf aləm haqqındakı biliklərini genişlətmələri, dərinləşdirmələridir.
Bununla bərabər uşaqların təlim və tərbiyəsində mühüm rol oynayan təhkiyəli uşaq oyunları, oyun yasaqları, oyuna qoyulan yasaqlar və əsasən, keçmişdən günümüzə qədər dəyişərək gələn oyuncaqlar da tədqiqat obyekti olmuşdur.
Açar sözlər: uşaq oyunu, ritual, sosioloji dəyişim, oyuncaq
Dostları ilə paylaş: |