Azərbaycan şifahi xalq ədəbiyyatına


f.2. Fiziki və zehni baxımdan zərərli oyunlara qoyulan yasaqlar



Yüklə 1,18 Mb.
səhifə22/128
tarix01.01.2022
ölçüsü1,18 Mb.
#104207
1   ...   18   19   20   21   22   23   24   25   ...   128
f.2. Fiziki və zehni baxımdan zərərli oyunlara qoyulan yasaqlar

Önəmli yasaqlardan biri də uşaqların qəzəb və əsəbini göstərə biləcəyi bir çox savaş oyunlarından – yumruqlaşma yarışının, dəyənəklə döyüşün, itə­lə­mə­nin, qismən dirədöymənin, uzun eşşək oyununun oynanmasına məhdudiyyət gə­tirilməsidir. Özəlliklə, fiziki cəhətdən zəif uşaqların həvəslənərək yoldaşları ilə birlikdə bu oyunları oynamaq istəməsi təhlükəlidir. Və ya qapalı məkanlarda və şəhərlərdə boksun, karatenin, zalımcasına öldürmənin, başın, qolların, ayaqların qoparılmasının sərgiləndiyi bəzi elektronik oyunlardan uşaqların uzaq tutulması oyun yasaqları baxımından çox önəmlidir.

Önəmli olan bir nöqtə də uşaqların təkbaşına oynayarkən fiziki zərər verə biləcək oyunlardan qaçmasını tərbiyə etməkdir. Uşaqlar, özəlliklə, oğlanlar kol­lektiv oyun zamanı özlərini göstərmək, təsdiq etmək üçün fiziki zədə ala biləcək oyunlara meyilli olurlar. Ancaq burada qeyd etmək lazımdır ki, oyun yeri və oyun vasitələri seçməkdə, bunlar onlara zərər versə də, verməsə də cinsiyyətin də önəmli payı vardır. Belə ki, oğlan uşaqları daha çox uzun eşşək, çilingağaç, dirədöymə, top, güləş və s. oynadıqları halda qızlar evcik, bəbək, halay və s. oyunlarına üstünlük verirlər. Yaşın artması ilə oyunların hərəkətliliyi, oyun va­si­tələrinin sərtliyi də buna paralel olaraq artır.

Burada zehni və fiziki əngəlli uşaqların nəzarətsiz qaldıqlarında bəzən ya­şıdları ilə oynamaq istəmələri və bu zaman bəzi acılar, ağrılar yaşadığı da göz­dən qaçmamalıdır. Belə uşaqlara uyğun bir dillə bu cür oyunlardan uzaq dur­ma­larını başa salmaq lazımdır. Bunun tərsi olduqda, yəni zehni əngəlli uşaqların sosial əlaqə qurmaqda çətinlik çəkdikləri zaman tənha oynanan oyunlara meyl etdikleri, “tək başına oynadıqları, ya da məqsədsiz davranış, hərəkət nümayiş et­dirdikləri görülür. Buna görə də həmyaşıdlarından və ya yetişkinlərdən tə­sir­lən­mə hallarının öyrədilməsində və dəyişik qavramların-bacarıqların qa­zan­dı­rıl­ma­sında çox yaxşı təşkil olunmuş oyun mühitinin öyrənməyə fayda saxladığının böyük önəm daşıdığı diqqət mərkəzində tutulmalıdır” (Slade A., Wolf D.P. (1994). Children at Play. Oxford University Press, 54) Həm bədəncə zəif, həm fiziki, həm də zehni çatışmamazlığı olan uşaqların oyunda normal uşaqlardan geri qalması onların ilk öncə ruhi zərbə almasına səbəb olur. Ona görə də uşaq­ların oyunu zamanı bu məsələ də diqqətə alınmalıdır.

Xüsusən, internet, planşet, oyun makinalarında yeniyetmə yaşına çatmamış uşaqların qorxunc varlıqların göstərildiyi oyunların onlarda zalımlıq, fərdiy­yət­çilik, amansızlıq aşılamasıdır. Belə oyunların gün-gündən artması, dövlət və va­lideyn nəzarətsizliyi və ya valideynlərin kifayət qədər internet oyunlarının zə­rə­rini anlamaması da tərbiyədə istənilməz nəticələrə gətirib çıxara bilir. Zorakılığı, amansızlığı aşılayan internet oyunlarının yasaqlanması gələcəkdə uşaqların həm fiziki, həm də zehni travma almadan yetişməsinin qarşısını ala bilər. Müasir dövrdə təhlükə doğuran uşaq oyunlarının başında milli dəyərlərə zərər verən oyunlar gəlir. Məsələn, müsəlman uşaqları internet oyunlarında müsəlmanların və ya türklərin vəhşiliyini, zalımlığını görüb başqa bir əhval-ruhiyyədə tərbiyə almış olurlar. Bu tip oyunlardan sonra uşaqlar milli mənsubiyyətlərinə, dininə nifrət ruhunda tərbiyə olunurlar.

Bəzi oyunları yasaqlamaq tərs təsir göstərə bilər. Belə ki, yasaqlanması və ya qısıtlanması gərəkli oyunları sadəcə olaraq məcburi yasaqla deyil, uşaqları təlginlə, başa salmaqla, bəzən belə oyunları uşaqlar üçün almamaqla, bəzən də uşaqları bu tip oyunlardan uzaq tutmaqla mümkündür. Bir sözlə, yasağın özü də müəyyən tərbiyəvi qayda daxilində, təmkinlə və səbrlə həyata keçirilməlidir.





  1. Son söz

İnsan həyatının ayrılmaz bir parçası olan oyun uşaqların yetişməsində, təlim və tərbiyəsində, sosial varlıq kimi böyüməsində önəmli vasitədir. Oyun vasitəsi ilə uşaq hər yaşda düşünməyi, suallar verməyi, sorğulamağı, problemləri həll et­məyi, kəşfetməyi, ən əsası da sosiallaşmağı öyrənir. Oyun uşaqları cəmiyyətin bir parçası etməyə hazırlayır. Oyunla uşaqların beyni inkişaf edir, həyata ya­ra­dı­cı baxışları formalaşır. Uşaq oyunlarının yaşamda və yetişmədə rolu psi­xo­loq­la­rın, pedaqoqların, antropoloqların, folklorçuların, filosofların hər zaman diqqət mərkəzində olmuş cəmiyyətin ən əski mədəni nailiyyəti kimi çıxış etmişdir.

Oyun uşağın daxili aləmini açmaq üçün bir vasitədir, məqsəd deyildir. Təbii ki, uşaq bütün hiss və duyğularını, düşüncə və xəyal gücünü qurduğu oyunlarda “dilə” gətirir. Bir sözlə, uşaq oyunda yaradıcılıq qabiliyyətini, aktiv və ya passiv olduğunu göstərmək imkanı əldə edir. Unudulmaması gərəkən ən başlıca məsələ oyunun gücünün (bax. Elkind, 2011) uşağın bir varlıq kimi mövcudiyyətini mü­əyyənləşdirən əsas amil olmasını bilməməyimizdir.

Zaman dəyişdikcə uşaq oyunlarının sadəcə olaraq məzmunu və mündəricəsi deyil, eyni zamanda növü və fəlsəfəsi də dəyişimə məruz qalır. XXI yüzilin tex­noloji çağında müasir kompyuter oyunlarının məişətə daxil olması, uşaqların arasında geniş yayılması kollektiv hərəkət etməyi arxa plana keçirdiyi kimi so­siallaşmanı da əngəlləmiş olur. Fərdiləşmə, toplumdan qopuqluq nəticədə uşaq­ların tərbiyəsinə, fiziki və mənəvi yetişməsinə əks təsir göstərmiş olur. Artıq əski uşaq oyunları bayramlarda, xüsusi günlərdə göstərilməklə keçmişi xa­tır­la­ma vasitəsinə dönüşür.
Qaynaqlar

Arsal S.Y. (2014). “Çocuk oyunları ve Bruegelin oyunu”, Saraydan sokağa oyun, Kavalcı, İstanbul

Atık, B. (1986). Okulöncesi Çağındaki Normal Gelişim Gösteren ve Down Sendromlu Çocukların Tercih Ettikleri Oyun Tiplerinin ve Oyun İçindeki Sosyal iklimi Davranışlarının İncelenmesi. Yayınlanmamış Bilim Uzmanlığı Tezi Hacettepe Üniversitesi Ankara

Baykoç Dönmez N. (1992). Oyun Kitabı. Esin yayınevi, İstanbul

Elkind D. (2011). Oyunun gücü. Çeviren D.E.Öngen, İmge, Ankara

Girmen P. (2012). “Eskişehir folklorunda çocuk oyunları ve bu oyunların yaşam becerisi kazandırmadaki rolü”. Milli Folklor, 24 (95), s.263-273

Karaman G., Nas E. (2012). “Çorum İskilip'te geçmişten günümüze aktarılan bir miras: Ahşap oyuncaklar”. Karadeniz Sosyal Bilimler Dergisi, 4 (14), s.103-116

Kâşgarlı M. (1999). Divanü Lugat-it-Türk Tercümesi, c.3, TDK, Ankara

Madi B. (2014). “Oyun ve beyin gəlişimi”, Saraydan sokağa oyun, Kavalcı, İstanbul

Nəbiyev A. (2009). Azərbaycan xalq ədəbiyyatı. I kitab. Çıraq, Bakı

Onur B. (1993). “Tarih boyunca oyunlar ve oyuncaklar”, A.Ü.Eğitim Bilimleri Fakültesi dergisi 25

Onur B. (2005). Türkiyede çocukluğun tarihi, İmge, Ankara

Onur B. (2010). Oyuncaklı dünya, oyuncağın toplumsal tarihi, İmge, Ankara

Onur B. (2014). “Anılardaki çocukluk: geleneksel oyunlar ve oyuncaklar”, Saraydan sokağa oyun, Kavalcı, İstanbul

Özhan M. (1997). Türkiye’de çocuk oyunları kültürü, Feryal Matbaası, Ankara

Sağlam T. (2007). “Çocuk oyunlarımız, ritüeller ve mit”, Metin Anda armağan, Hazırlayan M.S.Koz, YKY, İstanbul

Yavuz S. (2014). “Denge hareketsizliği kışkırtır”: Alexander Calder ve oyun”, Saraydan sokağa oyun, Kavalcı, İstanbul


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin