Bədii ifadə vasitələri – inversiya:
Hər işi tez başa insanlar düşər (1, 90).
Mübaliğə. Aşıq Şəmşir “fikrin, ideyanın daha qüvvətli və təsirli alınması üçün mübaliğədən istifadə etmiş və bu zaman mübaliğənin ( bədii şişirtmənin ) sərhədlərini ustalıqla gözləyərək bədii ideyanın daha dolğun təcəssümünə, bədii reallığın yüksək estetizminə nail olmuşdur” (4, 220).
Dostun bir görüşü dəyər min aya,
Xoş keçən bir günə il çata bilməz(1, 76).
Söz və ifadə yaradıcılığı. Morfoloji yolla yaradılan bir sıra nümunələrə təsadüf edilir:
Baxın, heyran qalır, təbəssümlənir
Ay da, Gün də mayağına vətənin(1, 52).
Güləş gözlə tale mənə baxan gün,
Şəmşir öz baxtını ətəkləmişdi (1, 68).
Cismi-canı mənə verən kimsənə
Əlimdən əlacım almamış hələ (1, 73).
Dostları ilə paylaş: |