Bütün türk xalqlarında olduğu kimi Azərbaycan xalqının da ailə həyatında övladın böyük rolu var. Yeni insanın dünyaya gəlməsinin mühüm və sevindirici ailə hadisələrindən olaraq öz ayin və mərasimləri, inam və sınamaları ilə mürəkkəb bir kompleks təşkil edir. Məqalədə doğum mərasiminin üç mərhələsində doğum qabağı, doğum zamanı və doğumdan sonra mamaçaların rolu araşdırılmışdır.