SƏFƏR MOTİVİNİN MİFOLOJİ ASPEKTLƏRI:
KOSMOSDAN XAOSA
Xülasə
Hər bir xalqın mifik təfəkkür süzgəcindən süzülüb gələn folklor nümunələri onun milli özünüdərkinin tarixi qaynağıdır. Bu baxımdan epik janrlarda ana motiv kimi sabitləşən səfər motivi və onun mifoloji aspektdən araşdırılması xüsusi əhəmiyyət kəsb edir. Məqalədə “kosmos və xaos” səfər motivinin istiqamət aldığı mifocoğrafi məkan kimi tədqiqata cəlb olunmuş və onu şərtləndirən yuxu, butalanma kontekstində izah olunmuşdur.
Açar sözlər: xaos, kosmos, yuxu, butalanma, inisiasiya, evlənmə
Dostları ilə paylaş: |