Azərbaycan şifahi xalq ədəbiyyatına



Yüklə 1,12 Mb.
səhifə16/105
tarix01.01.2022
ölçüsü1,12 Mb.
#104266
1   ...   12   13   14   15   16   17   18   19   ...   105
13. Modifikasiyalar. Öz mənşəyinə görə bir qədər dəqiq müəyyən edilə bil­məyən əvəzetmələr var. Əksər hallarda bu, kökü sadəcə söyləyicinin fan­ta­zi­ya­sına gedib çıxan yaradıcı əvəzetmələrdir, həm də belə formalar etnoqrafiya və ya tarix baxımından spesifik deyil. Ancaq qeyd etmək lazımdır ki, bu əvəz­et­mə­lər sehirli nağıllara nisbətən heyvanlar haqqında və digər nağıllarda böyük rol oy­nayır (ayının canavarla, bir quşun başqası ilə əvəz edilməsi və s.). Əlbəttə, on­lar sehirli nağıllarda da mümkündür. Belə ki, hava daşıyıcısı rolunda qartal, şa­hin, qarğalar, qazlar və başqaları da ola bilər. Axtarılan təəccüblü şey kimi qı­zıl­buy­nuzlu maral, qızılsaçlı at, qızıl lələkli ördək, qızıl tüklü donuz və başqaları bir-birini əvəz edə bilərlər. Xüsusilə bünövrəyə münasibətinə görə, ümumiy­yət­lə, ikinci olan formalar tez-tez şəklini dəyişirlər. Bir sıra formaların tutuş­du­rul­ma­sıyla göstərmək olar ki, tələb olunan təəccüblü şey, istə­nilən qızılı qıvrım saç­lı şahzadənin dəyişdirilməsindən başqa bir şey deyildir. Əgər törəməylə əsas for­manın müqayisəsi müəyyən azalan xətti göstərirsə, onda iki törəmə formanın mü­qayisəsi müəyyən parallelizmi göstərir. Nağılda xüsusi forma müxtə­lif­liyinə ma­lik olan elementlər var. Bura, məsələn, çətin tapşırıqlar aiddir. Madam ki, əsas növün tapşırığı verilmir, onda nağıl və onun konstruksiyasının bütövlüyü üçün bu məsələlərin necə olacağının bir o qədər fərqi yoxdur.

Bu hadisə daha kəskin şəkildə, bütovlükdə heç vaxt nağılın əsas növünə aid olmayan, onun tərkibinə daxil olmayan hissələrin tutuşdurulması vaxtı or­ta­ya çıxır. Belə elementlərə əsaslandırmalar aiddir. Amma transformasiyalar bə­zən bu və ya digər hərəkəti əsaslandırmaq ehtiyacını yaradır. Buradan tamamilə eyni hərəkətlərin ən müxtəlif əsaslandırmaları yaranır. Məsələn, qəhrəmanın sür­günü (sürgün — ikinci törəmədir) çox müx­təlif üsullarla əsasladırılır. Əksinə, qı­zın (ilkin xarakterli forma) ilan tərəfindən oğurlanması zahirən demək olar ki, heç vaxt əsaslanmır: o daxilən əsaslandırılmışdır.

Komanın bəzi əlamətləri modifikasiyalara da meyillidir: toyuq ayaqlarında ko­manın yerinə "keçi buynuzlarında, qoyun ayaqlarında" koma ilə qarşılaşırıq.


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin