Azərbaycan şifahi xalq ədəbiyyatına


МИФОЛОГИЧЕСКИЕ МОТИВЫ ПОВЕРИЙ



Yüklə 1,12 Mb.
səhifə41/105
tarix01.01.2022
ölçüsü1,12 Mb.
#104266
1   ...   37   38   39   40   41   42   43   44   ...   105
МИФОЛОГИЧЕСКИЕ МОТИВЫ ПОВЕРИЙ

В ЭПИЧЕСКИХ ТРАДИЦИЯХ

(На основе романа «Сес», М.Сулейманлы)

РЕЗЮМЕ

В статье исследуется связь содержание произведения с идейно – ху­дожественными особенностями, с мифическим мышлением, поверьями и пред­ставлениями данные в романе М. Сулейманлы «Сес». Отдельно опре­деляются особенности создания образов на основе мифических архее­типов.

Ключевые слова: эпический, содержание, мифический, архетипы, верования
Məsələnin qoyuluşu: Epik ənənə, konkret olaraq M.Süleymanlının «Səs» romanında əski düşüncə, təssəvvürlərə bağlı mifoloji motiv, modellərin se­man­ti­ka­sı, işlənmə mexanizmi və arxetip dominantlığının mövzu, obraz və. s ilə bağ­lı­lıq prinsiplərinin müəyyənləşdirilməsi.

İşin məqsədi: M.Süleymanlının «Səs» romanı əsasında Azərbaycan nəs­rin­də mifoloji düşüncənin bədii-estetik, ideya-məzmun kontekstinin araşdırılması.

Həyatı, dünyanı obrazlı dərk etmək cəhdinə əsaslanan mifologiya bütün xalq­­ların tarixi, ilkin yaddaşı, dünyagörüşünün mühüm tərəfi kimi çıxış edir. Hər bir xalqın etnik-milli dünyagörüşünə bağlı mifologiya uzun tarixi keç­mi­şin­dən uzaqlaşmasına baxmayaraq, öz arxaik rudimentləri ilə insanların həyat və mə­işə­tində yaşamaqdadır. Zamanında ibtidai insan tərəfindən həyatın özü kimi ya­­şanıb, qəbul edilən mifologiya xüsusilə mədəniyyətin müasir səviyyəsi, məz­mun dəyərlərində qorunmaqdadır. İncəsənət, ayrıca ədəbiyyatda milli yaddaş möv­­qeyindən çıxış edərək poeziya və nəsrdə qiymətli ədəbi ənənəyə çev­ril­miş­dir. Məlumdur ki, epik ənənədə mifoloji görüntünün modelləri müxtəlif olmaqla çox­çalarlıdır. Mifologiya bu və ya digər etnos üçün ən mükəmməl sistemli mətn, həm də rudiment şəklində mövcud olmaqla fərqləndirilməkdədir. Rudiment, ob­raz, simvol şəklində olan bu arxaik qalıqlar müəllif tərəfindən bəzən məqsədli şə­kildə işlədilsə də, əksər hallarda onun niyyətindən asılı olmayaraq ma­hiy­yə­ti­nə varılır. Azərbaycan ədəbiyyatında Anar (“Ağ qoç, qara qoç”), Elçin (“Ağ dəvə”), M.Süleymanlı (“Köç”, “Ceviz qurdu”, “Səs”), İ.Əfəndiyevin (“Geriyə baxma qoca”) və s. yazıçıların əsərlərində mifoloji düşüncə modelləri geniş, müx­təlif formaları ilə süjet, obraz əhatəliliyində funksionallığı ilə seçilir.

Bədii yaradıcılıqda götürülən hər bir obraz müvafiq fərdi, psixoloji key­fiy­yət­ləri ilə seçilməsinə baxmayaraq, onun həyat tərzi, dünyagörüşü, davranış nor­ma­tivləri aid olduğu etnosun yaşayış kompleksini formalaşdırır. Milli müəy­yən­lik mövqeyindən ümumiləşdirilən bu səciyyəvilik mədəniyyət aktı olaraq sosial, mən­­subiyyətlilik, etnos daxili zaman və məkan baxımından seçilir. Geniş, həyati ba­­xımdan yanaşılan bədii obrazların xalqlar, onların keçmişi, məişəti, milli kodeks­ləri əsasında yaradıldığını nəzərə alsaq, sözsüz ki, bu istiqamətdə obrazın daşı­dığı etnik dünyagörüş, inam və düşüncə motivləri ön plana keçir. Hətta öz-öz­lü­yündə ayrıca davranış modelinin pozulması obrazın bədii kimliyini belə kon­­kretləşdirmiş olur.

İnsan, mənəviyyat və cəmiyyət problemlərinin işıqlandırılması isti­qa­mə­tin­də yazılan M.Süleymanlının “Səs” romanı bu xüsusda diqqəti cəlb edir. 80-ci il­lərin əvvəllərində qələmə alınmış “Səs” sovet dövrü, bu dövrün siyasi-ideoloji tə­zyiqində yaşayan bütöv bir cəmiyyətin daha çox mənəvi problemlərini əhatə edən geniş tutumlu romandır. Bu cəmiyyət, dövrün, insanının mənəvi iflası, gə­lə­­cəyə ümidsizliyi, faciəsi əsərdə müxtəlif sosial statuslu obrazların həyatı psi­xo­­loji düşüncələrinin timsalında ümumiləşdirilmişdir. Romanda 6 mərtəbəli, çat ver­­məkdə olan bina və onun sakinləri məhvə məhkum cəmiyyət, iflasa uğramış mə­­nə­viyyatın görüntüsü olaraq simvollaşdırılmışdır.

Müəllifi düşündürən problemlər əsərdə müxtəlif təbəqədən olan insanlar, on­ların adi, gündəlik qayğıları üzərində qurulmaqla ayrı-ayrılıqda ümumi­ləş­di­ri­lən obrazların fərdi, tipik mahiyyətində izlənilməkdədir. Yuxarıda da qeyd olun­du­ğu kimi, bütün hallarda bu obrazlar öz-özlüyündə müvafiq etnos, xalqın dü­şün­cə, həyat tərzi, əski inamlarını təlqin etməkdədir.

Romanda halallıq-haramlıq, mədəniyyət-murdarlıq və s. pozulması ob­raz­la­rın fərdi xüsusiyyətləri, həyat tərzi əsasında müşahidə edilir ki, hər bir və­ziy­yət­də bu insanlar öz əski mifik inam və görüşlərindən çıxış edirlər. Konkret ola­raq obrazların səciyyəsi romanda iki qrupda müəyyən edilir:

1) Dəyişən zamanın özü ilə gətirdiyi siyasi-sosial dəyişikliklərdən öz mən­fəətləri üçün əyri yolla yararlanıb faydalı əməl və inamdan uzaq düşənlər.

2) Sonadək halal və haramın tarazlığını saxlayıb sakit, inamlı həyatlarını ya­şayanlar.

Romanda hər iki istiqamətdə səciyyələndirilən obrazlar üçün əski inam­la­ra bağlı davranış formulları, əxlaqi dəyərlər mövcuddur, lakin onların həyat tər­zi, ömürlərində bu düşüncələri yaşatmaları tam fərqlidir. Roman boyu geniş kon­tekstdə bütün obrazlar üçün xaos-kosmos qarşılığında ümumi bir xof, qorxu ya­şan­maqdadır.

İl­kin halda vəzifəli şəxsin qardaşı ilə qonşu olmaq xofu insanları doğru yol­dan sapdırmış, müsbət əxlaqi davranışlardan uzaqlaşdırmışdır. Anaşa satan, mə­həllədə “professor” ləqəbi ilə tanınan İskəndər, onun əlaltıları, evlər idarə­si­nin müdiri Dəmir, evini əxlaqsızlıq yuvasına çevirən Məleykə, din, imanını pula sa­tan Hacının və s. qorxusu məhz Kamal müəllimin vəzifə səlahiyyətlərinin xo­fu­na bağlıdır. Bu insanların davranışları, əməlləri əslində riyakarlıq üzərində qu­rul­maqla Kamal müəllimin hörmətini qazanmaq, ona yaxınlaşmaq məqsədini gü­dür. İkinci halda isə obrazların xofu, qorxusu halal və haram mizanının söy­kən­diyi axirət inamına əsaslanır. Pianino ustası Haley, Buta xala, Umbikə kimi ob­razların səciyyəvi xüsusiyyətləri bu inam və düşüncədən irəli gəlir.

Yeni zaman, dövrün yaratdığı asudəlik, özbaşınalıq bu cəmiyyətin əski əx­laq, inam və dəyərlərinə tamamilə ziddir. Ayrı-ayrı obrazların sosial mən­su­biy­yət­lərinə bağlı davranışlarının yeni cəmiyyətə uyğunlaşdırılması bütün hallarda et­nosun tarixi, əxlaq-etik mövcudluğuna qarşıdır. Romanda bütün obrazların ya­şa­­dıqları cəmiyyətə uyğun qazanc əldə etmə fəallıqlarında nəticə olaraq onların şüur­altı dünyaları, təfəkkürlərində yaradan qarşısında sorğu olunmaları, ha­lal­lı­ğın itməsi müqabilində cəzalandırılmaları inamı dayanır. Başqa sözlə desək, in­san psixikasının yönəldildiyi, daha çox öz etnik dünyagörüşünə bağlı Allaha inam, pisliklərin cavabsız qalmaması inancı, cəzalandırılma romanda əksər ob­raz­ların süuraltı fikir qatında qalmaqdadır. Qorxudanlar, eləcə də bu xofu ya­şa­yan­lar üçün bu mənəvi haqq keçilməzdir. Cəmiyyət məhv olmaq üzrədir. Haleyin təbirincə, parçalanan zaman çat səslərini çalmaqdadır, eyni istiqamətdə in­sanın özünə qayıdışı, əbədi, haqqa bağlı xofun varlığı canlanmaqdadır. Dün­ya­nın, zamanın, yaşananların ilkin inamlardakı qapalı, təkrarlanan modeli burada mi­fik təfəkkürün mühüm tərəfi kimi çıxış edir.

Romanda cəmiyyətə uyğun yaşayıb öz içindəki haqdan uzaqlaşan Məleykə ob­razı bu baxımdan xarakterikdir. Ömrü boyu “dünyanı tanıyandan adlı-sanlı, san­ballı adamların” üzünə durmaqla onları şərləyib pul qazanan, evini əx­laq­sız­lıq yuvasına çevirən bu qadın sonunda “tük gətirməklə” “Allahın qəzəbinə” dü­çar olur. Obraz öz düşüncələrində cəzalandırılma həqiqətinə olan inamını tö­rət­di­yi əməllərə bağlayır: “... Allahın adından da qorxmağa başlamışdı, Allahın adı­nı çəkən kimi şər atıb tutdurduğu adamlar gözlərinin qabağına gəlirdi. Hər hal­da Allahın işidi. Arvad ola-ola birdən-birə kişi kimi tük gətir, tüklən, Al­lah­dan başqa kimin işi ola bilər bu...”(4, 416) Allahı tanıma, ömrünün müəyyən döv­ründə bu inancı özünə daha yaxın buraxmaqla bağlanması obrazın etirafı ola­raq onun təslimidir. Halallığın haqlarını içində daşıyıb (Allaha olan inamı), əməl­lərində onlardan uzaqlaşan Məleykə obrazı mövcudluğun qapalı modelinə uy­ğun sonda öz əski inancını qəbul etmiş olur.

Romanda halallığını yaşayan və bunun qorunması üçün mübarizə aparan ob­­razlar içərisində Buta və Umbikə xala obrazları ayrıca yer tutur. Oğlanlarının ha­­ram pul qazanmalarına göz yuma bilməyən Buta xala ömrünün son günlərində ya­­tağa düşərkən belə bir tikə halal çörək dadmaq üçün övladlarına yalvarır. Bu yal­­varış və halallığın axtarılması obrazın öz iç dünyasının kökləndiyi inanca-ha­ram, naqisliyin cəzalandırılması inamına bağlıdır. Ağbirçək ananın göz yaşları içə­­risində söylədiyi “sizin cavabınızı verəmməyəcəm. Döşümnən asacaqlar məni” yalvarışları eyni düşüncədən irəli gəlir.

Buta xalanın (obrazın adının da tarixi-milli arnamentlərin simvolikasından gö­türülməsi də təsadüfi səciyyə daşımır) etiqadında axirəti əks etdirən, ədəbi hə­yat və səadətin qazanılması bu dünyada mövcuddur. Eyni zamanda axirətə, yə­ni xeyirli həyat tərzi keçirərək yaşayan hər kəsin səadət (cənnət), əksinə pis əməl­lilərin cəza (cəhənnəm) ilə mükafatlandırılmasına inam Buta xala üçün sa­də­cə dünyagörüş formulu deyil, onun həyat tərzi, yaşadığı ömrün özüdür.



Romanda eyni məqamda halal və haramlığın sınağından keçmə, Allaha inam Umbikə xalanın da obraz kimi səciyyələndirilməsində ilkin cəhət olaraq se­çilir. Doğma bacısı Məleykənin əməllərinə görə xəcalət çəkən, onu özündən uzaq­laşdıran Umbikənin cəmiyyətdəki pisliklərdən aldığı qorxusu onu Allaha, nə­­nəsinin dilindən eşitdiyi ata-baba adı kimi bir doğmalıq duyduğu Tanrıya ya­xın­­laşdırır “…Allah, demək istəyirdi, birdən Tanrı yadına düşdü. Nənəsi həmişə dua qılanda Tanrının adını çəkərdi, Tanrı məni eşidir, deyərdi, Allah eşitmir. Tan­rının adını da doğurdan da ata-baba adı kimi bir yaxınlıq, doğmalıq vardı. Xa­taları uzaq elə bizdən, ay Tanrı!...”(4, 460) “Tanrı” adının Allahdan fərq­lən­di­rilməsi əslində obrazın gözünü açdığı, həyatı, dünyanı tanımağa başladığı an­dan hər gün eşitdiyi, özündə eşidə-eşidə doğmaları – ata, anasıyla birlikdə bö­yüt­düyü məhrəm, sirli varlığa olan düşkünlüyə bağlıdır.

Romanda diqqəti cəlb edən cəhətlərdən biri də obrazların mifoloji təfək­kü­rün­­də şam, işıq əyəsinə olan inamıdır. Türk mifoloji düşüncəsində “sahib” mə­na­­sında işlədilən “əyə” (bəzi variantlarda “ic”, “iye” və s.) hami ruhlar mənasını ve­­rir. Bu mifoloji motivə bağlı geniş yayılmış su əyələrindən fərqli olaraq bu­ra­da şam, işıq əyəsinə inam vurğulanır. Əsərdə oğlu nəzarətə alınan ana Haleyin ayaq­­larına düşüb yalvarır, onun xilasını qardaşı Rəhimovdan istəyir. Bu zaman ovuc­­larında yanan işıq obrazın yalvarışının cavabı olaraq “gözə görün­mə­yən­lər”in şamı kimi onun təsəllisinə çevrilir. Eyni inam və xəyali görüntünü Haley yu­­xu­sunda ovcuna qoyulan şamla yaşayır.

Əyə – Orta Asiya, Qərbi Sibir, Altay Kazan və s. türk xalqlarının mi­fo­lo­gi­ya­sında “sahib” ruh anlayışı olaraq geniş yayılmaqla müxtəlif məkan, yaşayış yer­ləri ilə əlaqələndirilməkdədir (orman, ev yiyələri və s. anlamında). Digər tə­bi­ət elementləri, xüsusilə işıq əyəsi faktı isə daha çox iç dünya, mə­nə­viy­yat aktı ola­raq formalaşmışdır. İşıq inamının mifoloji kökündə dayanan is­ti­lik, baş­lan­ğıc, aydınlıq, daha geniş mənada bu dünya və s. mənaları sonralar xalq mifik tə­fək­küründə cilalanaraq ruh, sahib anlayışlarında konkretləşmişdir. Bu mənada hər kəsin işığı, onun öz sahibi, ruhu kimi inanca çevrilmişdir. Ro­man­da da işığa and, şam nurunun istisinin yuxuda, eləcə də aşkarda hiss olun­ma­sı sovet cə­miy­yə­tinin yeni aurasında həyat, talelələrinin axarından asılı ol­ma­ya­raq öz soy-kökü, dünyagörüşünü mifoloji təfəkküründə qoruyan insanların sə­ciy­yəsində ve­ri­lir. Müəllif iradəsindən asılı olmayaraq obrazın həyat, məişətinin bu mifik re­al­lıq­da canlandırılması əslində obrazların həyatiliyinə əsaslanır. On­la­rın adi mə­i­şət həyatı, yaşayışında sadə bir dua, çağırışa çevrilən bu elementlər böyük, tarixi əs­ki inam, düşüncə sistemində etnosun mifik yaddaşı ilə səsləşir.

Eyni işıq həqiqətinin bağlandığı ikinci bir tərəf kosmoqonik miflərdən sa­yı­­lan Ay obrazına olan münasibətdir. Romanın bir neçə yerində, canlı-itin ha­di­sə­­lərin müşahidəçisinə çevrilərək gördüyü, yaşadığı haqsızlıqlardan təsirlənərək gö­yə - Aya ulaması və bunun daha çox obrazların öz çirkin əməllərinə daha çox bu­­laşdığı məqamla üst-üstə düşməsi də təsadüfi səciyyə daşımır.

İt İskəndər və onun əlaltılarının binaya daşıyıb gizlətdiyi, sonra da dostları va­sitəsilə payladığı anaşa, narkotik maddə alverçilərini, evini əxlaqsızlıq yu­va­sı­na çevirən Məleykənin çoxsaylı qonaqlarını, Tokayın binanın VI mərtəbəsində aç­dığı studiyasındakı ədəbsiz film həvəskarlarını hər gün qarşılamaqdadır. Göz ön­ündə yaşanan pisliklərə hürən, acığını-hirsini bəzən onlara hücum edib qap­maqla soyudan bu canlı həmişə döyülüb, bir kənara atılmaqla cəzalandırılır. Əs­lin­də romanda 6 mərtəbəli binanın, simvolik mənada çürüyən cəmiyyətin önünə çı­xaran it öz arxaik həyat tərzi-mahiyyətini qoruyub saxlayan yeganə canlıdır. Ən qədim dövrlərdən başlayaraq köçəri həyat tərzi yaşayan xalqlar ev hey­van­la­rı içərisində sədaqət, güç, qorumaq, etibarlılıq timsalında itlərə xüsusi önəm ver­miş­dilər. İtin canlı olaraq qorumaq, sahibinə aid olanı saxlamaq funksiyası ro­man­da öz etnik mahiyyətində qabardılmaqla məlum cəmiyyət, xırda bina sa­kin­lə­rinin cürüyən mənəviyyat və saflığına qarşı qoyulmuşdur. Pisliyə, murdarlığa, ha­rama hürən it, əslində itən bu mənəvi dəyərlərin qorunmasına çalışır. Anaşa sa­­tan İskəndər, əxlaqsız Məleykənin qonaqları, riyakar Dəmirdən aldığı təpiklər, iş­­gəncələr belə iti öz əməlindən uzaqlaşdıra bilmir. İtdən uzaqlaşmaq üçün onu az­­dır­mağa qərar versələr də uca dağ döşünə aparılan bu canlı yenidən şəhərə, 6 mər­­təbəli binanın önünə qayıdır. İt hürür, əski məişətdəki karvanlara, qaranlığa, hə­­nirtiyə, həyət-bacaya soxulacaq dəvətsiz qonaqlara deyil, açıq-aşkar günün-gü­n­orta çağı belə öz vicdansızlıqları, alıb-aldatmaları, əxlaqsızlıqları ilə ətrafı mur­­darlayanlara qarşı çıxır.

Cəmiyyət üçün narahatlıq keçirən adi, saf insanlardan fərqli olaraq, canlı-it öz hikkə və üsyanını Aya-göy üzünə ulaması ilə bildirir. İtin Aya üz tutub ula­ma­sı da mifoloji kontekstdə simvollaşdırılmışdır. Sibir-şaman mifologiyasında Ay dünyanın gecə qaranlıq yarısı ilə əlaqələndirilir, ayrıca Çukca miflərində isə in­­sanlara bədbəxlik gətirən məxluq Seles-Ayla bağlanır (5).

İnsan ölümü, ruhun dəyişməsi ilə bağlı miflərdə də Ayın əsatiri – rəmzi mə­­nalarına rast gəlinir. Belə ki, bu mifoloji görüşlərdə insan ruhu, ayrıca ölən in­­san, heyvan gözlərinin Ayda yerləşməsi ilə bağlı faktlar diqqət mərkəzindədir. Ölü­­m­dən sonrakı həyatda ruhun yerləşdiyi Aydan kosmosun izlənilməsi mi­fo­lo­ji motivi sonralar şifahi və yazılı ədəbiyyatda poetik cilalanma nəticəsində şa­hid­lik, çağırış və s. mənalarda simvollaşdırılmışdır (Klassik nəsrdə Ə.Haq­verdiyevin “Ayın şahidliyi” hekayəsi bu xüsusda daha maraqlıdır).

Binada, simvolik mənada bu mikrocəmiyyətdə baş verənlər – Dəmirin iki­üz­lü­lüyü, İskəndərin Nazlının bədəninə sarıdğı pulların istisini, Məleykənin evinə gəlib-gedən bazar alverçilərinin əxlaqsızlığını gördükcə və hər dəfə bu insanlar tə­­rəfindən təhqir olunub, qovulduqca it göy üzünə - Aya üz tutub ulayır. Ay mi­fik müəyyənliyində şahidlik kimi itin çatdırmaq istədiyi səsə çevrilir. Ro­man­da di­­gər obrazların da itin ulamasından həyəcanlanması bu inamın ma­hiy­yə­ti­nə bağ­­lıdır. “...Beləcə, qorxu iti təzədən əzməkdəydi, ona görə də ağzını düz bi­­na­nın üstündə dayanmış Aya tutub uzun-uzadı uladı, bir məhəllə o yanda Umbikə ar­­vad itin səsinə yuxudan oyanıb qalxıb yerinin içində oturdu, əlini üzünə çəkib: – Nə xətasıdı, Allah –, dedi, – yenə axtarır bizi?! O it boşuna ula­mır, nə nifrindi yağ­­dırır üstümüzə, iraq elə bizdən”(4, 460).

İnama çevrilən mifologiya bu gün rudiment, obraz, simvol şəklində qalan ar­­­­xaik qalıqları ilə mövcuddur. Təhlil olunan “Səs” romanında da obrazların sə­ciy­­­yələndirilməsində ön plana keçən mifoloji inam bu insanların böyük ək­sə­riy­yə­­ti üçün tanış, doğma, bu və ya digər dərəcədə mahiyyətinə varılan mənəvi ta­pın­­tı sistemidir.

İtin ulaması Tanrıya üz tutma, çağırış motivini ifadə etməklə daha fərqli tu­tu­mda Hacının peşmanlığı, “ölə bilməmək” xofuna bağlanır. Vaxtilə atasının üzü­­nə durub onun ölümünə bais olan Hacı da “elə ulaya-ulaya qalacağam dün­ya­da” – təəssüfü, qorxusuyla vicdan əzabı çəkir. Hər iki çağırış səslənmə kimi xaosa ünvanlanır. İlkinlik, qeyri-müəyyənlik, aliliyin qarşısında bu səs həm də inam, ümid, sitayiş motividir.

Romanın sonuncu fəslində bu motiv daha da konkretləşərək mifik si­ta­yi­şin ritualı-dua şəklində ön plana keçir. Olanlar, yaşananlar, haram əməllər, “yer əkib, toxum səpilən kimi günah əkilən yer üzü” Tanrıya qarşı duadadır. Dünyanı ta­­nıyandan yaşamaq, mübarizə aparmaq üçün insanın tapındığı qüvvələrə səs­lə­yi­şi – dualar bu günün insanını təfəkküründə eyni inanc, ümid yeridir. Yazıçı bu ro­­manda “səs”in ritminin pozulması – simvolik yöndə cəmiyyətin, insanların ha­lal­­lıqdan uzaqlaşması, sonda yenə də əski inam və sitayiş – dua etməklə pis­lik­lər­­dən arınma, yaradanın mərhəmətini qazanmasını bədii yolla yaradıcı şəkildə əks etdirir.

Mif – folklor ənənələrinin nəsrdə zənginliyi göründüyü kimi, bir sıra mo­del­­lərlə xarakterizə olunur. Mifoloji motiv, obraz, simvol və s. yaradıcı bəh­rə­lən­­mə nəsrin kompozisiya quruluşu, poetik xüsusiyyətləri, ümumilikdə struk­tu­ru­­na öz təsirini göstərmişdir. Bütöv mif folklor motivlərinin nəsrə gətirilməsi, bu mövzuların yazılı ədəbiyyatın kontekstində işlədilməsi, sistemləşdirilməsi nis­­­bətən məhduddur. Ayrıca obraz, simvol, rituallar şəklində mifoloji gös­tə­ri­ci­lər­­­lə zənginliyi baxımından isə istər klassik, istərsə də müasir nəsr geniş, çeşidli mi­­­foloji informasiyanı özündə cəmləməkdədir.

Bu baxımdan, 70-80-ci illərdən başlayaraq Azərbaycan nəsrinin mü­əy­yən­li­­yi onun poetik-mifoloji qatının mükəmməlliyinə bağlanır. Yeni epik ənənədə mi­foloji motiv, obrazlara, mifik-simvolik elementlərə geniş yer verilməsi canlı, hə­yati obraz yaratma, milli özünəqayıdışın nəsrdə möhkəmləndirmə prinsipi ola­raq diqqəti cəlb edir.


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin