Elmira MƏMMƏDOVA-KEKEÇ
Filologiya üzrə fəlsəfə doktoru,
AMEA Folklor İnstitutu, Xəzər Universiteti
mamedovaelmira4@gmail.com
ÇAĞDAŞ VÜCUDNAMƏLƏRİN FORMA VƏ MƏZMUN ÖZƏLLİKLƏRİ
XÜLASƏ
Modern vücudnamələrlə bağlı bu məqaləmizdə son dövrlərdə topladığımız müəllifi məlum olmayan nümunələr və çağdaş şairlərin ən yeni bu cür poeziya örnəkləri üzərində təhlil aparacağıq. Həmin nümunələr Azərbaycan və türk dillərindədir. Bu şeirlərin çoxu sərbəst vəzndədir. Nəsr formasında olan nümunələr də diqqəti cəlb edir. Bu vücudnamələrdə insanın yaş mərhələləri daha çox günlük sosial, mənəvi problemlərin fonunda təsvir edilir. Atatürkün ömür yoluna həsr olunan, yeni doğulmuş qızı ilə bir atanın ömür yoluna həsr edilən və hələ ana bətnində olan bir qız uşağının həyatı kimi məsələlərə bu vücudnamələrdə yer verilir.
Açar sözlər: vücudnamə, modern, Azərbaycan aşıqları, Türkiyə
Dostları ilə paylaş: |