Peşəkar söyləyici ifaçılığı
ŞƏKİ FOLKLORU
Bu folklor nümunələri 1996-cı ildə, 2003-2005-ci illər ərzində Şəki rayonunun Baş Göynük, Aşağı Göynük, Cumakənd, Baqqal kəndlərindən toplanmışdır. Təqdim olunmuş materiallar arasında aşıq rəvayətləri, aşıq şeirləri, tapmacalar, ağılar üstünlük təşkil edir. Mətnlərdəki söyləyici əlavələrini mötərizə arasında, öz əlavələrimizi isə kursivlə verməyi məqsədəuyğun saydıq.
Ləman Vaqifqızı (Süleymanova)
MOLLA CUMA İLƏ BAĞLI RƏVAYƏTLƏR
GƏLİNİN MOLLA CUMANI BAĞLAMASI
Molla Cuma Dəhniyə gidər. Bi gelin süyə gidiymiş. Diyər ki, a gelin, adını nədi? Bu da Molla Cuma olanı da bilər. Diyər:
Dəhnə yolu budumu?
Arxlar dolu sudumu?
Adımı xavar alıfdı,
Molla Cuma budumu?
Molla Cuma bağlanıfdı də. Ho gelin bağlıyifdi hunu. Amma hunu bağlıyə bilən olmamışdi gelinnən savayi.
Söylədi: Ədilova Qələm Hacıbala qızı.
Dostları ilə paylaş: |