Azərbaycan şifahi xalq ədəbiyyatına



Yüklə 1,12 Mb.
səhifə76/105
tarix01.01.2022
ölçüsü1,12 Mb.
#104266
1   ...   72   73   74   75   76   77   78   79   ...   105
MOLLA CUMA VƏ HACI KƏRİM
Qaxın Qıpçax kəndi var. Unun dosdu olufdu (söyləyici Molla Cumanı nə­zər­də tutur – top.). Bi dənə araba göndəriflər buna, dosdunnan taxıl isdiyifdi. Burda ta­xıl gej biçilir. Aranda amma bir ay qavağa biçilirdi. Dosduna diyifdi ki, manıa bir az buğda göndər. Arabanı boş qəytərifdi, vermiyifdi. Unda ho dosduna bi dənə söz ya­zıf göndərifdi ki, bi dənə dosdum vardı, o da baş tutmadı:

Mən səni dos bildim, ay Hacı Kərim,

Qanacağını yoxdu, qaban diyirəm.

Əslını yengiloydu, əslınıı unutma,

Sıxnaxdan gəlifdi, babanı diyirəm.

Sən gəl tərk et belə ləvənd peşəni,

Kənd həyatıdı, get binələ meşəni.

Hacılıxdan yoxdu səndə nişanə,

Tərəkəmə, ya da çovan diyirəm.

Sən mənə versəydını, bi tağar buğda.

Mən də getirif verərdim nəğdi.

Verminəm, dolanırsanı, gezirsanı dağda.

Hakq özü qoysun sanıa divan deyirəm,

Cümənin əlində biçarələnirsən.

Çox dərtdərnən qaralanırsanı.

Güllə deymiş kimi yaralanırsanı.

Qıllı ayax, yasdı davan diyirəm.

Elin dəyyususanı, ölkənin bici,

Məkkəyə getməynən adam bil, olmaz hacı.

Pul tapbıyəsanı, təndirə asasan saci.

Yeyəsən aşınıı yavan diyirəm.

Əyrinin sözdəri olurmuş əyri.

Yurdunıda bayquşdar eləsin seyri.

Qalmasın dörd ayax, bir itdən qeyri,

Üzülsün qapınnıan heyvan diyirəm.

Manıa yalan danışan ağzını cırılsın.

İlahidən isdəmişəm qapınıa peçət vurulsun.

Sənnən sora uşaxlarını qırılsın.

Cinazanıın dalıncə qohum-qardaş düzülsün.

(Qərəz unun cürmə-cücüyünə* qarğıyi.)




Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin