Söylədi: İbrahimxəlilov İsmayıl Baba oğlu.
BİR FİNCAN SÜD
Gənə bi aşıx yazıy ki, sizi tərəflərə gəlmiyən maldan bi fincan süt sağ, manıa dərmana lazımdı. Gəlim aparım. Bu da diyi, fincanı sən göndər. Fincana usda çekici deyməsin. Sərraf eli deymiyən bi fincan geti. Unuynən apar. Bu da münkün döyül axı.
Söylədi: İbrahimxəlilov İsmayıl Baba oğlu.
EŞİT MƏNƏM, GÖR MƏNƏM, BİL MƏNƏM
Molla Cumanı başqa zonanın aşığı bağlamağa gəliy. Yolda Cumeynən rasdaşiy, unnan soruşüy kü, manıa Molla Cuma lazımdı. Molla Cuma diyir:
– Eşitmənəm, görmənəm, bilmənəm.
Başqa zonanın aşığı heş nə başa düşmüyü, Molla Cuma da uzaxlaşif getmişdi. Kişi məjbur olub ayri adamnan Molla Cumanı soruşüy. Həmən adam Cumanı gösdərif diyi:
– Odu ey, gidiy.
Kişi qaçə-qaçə gəlif Molla Cumuyə çatıy. Diyi:
– A kişi, mən səni axdariyəm axır.
Molla Cuma heş halını da pozmuyüf diyi:
– Mən də sanıa didim axır. Eşit, mənəm, gör, mənəm, bil, mənəm.
Başqa zonanın aşığı pərt oluy. Dəə fikrinnən daşinif geri qəyidiy.
Dostları ilə paylaş: |