Söylədi: İbrahimxəlilov İsmayıl Baba.
AY MAMAOĞLU
Şayir Osman Sarıvəlli variydi də. Onun bi nəfər maması oğlu varıydi, qalxoz sədiri işdiyirmiş. Cavan oğlanıydi. Uşağıın biri qucağındeymiş yoldaşinin, biri də tezəcə yeriyimiş. Bu da gəlif öz kəntdərinə Sarıvəlli kəndinə Osman Sarıvəlli. Buna deyif ki, sizə də gələjəm. Bu sədir də erkəyi-zadı kəsdirir, soydurur. Deyir: “Gedim daa bir fermaları-zadı yoxluyum, gəlim”. Kəntdə də toy varıymiş. Bu da sədirdi dəə, toya çağırıflar. Deyir: “Gedim toya da nəməri verim, sora gəlim”. Bu da gedən kimi toya, o, sədirin sağlığına, bu, sədrin sağlığına. Sədir olur tamam piyan. Ha... Bu, maşın göndərir, yoldaşını da gətizdirillər, uşaxlarını da. Yoldaşına yaxşı otax-zad uşaxlarına. Bivaxı bu deyir: “Ə, mən gedim, yoldaşım məni gözdüyər, uşaxlar-zad”. Deyir: “Ə, narahat olma, olar da burdadılar. Biz savaxatan burda yeyif-içəjiyih”. Osman Sarıvəlli də rəhmətdiyh gəlir bulara. Gəlir, görür kü, heş kəs yoxdu. Oturur öydə, qonşular-zad, eşidənnər gəlir də. Biraz oturullar, eliyillər, çıxıb gedillər. Təhlif eliyillər, heş kimə getmir. Deyir: “Hər halda gələjəh özü”. Axşam olur, bu gəlmir. Mal-heyvan gəlir, payızın soyux günü. Ha... Duruf malları-zadı tovlıyə salır. Axşam olur buna çay-çörəyh verən olmur. Özü alıf yiyirmiş. Unnan sora
-----------------------------
*Həyin – indi
qapıda da bir it varıymiş, bunu görən kimi şahə qalxırmış. Əlacı kəsilif ho başyağı* da alıf itə tulluyur ki, səsini kəssin. Bivaxı görüfdü ki, bişiyh də sütə cumufdu. Bayırda qadın sütü bişiripbiş ki, mayə qoysun də, qatıx çalsın. Osman Sarıvəlli götürüy sütə mayə vuruy, üsdünü də basdırıy. Nəsə də, səhər də duruy məytuf yazır, qoyur ho zadın üsdünə, çıxır, gedir Osman Sarıvəlli. Deyir ki:
Yenə unutmarıx sizi, yada salıf, ay mamoğlu.
Avad olmuş kəndınıızda qonax qaldım, ay mamoğlu.
Hər kim gəldi, “buyur, əyləş” dedim.
Əyləş, otur, gözdəhagözdə.
Qonaxları bi quru sözlə yola saldım, ay mamoğlu.
(Qonşuları deyir də.)
Qışın boranı bürümüşdü dağı, dərəni.
Qapınıdakı mal-qaranı dama ötürdüm, ay mamoğlu.
Çıxmışdı bu kəndin adı, dodağımda qaldı dadı.
Çörəyh, su verən olmadı, özüm aldım, ay mamoğlu.
Görmə Boz itin üzünü,
Hərdən ağardır gözünü.
Özüm əlimlə mən özümü.
İşə salmışam, ay mamoğlu.
Dostları ilə paylaş: |