Söylədi: Şahbazov Famil Mürsəl oğlu.
TAPMACALAR
Səhər durdum sanıa zillədim (göz).
İki qonşü bir-birilərini görmüyü (göz).
Boşqava qoymax olmaz,
Kesisanı kesmax olmaz,
Yiyisanı, doyüsanı (ana südü).
İki daş arasına yaylıq sərmişəm.
Otuz altı ildir qurumuyü (dil).
Səhər durdum, haçiyə mindim (şalvar).
Bir xörək bişirdim. Nə qədər duz töksəm, yenə də şit oluy (soyutma yumurta).
Söylədi: İsaqova Nurcahan Abuzər qızı.
--------------------------------
*Başyağ – Kəsilmiş heyvanın başı və ayaqları
Hap-hapı,
Dəmir qapı.
Şah ölkəsi,
Hamı bağı (qəbiristanlıq).
Qaradır qarğa döyül.
İy biliy, tula döyül.
Qanatdıdı, quş döyül (cücü).
Darğdan gəlir danqara,
Qolları pılan qara.
Danbır-dunbur yerişi,
Dırnağı seysan* para (fil).
Mən baxıyəm, o qaçiy (qulaq).
Yeddi dəmirri toxmax, unu bilməyən axmax (baş).
Quyu, içində suyu.
Suyun içində ilan.
İlanın ağzında mərcan (lampa).
Dostları ilə paylaş: |