Söylədi: Kərimova Xatın Kərim qızı.
II mətn
Bi cavan balam ölüfdü, ay arvatdar. Əli xınalı əldən tutmuyən, balam, xınalı baş aşmiyən balam. Ay bey oturanda “Allah sanıa şükür” dimiyən balam ölüfdü. Balam, a laylay, balam, a laylay. Diyirəm, ay analar, ay bacilər, diyi burda bi cavan ölüfdü, cavan ölüfdü. Özü çaarıf, özü diyif, özü oynuyən cavan balam ölüfdü, cavan balalar ölüfdü. Helə analara bi mən qurban, balası ölən analara diyi, mən qurban, balam ölüfdü, balam ölüfdü, balam ay laylay.
Söylədi: Məmmədova Zahidə Məmmədəli qızı.
III mətn
Diyirəm, altı balalı bi gəlin balam ölüfdü, ay balam, ay balam. Hı, bala böödüf diyi, doyuncax çağırmıyən balam ölüfdü, ay analar, ay bacilər. Ad qoyüf, adını doyüncə çağırmıyən balam ölüfdü, eyy, balam ölüfdü, gəlin balam ölüfdü. Ay laylay, laylay. Bir öy tikif, yolunu yaxşi tanamıyən balam ölüfdü, ay arvatdar, ay laylay, laylay. Əri özünnən doymüyən, özü ərinnən doymüyən balam ölüfdü, ay arvatdar. Elə balam, a laylay, balam a laylay (avazla oxuya-oxuya ağlayır – top.).
Dostları ilə paylaş: |