Söylədi: İbrahimxəlilov İsmayıl Baba oğlu.
II mətn
Aşıxlıx Adəmnən icad olufdu,
Ol Adəm atanın nəvəsiyəm mən.
Dünyayə nə qədə aşıx gəlifsə,
Küllü aşıxların anasıyam mən.
Aşıxlar anasıyəm, şayirrər kökü,
Gəzirəm dünyanı divanə təki.
Mahalım Göynükdü, şəhərim Şəki,
Layısqı kəndinin binasıyam mən.
Binəm Layısqiyə düşüfdü mehman.
Pədərim Salahdı, madarım Reyhan.
Öz adım Mollayam, Molla Cumayam,
İsmi-pünhan uğrunda şux pərvanəyəm.
Gəlmişəm cahana, bir gün fənayam,
Axırda Kərəmtək yanasıyam mən.
Oxuyub ustaddan almışam dərsi,
Oxuram ərəbi, türkinən farsı,
Fikrim seyr eylər ərşinən kürsü.
Dərin kitabların mənasıyam mən.
Aşnayam, gedərəm doğru yolunan,
Bülbüləm, söhbətim olar gülünən.
Danışallar yetmiş iki dilinənən
O qədər arifəm, qanasıyam mən.
(... Kaset pis yazıb, başa düşülmür – top.).*
Dostları ilə paylaş: |