Söylədi: Abdurrahmanov Təslim .
EL BİR OLSA...**
Pis övladı əzəl başdan tanıram,
Çör-çöp yığar, yad ocağın yandırar.
Səhər durar, ar-namusun gözdəməz,
Suyu tökər, öz ocağın söndürər.
Ulğun coşa gəlsə, baxça-bağ olmaz,
Söyüt bar gətirsə, heyva, nar olmaz.
Küllüyh təpə olsa, köpüyh yağ olmaz,
Yel əsəndə alçaxlara yendirər.
Abbas bu sözdəri deyər sərinnən,
Arxı bağla, suyu gəlsin dərinnən.
Söz bir olsa, dağ oynadar yerinnən,
El bir olsa, zərbi kərən sındırar.
Söylədi: Qarayev Xudamədəd Almədəd oğlu.
NƏ YAMAN AĞLAR
May ayının (deer) on dördündə, beşində,
Bu dağda bir maral nə yaman ağlar.
Balaları mələr qalıf döşündə
Bu dağda bir maral nə yaman ağlar.
Ovçu olan ova güllə atmasın,
Qəssaf olan ov ətini satmasın.
---------------------------------
*“Qocalıq”, “Pəri”, “Ağlasın”, “Mən” şeirləri Molla Cümənindir – top.
**Şeir Abbas Tufarqanlınındır – top.
Görüm, ovçu, sənını urzanı artmasın.
Bu dağda bir maral nə yaman ağlar.
Güllə dəyif o maralın özünə,
Qan tökülüf qoltuğuna, dizinə.
Balaları mələr baxır üzünə
Bu dağda bir maral nə yaman ağlar.
(Amma təxəllüsü yoxdu, bilmirəm kim deyif.)
Dostları ilə paylaş: |