Azərbaycan şifahi xalq ədəbiyyatına


Ümumtürk folklorundan örnəklər



Yüklə 1,12 Mb.
səhifə96/105
tarix01.01.2022
ölçüsü1,12 Mb.
#104266
1   ...   92   93   94   95   96   97   98   99   ...   105
Ümumtürk folklorundan örnəklər
ALTAY NAĞILLARINDAN NÜMUNƏLƏR
Təqdim olunan bu nağıl Nikolay Yakovleviç Nikiforovun altaylılardan toplayıb 1915-ci ildə Omskda Şərqi Sibir Şöbəsi Rus İmperator Coğrafiya Cəmiyyətinin XXXVII cilddə dərc etdirdiyi “Anos toplusu”na daxildir. Müəllif bu topluya daxil olan nağılları Anos çayının 6 verstliyində Katun çayının sol sahilində yerləşən Askat kəndində yaşayan altaylı “Kayçi” – söyləyici Çoltoşdan qeydə almışdır. Demək olar ki, bu nağılları yalnız Çoltoş söyləmişdir.

N.Y. Nikiforov Anos kəndinin sakini, əslən altaylı olmuşdur, Ulala kəndində ruhani missiyasının nəzdində olan katexizator məktəbində təhsil almışdır, rus dilini çox mükəmməl bilmişdir.

N.Y. Nikiforov nağılları tatar dilində qeydə almışdır. Bunun üçün o, Anosdan Askata getmiş, 2-3 gün Çoltoşun yurdunda qalmışdır. Bəzən Çoltoş Anosa gəlmiş və bir neçə gün N.Y. Nikiforovun evində yaşamışdır.

N.Y. Nikiforov nağılları tatar dilində qeydə aldıqdan sonra rus dilinə tərcümə etmişdir. O, hər gün səhər tezdən həmin dövrdə Anosda yaşayan Qri­qori Nikolayeviç Potaninin yanına gedib gecədən keçənədək nağılları tərcümə etmiş, cümlənin mənasını rus dilində ifadə etmiş, Q.N. Potanin isə mətnlərin üs­lubunu düzəltmişdir. “Anos toplusu”nda Q.N. Potaninin şərhləri də yer almışdır.

Qeyd edək ki, bu topluda, əsasən altay qəhrəmanlıq nağılları yer almışdır. Toplunun 1995-ci ildə Qorno-Altaysk Ak-Çeçekdə dərc olunan nüsxəsi tərəfi­miz­dən tərcümə olunmuş və nəşrə hazırlanmışdır. Həmin nəşrdə şəxs adlarının, eləcə də heyvan və yer adlarının göstəricisi veriləcəkdir. Göstərici bu adların altayca düzgün yazılışını nəzərdə tutur.


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin