8. Məişət əvəzetməsi. Əgər biz aşağıdakı formaları görürüksə:
1) karvansara,
2) ikimərtəbəli ev,
onda burada fantastik koma real həyatda məlum olan evin formaları ilə əvəz edilmişdir. Belə əvəzetmələrin əksəriyyəti çox sadə şəkildə izah olunur, amma xüsusi etnoqrafik araşdırmalar tələb edən əvəzetmələr də var. Məişət əvəzetmələri həmişə gözə çarpır və onlara ən çox tədqiqatçı gözü ilə müraciət edilir.
9. Dini əvəzetmə. Müasir din köhnə formaları sıxışdıraraq, onları yenisi ilə də əvəz edə bilər.
Bura hava daşıyıcısı rolunda şeytan, sehrli vasitənin hədiyyə verəni rolunda mələk, çətin məsələnin dini cəza xarakteri daşıyan sınaqdan keçirməsi ilə (hədiyyə verən tərəfindən qəhrəmanın sınaqdan keçirilməsi) əvəzedilməsi kimi hadisələr aiddir. Bəzi əfsanələr, bütün elementlərin belə əvəzetməyə məruz qaldığı nağılın əsasını təşkil edirlər. Hər xalqın öz dini əvəzetmələri var. Xristianlıq, islam, buddizm müvafiq xalqların nağıllarında əks etdirilir.
Dostları ilə paylaş: |