10. Mövhumi əvəzetmələr. Tamamilə aydındır ki, mövhumatlar və yerli inamlar da nağıl materialını sıxışdıra bilər. Ancaq bu əvəzetmələrə ilk baxışdan gözlənildiyindən daha çox seyrək rast gəlinir (mifoloji məktəbin səhvləri). Puşkin nağıl haqqında
"Orada möcüzələr var, orada qulyabanı dolaşır,
Su pərisi budaqlarda oturur" – deyərək səhv edirdi.
Əgər sehrli nağılda qulyabanıya rast gəlinirsə, onda o demək olar ki, həmişə Küpəgirən qarının əvəzedilməsindən başqa bir şey deyildir. Su pərilərinə isə bütün Afanasyev toplusunda yalnız bir dəfə, həm də müqəddimədə əslliyinə şübhə ilə rast gəlinir, Onçukova, Zelenin, Sokolova və başqalarının toplularında isə heç vaxt rast gəlinmir. Qulyabanı nağıla yalnız ona görə düşür ki, o, meşə varlığı kimi Küpəgirən qarıya oxşardır. Nağıl yalnız konstruksiyasına uyğun gələni öz aləminə daxil edir.
Dostları ilə paylaş: |