Məsələnin qoyuluşu: Meydan tamaşaları ritual mənşəli olub özündə səhnə, aktyor və səhnənin quruluşunu verən qrupun hazırladığı bir xalq oyunudur. Şəbih dini-mistik oyun kimi mənəvi-əxlaqi dünyamızı yansıtmış, uzun zaman dini bilgilərimizin ən böyük qaynağı olmuşdur. Taziyə, əza, Məhərrəmlik rituallarının yekunu olan Şəbihi meydan tamaşası kimi öyrənmək yazılı dramatik əsərlərin və faciə janrının yaranmasındakı rolu baxımından önəmlidir.
İşin məqsədi: Məqalənin əsas məqsədi meydan tamaşasının xalqın milli dəyərlərinin yaşadılmasında, keçmişi unutmamaqda oynadığı funksiyasını və rolunu araşdırmaqdır.