İşin elmi nəticəsi. Əsas elmi nəticə Şəbihin inanan bütün müsəlmanların birlik, bərabərlik hisslərini, yardım və fədakarlıq duyğularını möhkəmlətməkdir.
İşin elmi yeniliyi. İşin başlıca yeniliyi Şəbih kimi dini-mistik meydan tamaşasının mifo-poetik, ritual-semantik özəlliyini üzə çıxarmaq olmuşdur. Xalq arasında Şəbih çıxarmaq kimi bilinən bu meydan tamaşasının yüzlərcə çeşidi olduğunu və dünyanın bir çox kitabxanalarında saxlanılan Məhərrəmlik göstərilərinin aşkarlanması, tədqiq edilməsi elmi baxımdan olduqca vacibdir. Din əxlaqın, mənəviyyatın, davranışın təməllərini yaratdığından Şəbihin araşdırılması vacib sayılmalıdır.