Söylədi: Xəlilov Füzuli Bayram oğlu.
GEN GÖTÜRÜBSƏ ...
Başqa zonanın aşığı Molla Cuma ilə deyişmağa gəliy. Molla Cuma da öydə olmuyü. Arvadınnan gəlif soruşüy. O da diyir:
– Gen götürfsə, tez gələcək, dar götürüfsə, gec gələcək.
Kişi məhətdəl qalıy, dəə qəyidif gidiy. Sonradan öyrəniy ki, Molla Cuma meşiyə gidibmiş. Ağaci böyüh götürüfsə, tez, kiçih götürüfsə, gec gəlcaxdı. (Baltanın ağzı nəzərdə tutulur – top.).
Söylədi: Xəlilov Füzuli Bayram oğlu.
RƏVAYƏTLƏR
ÖZ MALIN KİMİ YE
I mətn
O vaxında biri deyər ki, mənim sürümə heç oğru gələmməz. Biri durar diyər ki, niyə gələmməz. Gəlsanıa beycə sənını sürunıun yarsını oğurruyam. Bu gecə gələr yaxşı xamırnan xaşxaşı yoğurar. Kişinin yeddi iti olar, bu da yeddi gündə yoğurar. Töküf itdərin hərəsi bi tərəfdə səvərər*. Qoyünü yarı eliyif gidər. Aparar qoçü kəsər. Kişinin də adı İsmeyildi. Diyər: “Ay İsmeyil, ay İsmeyil (qonşüdü də). Axşam bizə yaxşı qonaxlar gəlcaxdı, yaxşı yimax-işmax olcaxdı, qoçu kəsmişəm. Yoldaşınıı da götür gəl”. Qoçu kəsif yerdə qalan qoyünnəri də ağıla doldurar. Axşam bular da gələr. Yeməyi süfrüyə qoyuf diyər: “Ye, qardaşım, ye, öz malını kimi ye”. Diyər: “Ə, kavaf da eliyını katlet də elıyını. Öz malı kimi yesin. Halal xoşunı olsun”. Heş nə. Yiyif-içənnən sora diyər: “Ay İsmeyil, sən də manıa halallıx verisanımı? Beycə qoyunnarınıı gətirif qoçu kəsmişəm. Bi on-onbeşi də ağıldadı”. Diyər: “Nə danışısanı?”. Diyər: “Vallah”. Diyər: “Bes itdər nejə olmuşdu?”. Diyər: “Öyunıu Allah tihsin. Birini göydən asmışam, o birrəri də yerdədi”. Diyər: “Nətəri?” Diyər: “Səvəti hördüm,
-----------------------------------
*Səvərər – sərilər, uzanar
içinə kündəni qoydum, unu keçirdif ağacin başinə dardım, it səvətin içində qaldırdım ağaca, o birrəri də yerdə yatdılar”. Diyər: “Ə, yeri düşür itınıı, ağacin başində qalıfdı zingilliyə-zingilliyə”.
Dostları ilə paylaş: |