Söylədi: Qurbanova Firuzə Həsənqulu qızı.
II mətn
Bi kişiyə qonax gəlifdi, adı Qasım olufdu. Gecə oturuymüşdər də, payız gecələrində. Gecənin bivaxı qonax gəlifdi beş-altı nəfər oluflər də, iki ata-anası, dört də uşax. Kişi bilmiyifdi nağarsın, öydə də yimağa heş nə yox. Arvat vurnuxanda diyifdi ki, sən çay qoy, mən həyin* gəliyəm. Gidif qonağın öküzünü oğruyuf gəlifdi. O iki illıx öküzü çiynində getirifdi, getirif kesif qoourma, yimax, işmax, sahat birə kimi. Eldən-ayaxdan da cəld olufdu. Heş şey. Yiyif, səhər duruf gidiflər. Gidif baxıf görüfdü ki, öküz yoxdu ağılda. Bi üç aydən sora darışıy Qasıma. Diyi: “Ay Qasım, ho sizə gələn günüm dağıleydi, ho sizə gəldim öküzüm oğrandı ho gecəsi”. Bilmiyi də, nə bilsin ki, gülər, diyər, Qasım ki, ə, kesif yiyərsanı, bilməzsanı sora. Diyər: “Mən kesif yisəm, səni də çağırmanammı? Dosux”. Mən kesməmişəm. Diyər: “Ə, siz beş-altı nəfər bizə qonax gəldınıız. Mənim ətimmi variydi? Getirdim kesif bi yerdə yidıx də”. Dəə dosdu heş nə dimiyifdi.
Dostları ilə paylaş: |