Azərbaycan şifahi xalq ədəbiyyatına


Söylədi: İbrahimxəlilov İsmayıl Baba



Yüklə 1,12 Mb.
səhifə82/105
tarix01.01.2022
ölçüsü1,12 Mb.
#104266
1   ...   78   79   80   81   82   83   84   85   ...   105
Söylədi: İbrahimxəlilov İsmayıl Baba.
AY MAMAOĞLU
Şayir Osman Sarıvəlli variydi də. Onun bi nəfər maması oğlu varıydi, qalxoz sə­diri işdiyirmiş. Cavan oğlanıydi. Uşağıın biri qucağındeymiş yoldaşinin, biri də te­zəcə yeriyimiş. Bu da gəlif öz kəntdərinə Sarıvəlli kəndinə Osman Sarıvəlli. Bu­na deyif ki, sizə də gələjəm. Bu sədir də erkəyi-zadı kəsdirir, soydurur. Deyir: “Ge­dim daa bir fermaları-zadı yoxluyum, gəlim”. Kəntdə də toy varıymiş. Bu da sə­dir­di dəə, toya çağırıflar. Deyir: “Gedim toya da nəməri verim, sora gəlim”. Bu da ge­dən­ kimi toya, o, sədirin sağlığına, bu, sədrin sağlığına. Sədir olur tamam piyan. Ha...­ Bu, maşın göndərir, yoldaşını da gətizdirillər, uşaxlarını da. Yoldaşına yaxşı otax-zad uşaxlarına. Bivaxı bu deyir: “Ə, mən gedim, yoldaşım məni gözdüyər, uşax­lar-zad”. Deyir: “Ə, narahat olma, olar da burdadılar. Biz savaxatan burda ye­yif-içəjiyih”. Osman Sarıvəlli də rəhmətdiyh gəlir bulara. Gəlir, görür kü, heş kəs yox­du. Oturur öydə, qonşular-zad, eşidənnər gəlir də. Biraz oturullar, eliyillər, çı­xıb gedillər. Təhlif eliyillər, heş kimə getmir. Deyir: “Hər halda gələjəh özü”. Ax­şam olur, bu gəlmir. Mal-heyvan gəlir, payızın soyux günü. Ha... Duruf malları-za­dı tovlıyə salır. Axşam olur buna çay-çörəyh verən olmur. Özü alıf yiyirmiş. Un­nan sora

-----------------------------

*Həyin – indi

qapıda da bir it varıymiş, bunu görən kimi şahə qalxırmış. Əlacı kəsilif ho baş­yağı* da alıf itə tulluyur ki, səsini kəssin. Bivaxı görüfdü ki, bişiyh də sütə cu­muf­du. Bayırda qadın sütü bişiripbiş ki, mayə qoysun də, qatıx çalsın. Osman Sarı­vəl­li götürüy sütə mayə vuruy, üsdünü də basdırıy. Nəsə də, səhər də duruy məytuf ya­zır, qoyur ho zadın üsdünə, çıxır, gedir Osman Sarıvəlli. Deyir ki:

Yenə unutmarıx sizi, yada salıf, ay mamoğlu.

Avad olmuş kəndınıızda qonax qaldım, ay mamoğlu.

Hər kim gəldi, “buyur, əyləş” dedim.

Əyləş, otur, gözdəhagözdə.

Qonaxları bi quru sözlə yola saldım, ay mamoğlu.

(Qonşuları deyir də.)

Qışın boranı bürümüşdü dağı, dərəni.

Qapınıdakı mal-qaranı dama ötürdüm, ay mamoğlu.

Çıxmışdı bu kəndin adı, dodağımda qaldı dadı.

Çörəyh, su verən olmadı, özüm aldım, ay mamoğlu.

Görmə Boz itin üzünü,

Hərdən ağardır gözünü.

Özüm əlimlə mən özümü.

İşə salmışam, ay mamoğlu.




Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin