Söylədi: Xəlilova Mehin Məmmədəli qızı.
VI mətn
Ox, bi murat görmüyən büvümə* mən vay diyərəm, laylay diyərəm. Mənim oğulsuz-uşaxsız, yurtsuz-yuvasız gidən büvümə laylay diyərəm. Laylayi vayə dönən büvüm, laylay. Laylay dimərəm, vay diyərəm. Laylay, büvümə laylay. Öyü-eşiyi dağılan, öy-eşiyinə yiyə tapılmıyən büvüm. Ata öyünnən pay olmuyən büvüm (Oy ata öyünnən yəə çıxan olmuyən qızdar. Mən də holardanam).
Söylədi: Xəlilova Hürü Məmmədəli qızı.
MƏRSİYƏ
Bu dünyada çox çalışdim, olmadım rahat,
Cismim azarıma getirmədi taqət.
Anadan oluf çox fəqir oldum.
-------------------------------
*Büvü – bibi
Bi məkana çıxa bilmədim.
Gedirəm bu gözəl dünyadan,
Qalını salamat, eyləyin halal.
Anadan zühur oldum.
Öy-eşiyh tihdim, bi məkana çıxa bilmədim.
Heş kesi mənim kimi olmasın.
Bir oğlum ölüfdü, bir dənə də qızım.
“Ana, epbeyh” –, diyə-diyə,
“Ata, çöreyh” –, diyə-diyə acinnən öldülər,
Üreyim çox zəyif oldu, illərnən xəsdə oldum.
Bir zalım qaynanıyə-qaynatıyə gəlin oldum.
Nə gəlinnığım bilinmədi, nə qocəlığım, nə cavannığım.
Öylər tikif, eşiylər tikif, balaları böödüf,
Şükür eliyən vaxı, eli qızıl bileyhli yiyəm öldü,
Yenə də elə fəqir, zülümnən, bavat ömür-gün sürüyəm.
Allah büyünnən sora balalarıma pis işdər qismət eləməsin.
Allah ölüm verəndə anıyə versin, balalarıma verməsin.
Öylər tikif, bağlar saldıx, güvənə bilmədıx.
Heş də bizim dizimizə su gəlmədi,
Azar-bezarnan oynədıx.
Bi məkana çıxa bilmədim.
Yenə də Allahdan razıyəm.
Qalan balalarımın pis işini manıa görkəzməsin,
Allah heş bi ananı baladan ötəri göynətməsin (avazla oxuyur – top.).
Bismillahirrrəhmanirrəhim, Allahu-məsəli Muhəmmədin və ali Muhəmməd. Yasin. Səleyliluhu Allahi səlam Qurani həkim. İnnəkə lə munəl mursəlun. Alə siratə müstəqim. Siratə əlləzinə əmtərəleyhim ğeyril mağzubi vəllazalin. Amin. Amin. Amin. (Söyləyici həm ağını, həm də surəni xüsusi avazla deyir – top.).
Dostları ilə paylaş: |