Söylədi: Qarayev Xudamədəd Almədəd oğlu.
A YAZIQ
Yatmış idim, necə gəldin duşuma?
Nakam gedif, gültək solan a yazıx,
(Mənim ayləm xəsdəydi)
Mən qocaldım, sənsə xəsdə, ay zalım,
Bəxdimizə zəhər qatdını, a yazıx.
Zalım fələyh bizə sitəm eylədi,
Xəncərnən doğram-doğram teylədi.
Heç demirsən, bizə nələr söylədi?
Sən tufana saldını, a yazıx.
Xudamədət, el səninlə həmdərt,
Çox qocalıxdandı ......................,
Evlatdarın səni, məni unutmur,
Dövranımız çatıf başa, a yazıx.
20. IX. 1998.
Söyləyici şeiri özü yazıb – top.
Söylədi: Qarayev Xudamədəd Almədəd oğlu.
MOLLA CUMANIN BAYATILARI
İnci burdan, dürr burdan,
Min atınını sür burdan.
Məclisdə yerinıı tanı,
Diməsinnər, dur burdan.
Çörülərəm başinıa,
Yazı yazdım daşınıa.
Gələn-gedən oxusun,
Nələr gəlib başimə.
(Bunu Cuma dayi Aşıx Pəriyə qoşüfdü.)
Dostları ilə paylaş: |