Azərbaycan Skautlar Assosiasiyasının yeni strukturu haqqında əsasnamənin yazılması;
Azərbaycan Skautlar Assosiasiyasının daxili kommunikasiyalar haqqında əsasnaməsinin yazılması;
Azərbaycan Skautlar Assosiasiyasının işçiləri üçün daxili intizam qaydalarının yazılması.
Gündəlik səs çoxluğu ilə təsdiq olundu.
Dinlənildi:
Azərbaycan Skautlar Assosiasiyasının Milli Komitə üzvləri Fərid Dərgahzadə və Abbas Fətullayev çıxış etdilər və Assosiasiyanın inkişafı və təkmilləşdirilməsi məqsədi ilə Assosiasiyanın yeni strukturu haqqında əsasnamənin yazılmasını təklif etdilər.
Milli Komitənin üzvləri Rüfət Vəlizadə və Aleksandr Metreveli çıxış etdilər və Azərbaycan Skautlar Assosiasiyasının daxili kommunikasiyalar haqqında əsasnaməsinin yazılması təklif etdilər.
Milli Komitənin üzvləri Abbas Fəttulayev və Assosiasiyanın Prezidenti İlyas İsmayıllı çıxış etdilər və Azərbaycan Skautlar Assosiasiyasının işçiləri üçün daxili intizam qaydalarının yazılması təklif etdilər.
Qərara alındı:
Azərbaycan Skautlar Assosiasiyasının inkişafı və təkmilləşdirilməsi məqsədi ilə Assosiasiyanın yeni strukturu haqqında əsasnaməsi yazılsın və Milli Komitə tərəfindən 2014-cü ilin 1-ci rübü ərzində təsdiqlənməsi üçün təqdim olunsun.
Azərbaycan Skautlar Assosiasiyasının daxili kommunikasiyalar haqqında əsasnaməsi yazılsın və Milli Komitə tərəfindən 2014-cü ilin 1-ci rübü ərzində təsdiqlənməsi üçün təqdim olunsun.
Azərbaycan Skautlar Assosiasiyasının işçiləri üçün daxili intizam qaydaları yazılsın və Milli Komitə tərəfindən 2014-cü ilin 2-ci rübü ərzində təsdiqlənməsi üçün təqdim olunsun.