Azərbaycan tarixi fənnindən test imtahanı sualları. Variant A



Yüklə 0,76 Mb.
səhifə5/8
tarix04.06.2018
ölçüsü0,76 Mb.
#52656
1   2   3   4   5   6   7   8

d) Seyid Əli Məhəmməd e) Hacı Məhəmməd.
399. İlk dəfə olaraq bəy və ağalara məxsus olan bütün torpaqlar onların irsi mülkiyyəti kimi təsdiq edilirdi:

a) 1846-cı il 6 dekabr reskripti ilə. b) 1842-ci il torpaqların müsadirəsinin dayandırılmasına görə c) 1841-ci il torpaqların müsadirəsinə görə d) 1830-cu il 13 iyul fərmanı ilə e) 1847-ci il “Kəndli əsasnaməsi” ilə


400. Yelizavetpol və Naxçıvan qəzaları nahiyələrlə birlikdə hansı quberniyanın tərkibinə daxil idi?

a) Tiflis b) Şamaxı c) İrəvan d) Kutaisi e) Yelizavetpol


401. İnzibati və məhkəmə islahatından sonra Qafqazda ali hakimiyyət kimin əlində idi?

a) Qafqazın baş hakiminin b) Komendantın c) Canişinin

d) Rusiya çarının e) Qafqaz canişininin
402. İrəvan xanlığının ruslar tərəfindən öşğalından neçə il sonra İrəvan quberniyası yaradıldı?

a) 22 il b) 28 il c) 27 il d) 30 il e) 32 il


403. 1840-cı il 10 aprel qanununa əsasən yaradılmış yeni məhkəmə sistemi komendant idarə üsulu dövründəki məhkəmə sistemindən nə ilə fərqlənirdi?

a) Cinayət işlərinə mülki məhkəmələrdə baxılması b) Azərbaycanlı məmurların vəzifəyə gətirilməsi c) Cinayət işlərinə hərbi məhkəmələrdə baxılması d) Yalnız kəbin-talaq işləri ilə məşğul olması e) Məhkəmələrin şəriət əsasında aparılması.


404. Xəzər vilayətinin yaradılmasından neçə il sonra Şamaxı quberniyası yaradıldı?

a) 6 il b) 5 il c) 7 il d) 3 il e) 4 il


405. Cənubi Azərbaycan kəndlilərinin xüsusi torpaqları necə adlanırdı?

a) xırdamalik b) mülk c) tiyul d) ilati e) vəqf


406. 1847 – ci il aprelin 20 də verilmiş “Kəndli əsasnamələri” hansı ərazilərin bəy kəndlilərinə aid edilmirdi?

a) Qazax,Şəmşəddil nahiyəsinin b) Şuşa qəzasının c) Nuxa qəzasının

d) Şamaxı qəzasının e) Lənkəran, Bakı və Quba qəzalarının.


407. 1846 – cı il 14 dekabr fərmanına görə Cənubi Qafqazda yaradılan quberniyalar?

1. Bakı 2. Dərbənd 3. Quba 4. Tiflis 5. Şamaxı 6. Kutaisi 7. Şuşa.

a) 2,4,5,6 b) 1,3,6,7 c) 3,4,5,6 d) 4,5,6,7 e) 2,1,5,7
408. Hansı hadisənin nəticəsi olaraq neft məhsullarına tələbat artdı?

A) Neftdən sənaye miqyasında istifadə olunmağa başlanması b) Kəndlilərin məcburi əməyinin ləğvi c) Neft quyularının ucuzlaşması d) İltizam sisteminin ləğvi e) İşçilərin əmək haqlarının artırılması.


409. Şəhər dumalarının hansı hüququ var idi?

a) Kiçik təsərrüfat işləri ilə məşqğul olmaq b) Şəhər idarəsinə rəhbərlik etmək c) Qubernatoru seçmək d) Vergiləri müəyyən etmək e) Şəhər idarəsinə sədrlik etmək.


410. Qafqaz canişinliyi ləğv edilən ildə yaradılan qəzalar hansılardır?

a) Cəbrayıl və Cavanşir b) Göyçay və Naxçıvan c) Ərəş və Cavad

d) Şərur – Dərələyəz e) Cavad və Cəbrayıl.
411. Quberniyaların yaranma ardıcıllığını göstərin:

1. Bakı 2. Şamaxı 3. Yelizavetpol 4. İrəvan 5. Dərbənd.

a) 2,5,4,1,3 b) 4,5,2,1,3 c) 2,1,3,4,5 d) 5,4,3,2,1 e) 1,2,3,4,5.
412. Azərbaycanda iri fabrik zavod istehsalı hansı sahələrdə yaranırdı?

a) xammal istehsal edən sahələr və dağ-mədən sənayesində b) ipək sənayesində c) əlvan metallurgiyada d) neft sənayesində e) yüngül sənayedə.


413. 1863-cü il Zaqatala üsyanının başlama səbəbi deyil:

a) İnqiloy və Muğalların azad edilməsi. b) Qatı rüşvətxorluq və özbaşnalıq c) Əhalinin zorla xristianlaşdırılması e) Rusiya hakim dairələrinin dairədə feodal-asılı münasibətləri ləğv etməmək siyasəti


414. Zaqatala üsyanının əsas hərəkətverici qüvvəsi kimlərdən ibarət idi?

1. Keşkəl sahibləri 2. Müsəlman ruhanilər 3. Ziyalılar

4. İmtiyazlı təbəqə 5. Sadə xalq.

a) 1,2,4,5 b) 1,3,4,5 c) 2,4,5,6 d) 2,3,5,6 e) 1,2,4,6


415. Xronoloji ardıcıllığı düzün:

1. İlk dəfə buxar mühərriklərindən istifadə edilməsi 2. İlk neft tankerinin xəzər dənizində üzməsi

3. İlk pambıqtəmizləmə zavodunun salınması 4. İlk aqrar və konyak zavodlarının yikilməsi.

a) 1,2,4,3 b) 3,4,2,1 c) 4,2,1,3 d) 2,1,4,3 e) 4,3,2,1


416. Buraxılan ili müəyyən edin:

1. “Kəndli islahatı” keçirilib – 1870 – ci ildə 2. “Məhkəmə islahatı” keçirilib – 1866-cı ildə

3. “Şəhər islahatı” keçirilib -------

a) 1878 – cü ildə b) 1872 – ci ildə c) 1877 – ci ildə d) 1864 – ci ildə e) 1913 –cü ildə


417. 1870 – ci il 14 may “Əsasnaməsi”nin Rusiyada keçirilmiş 1861 – ci il islahatından fərqli cəhətləri:

1. Torpağı satın almaq üçün vəsaitin verilməməsi 2. Pay torpağını satın almağa məcbur edilməsi

3. Torpağın satış qiymətinin Rusiyadakından baha olması 4. Pay torpağını satın almağa məcbur edilməməsi 5. Kəndlilərin şəxsən azad edilməsi.

a) 1,3,4 b) 1,2,5 c) 3,4,5 d) 2,3,4 e) 1,3,5.


418. XX əsrin əvvəllərində təmərküzləşmə prosesi daha güclü idi:

a) neft emalı sənayesində b) maşınqayırma sənayesində c) dağ – mədən sənayesində

d) ipək emalı sənayesində e) bank-kredit sistemində.
419. 1912 – ci ilin aqrar qanununun 1870 – ci il kəndli islahatından fərqi nədə idi?

1. Torpağın satılması məcburi idi 2. Kəndlilərə əlavə mükəlləfiyyətlər verildi 3. Dövlət kəndliyə maliyyə yardımı göstərirdi 4. Kəndlilər bütün mükəlləfiyyətlərdən azad edilirdi

5. Torpağın satılması məcburi deyildi.

a) 1,3,4 b) 1,2,5 c) 2,4,5 d) 3,4,5 e) 2,3,4


420. 1912 –ci il aqrar qanunu şamil edilmədi.

a) Zaqatala dairəsi kəndlərinə b) Bakı kəndlərinə c) Quba kəndlərinə

d) Şuşa kəndlərinə e) Gəncə kəndlərinə
421. I-Dumaya seçilən deputatlar sırasına daxil deyil:

a) M. Şahtaxtınski Z. Zeynalov b) M.Əliyev , Ə. Muradxanov c) Ə. Tobçubaşov, Ə. Haqverdiyev

d) Ə. Topçubaşov, Ə. Muradxanov e) İ.Ziyadxanlı , Ə. Haqverdiyev
422. 1906 – cı ilin avqustunda Nijni-Novqorodda Ümumrusiya müsəlmanlarının III Qurultayında qərara alındı:

a) “Müsəlman ittifaqı” na rəhbərlik etmək üçün daimi yeri Bakı olan Mərkəzi Komitə yaradılması

b) Nijni-Novqorodda “Müsəlman icması” komitəsinin yaradılması c) Nijni- Novqorodun 1906-cı ilin “Müsəlman şəhəri” elan edilməsi d) Qafqazdakı müsəlmanlara başçılıq etmək “Şeyx-ül-islam” vəzifəsinin yaradılması e) “Müfti” vəzifəsinin ləğv edilməsi.
423. XX əsrin əvvəllərində Azərbaycanın hansı şəhərində ilk açıq siyasi nümayiş baş vermişdir?

a) 1902 – ci ilin aprelində Bakıda b) 1901 – ci ilin yanvarında Bakıda c) 1903 – cü ilin aprelində Bakıda d) 1902 – ci ilin yanvarında Nuxada e) 1901 – ci ilin aprelində Salyanda.


424. “Müsavat” partiyasının Kiyev Universitetində yaradılmış şöbəsinin rəhbəri olmuşdur:

a) Y.V.Çəmənzəminli b) Ş. Rüstəmbəyov c) M.Ə.Rəsulzadə

d) Ə. Haqverdiyev e) X.Xasməmmədov.
425. 1912 – ci ildə:

a) Bakı və Tiflis şəhəri arasında birbaşa telefon xətti çəkildi b) Bakını, Quba və Xaçmazı birləşdirən telefon xətti işə salındı c) Dənizkənarı bulvar salınmağa başlandı d) Milli Azərbaycan teatrının əsası qoyuldu e) Bakı Artistlər cəmiyyəti təşkil edildi.


426. Xronoloji ardıcıllığı düzün:

1. “Müsəlman gənclik təşkilatının” təsis edilməsi 2. “Difai” partiyasının yaradılması

3. “Hümmət” təşkilatının yaradılması 4. “Müdafiə” təşkilatının yaradılması 5. “Musavat” partiyasının təsis edilməsi 6. “İttifaq” təşkilatının təsis edilməsi.

a) 1,3,2,4,5,6 b) 1,5,4,2,3,6 c) 1,2,3,4,5,6 d) 2,3,1,5,6,4 e) 3,2,1,4,5,6


427. Fəhlə deputatları sovetinin yaranması üçün ilkin addım hesab edilir:

a) Fəhlə komissiyalarının təşkili b) Həmkərlar ittifaqının yaranması c) “Fəhlə hökumətinin” yrnması d) “Fəhlə müdafiə təşkilatı”nın yaranması e) “Böyük fəhlə ittifaqı”nın təşkili.


428. Uyğun variantı müəyyən edin:

1. 1907 A. Musavat partiyası

2. 1904 B. Müdafiə təşkilatı

3. 1911 C Hümmət təşkilatı

a) 1B,2C,3A b) 1C,2B,3A c) 1A,2C,3B d) 2A,1B,3C e) 3C,2A,1B
429. XX əsrin əvvəllərində Şimali Azərbaycanda filiz çıxarılmasında əl əməyini əvəz etdi:

a) elektrik enerjisi b) buxar maşınları c) dəzgahlar d) at dartqısı e) mühərriklər


430. 1912-ci il aqrar qanununa görə kəndlilərin mülkiyyətinə keçən ərazilər:

a) Əkinçilik üçün yarasız olan torpaqlar və pay torpaqlarına salınmış bağlar. b) Bəylər tərəfindən kəsiklər adıyla alınmış torpaqlar c) Çəmən və otlaqlar d) Ləğv edilmiş, kənd icmasına aid torpaqlar e) Yalnız torpaq nizamnaməsində göstərilmiş pay torpaqları


431. I –Dünya müharibəsi illərində Azərbaycanlılardan təşkil edilmiş alay.

a) Tatar süvari alayı” b) “ Cəsur türk alayı” c) “Vəhşi qartal alayı.”

d) “III büro divizyası.” e) “Valox divizyası .”
432 . “Müqəddəs Georgi” ordeni almamış Azərbaycanlı:

a) Rəsul Məmmədov b) Tərlan Əliyarbəyov c) Teymur Novruzov

d) Qalib Vəkilov e)Fərrux ağa Qayıbov
433. 1905-11-ci illər İran “Məşrutə” inqilabının nəticələrinə aid deyil :

a) Şah rejimi sona yetdi. b) Azərbaycanlılar millətçilik xalqçılıq psixologiyası ilə taniş oldu c) Xalqın demokratiya və milli azadlıq uğrunda mübarizə tarixində mühüm rol oynadı

d) Azərbaycanlıların ictimai-siyasi və milli şuurunun inkişafına şərait yaratdı e) Xarici ordular tərəfindən yatırıldı

434. 1905 -11-ci illər İran inqilabına rəhbərlik edən təşkilat:

a) “Gizli mərkəz .” b ) “Ictimaiyyune-amiyyun.” c) “Milli şura.”

d) ”Ədalət şurası.” e) “Təbriz qarnizonu.”


435. Cənubi Azərbaycanda inqilab iştirakçılarının əsas tələbi:

1.Məşrutə qəbul edilsin. 2.Məclis çağrılsın. 3.Digər dinlər ölkədən kənarlaşdırılsın.

4. Xarici məmurlar ölkədən qovulsun. 5. Vergilər azaldılsın.

a) 1, 2, 4 b) 1, 2, 5 c) 1, 2, 3 d) 2, 3, 5 e) 3, 4, 5


436. 1917 – ci il martın 27 də seçilən Müsəlman Milli Şurasının İcraiyyə Komitəsinin tərkibinə daxil idilər:

1. M.Ə.Rəsulzadə 2. H.Zərdabi 3. Ə.Haqverdiyev 4. F.Xoyski 5. Ə.Topçubaşov.

a) 1,4,5 b) 1,2,3 c) 1,3,5 d) 2,3,4 e) 3,4,5
437. “Birlik” təşkilatı nə üçün yaradılmışdır?

a) Volqaboyundan Bakıya işləməyə gələn müsəlman fəhlələr arasında siyasi tərbiyə işi aparmaq üçün b) Azərbaycanın cənubundan şimalına kəsbkarlığa gəlmış fəhlələr arasında inqlabi iş görmək üçün c) Cənubi Azərbaycanda şah rejiminə qarşı mübarizəyə rəhbərlik etmək üçün

d) Bakıda çalışan fəhlələri bir təşkilatda birləşdirmək üçün e) Bakıda müsəlman fəhlələr arasında bolşevik təbliğatı aoarmaq üçün.
438. “Şah İsmayıl” operasının müəllifi:

a) M. Maqomayev b) Ü. Haçıbəyov c) Z. Hacıbəyov d) H. Sarabski e) Q. Primov.


439. XX əsrin əvvəllərində Azərbaycanda başlanan milli azadlıq hərəkatının diqqətəlayiq cəhəti:

a) Hərəkata milli ziyalıların rəhbərlik etməsi b) Hərəkata bolşeviklərin rəhbərlik etməsi

c) Hərəkata sosialistlərin rəhbərlik etməsi d) Hərəkata tatarların rəhbərlik etməsi e) Hərəkata milliyətçilərin rəhbərlik etməsi.
440. Verilənlərdən biri Səttərxana aid deyil:

a) İnqlabın sonunda İnglislərin təhriki ilə silahdaşlarına xəyanət etdi. b) Kiçik dəstəsi ilə hücuma keçərək Təbrizin mərkəzi hissəsini bütün ağ bauraqlardan təmizlədi c) Xalq böyük məhəbbətlə onu “Sərdare milli” çağırırdı d) 1910 – cu il mzrtın 19 da Tehranda təntənə ilə qarşılandı e) Öz silahdaşları ilə birlikdə Təbrizin 11 ayliq müdafiəsində böyük hünər göstərmişdi


441. XX əsrin 10 - cu illərinə aiddir:

a) İlk Azərbaycan filmi olan “Neft və milyonlar səltənətində” adlı filmi çəkilmişdir. b) İlk Azərbaycan operası “Leyli və Məcnun” tamaşaya qoyuldu c) “Müsəlman Artistləri Cəmiyyəti” yaradıldı d) M.H.Hacınski Bakı şəhər udarəsində tikinti şöbəsinə başçılıq etmişdi e) S.Ruhulla, C.Zeynalov və H.Ərəblinskinin köməyi ilə Təbrizdə Cənubi Azərbaycanın ilk teatrı yaradıldı


442. 1912 –ci il aqrar qanununun əsas məzmunu :

a) Kəndlilər pay torpaqlarını məcburi sürətdə satın almalı idi b) Sahibkar torpaqlarının çoxu xəzinənin ixtiyarına verildi c) Texniki bitkilərin əkin sahələri genişləndirilməli idi d) Sənayenin inkişafı təmin edilməli idi e) Kəndlilərin mükəlləfiyyətləri artırılmalı idi.

443. Yanlış variantı seçin:

a) Ölüm yatağında olan Müzəfərəddin şah konstitusiyanı imzaladı --- 1906 cı il dekabrın 30 da b) Tehranda bütün bazarlar bağlandı --- 1905 – ci il dekabrın 12-də c) Təbrizdə ilk silahlı üsyan baş verdi --- 1907 – ci ilin yazında d) Polkovnik Lyaxov Məclisin və paytaxtdakı Azərbaycan Şurasının binasını top atəşinə tutdurdu --- 1908 – ci il iyunun 23 – də e) İran inqlabı başlandı --- 1905 – ci il 12 dekabrda.


444. 1915 – ci il iyun tarixli fərmana əsasən:

a) Azərbaycandan 50 mindən artıq gəncin səfərbərliyə alınaraq, arxa cəbhədə işlədilməsi, kəndlərdə üşçi qüvvəsinin sayını xeyli azaltdı b) “Vəhşi diviziya” dağıdılaraq müsəlman süvari alayının tərkibinə qatıldı c) “Fədəkar Qafqaz Legionu” döyüşdən azad edilərək geri göndərildi d) Pambıq-kətan parça istehsalı artırıldı, tütün istehsalı isə azaldıldı e) Ordunun əsas qüvvələri Şimali Balkandan Azov ərazilərinə doğru hərəkətə başladılar.


445. “Ədalət” təşkilatının yaradılmasında məqsəd nə idi?

a) Azərbaycanın cənubundan şımalına kəsbkarlığa gəlmiş fəhlələr arasında inqlabi iş görmək b) Cənubi Azərbaycanda şah rejiminə qarşı mübarizəyə rəhbərlik etmək c) Volqaboyundan Bakıya işləməyə gələnlər içərisində sosial demokrat ideyalarını təbliğ etmək d) Bakıda yaşayan fəhlələri ədalətli cəmiyyət qurmaq uğrunda mübarizəyə yönəltmək e) Bakıda müsəlman fəhlələr arasında bolşevik təbliğatı aparmaq.


446. Xronoloji ardıcıllığı müəyyən edin:

1. İlk Azərbaycan filmi yaradıldı 2. H.Z.Tağıyevin qız məktəbi açıldı 3. Azərbaycan müəllimlərinin I Qurultayı çağrıldı 4. Xüsusi Zaqafqaziya komitəsi təsis edildi 5. “Açıq söz” qəzeti nəşrə başladı.

a) 2,3,5,1,4 b) 2,3,1,5,4 c) 1,3,4,5,2 d) 3,2,1,4,5 e) 3,5,2,1,4
447. “Hümmət” təşkilatının yaradılmasından 4 il sonra:

a) “Leyli və Məcnun” operası tamaşaya qoyuldu b) “Molla Nəsrəddin” jurnalı təsis edildi

c) Qafur Rəşıd Mirzəzadə “Qafqaz coğrafiyası” əsərini yazdı d) Azərbaycanda orta təhsil hüququ verən 4 realnı məktəb açıldı e) Bakı Sovetinə seçkilər keçirildiş.
448. Azərbaycan əyalət komitəsinin mətbuat orqanı idi:

a) “Təcəddüd” qəzeti b) “Azərbaycan” qəzeti c) “Yeni fikir” jurnalı

d) “ Azadıstan” qəzeti e) “ Həyat” jurnalı
449. Azərbaycan Xalq Cumhuriyyətinin dövlət quruluşuna aid deyil:

a) Ali hakimiyyət parlamentə məxsus idi b) AXC-nin dövlət quruluşu parlamentli respublika idi

c) İcraedici hakimiyyət parlament qarşısında məsuliyyət daşıyan hökumətə məxsus idi d) Qanunverici hakimiyyət Parlamentə məxsus idi e) Cumhuriyyət elan edildikdən sonra dövləti müvəqqəti hökumət idarə etməyə başladı.
450. XX əsrin əvvəllərində Azərbaycan milli burjuaziyasının, partiyalarının, ziyalılarının nüfuzunun artmasından qorxan bolşeviklər:

a) 1918 – ci ilin 31 mart tarixində azərbaycanlılara, ümumilikdə müsəlmanlara qarşı soyqırım törətdilər b) Represiyalar təşkil etdilər c) Partiyaları, qəzetləri bağladılar d) Bakıdakı məscidlərdə ibadət etməyi qadağan etdilər e) Azərbaycan milli burjuaziyasının nümayəndələri ilə müqavilə bağladılar.


451. 1920- ci il iyunun 23-də Ş.M.Xiyabanının başçılığı ilə yaradılıb:

a) Milli hökümət b) Azərbaycan qəzeti c) ADF –nin Mərkəzi komitəsi

d) Təbriz qız məktəbi e) “Təcəddüd” qəzeti
452. Xronoloji ardıcılığı müəyyən edin:

1) AXC –nin yaranması 2) ZSFSR-in süqutu 3) Araz-Türk respublikasının yaradılması

4) Azərbaycanda İstiqlal muzeyinin açılması 5) AXC parlametinin yaradılması

a) 1, 3, 5, 4, 2 b) 1, 3, 5, 2, 4 c) 3, 1 , 2, 4, 5 d) 2, 3, 1, 4, 5 e) 5, 1, 4, 3, 2.


453. 1920-ci ildə Cənubi Azərbaycandan yaradılmış Milli hökümətin həyata keçirdiyi tədbirlərdən deyil:

a) Yeni parlamentin seçilməsi b) Təbrizdə xalça fabrikinin tikilməsinin başlanması

c) Toxuculuq fabriklərinin tikilməsi d) Bakıdan müəllimlərin dəvət edilməsi e) 12 min nəfərlik qoşun yaradılması.
454. Ermənilərin “Türkiyə Ermənistanı” planı alt-üst oldu:

a) Brest-Litovski sülhü nəticəsində b) Ərzincan barışığı nəticəsində c) Trabzon konfransı nəticəsində d) Zaqafqaziya seyminin yaranması ilə e) Mart soyqırımı nəticəsində.


455. Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasından neçə il sohra Təbrizdə konsulluq açılmışdır.

a) 2 il b) 5 il c) 7 il d) 11 il e) 13 il.


456. Ş.M.Xiyabaninin başçılığı altında başlanmış Təbriz üsyanının yatırılmasının səbəblərindən biri:

a) Jandarma qüvvələrinə aid silahlı qüvvələrin şəhərdən çıxarılması. b) Ş.M.Xiyabaninin hərəkat rəhbərliyindən çəkilməsi c) Maddi imkansızlığın artması d) Rza xan Pəhləvinin Təbrizə qoşun çəkməsi

e) Üsyançıların müqavimət gücünün tükənməsi
457. Xronoloji ardıçıllığı düzün:

1. Azərbaycan dilinin dövlət dili elan edilməsi 2. Azərbaycan Milli Şurası və hökumətin Gəncəyə köçməsi 3. “Bakı Bonunun” dövrüyəyə buraxılması 4. AXC-nin dördüncü hökumət kabinetinin təşkili 5. “Müsəlman Şərqini öyrənən cəmiyyətin” təsis edilməsi.

a) 2,1,3,4,5 b) 2,3,4,5,1 c) 3,4,5,2,1 d) 1,2,3,4,5 e) 4,5,1,2,3
458. Məhəmməd Əmin Rəsulzadənin fəaliyyətinə aid deyil:

a) 1919 – cu ilin avqustunda Şamaxıda həbs edilib Bakıya gətirilmişdir b) 1904 – cü ildə Mir Həsən Mövsümov və Məmməd Həsən Hacınski ilə birlikdə “Hümmət” təşkilatını yaratmışlar

c) 1918-ci il mayin 27 də Azrbaycan fraksiyasının yaratdığı müvəqqəti Milli Şuranın sədri seçilmişdi

d) Zaqafqaziya Seymində təmsil olunan Azərbaycan fraksiyasının rəhbəri olmuşdur e) 1922 – ci ildə Finlandiyaya, oradan da Türkiyəyə mühacirət etdi.


459. XX əsrin 10 – cu illərində yaranmış təşkilatlar:

a) Ədalət, Birlik təşkilatı b) Ədalət, Tərəqqi c) Ədalət, İnkişaf

d) Tərəqqi, İnkişaf e) Gənc müsəlmanlar, Birlik təşkilatı.
460. Aprel işğalından sonra Azərbaycanda bütün hakimiyyət verildi:

a) Müvəqqəti inqlab komitəsinə b) AKP –nn Mərkəzi komitəsinə c) Azərbaycan SSR-i Mərkəzi İcraiyyə komitəsinə d) Daşnak partiyasına e) Azərbaycan SSR-i Xalq komissarları Sovetinə


461. Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının ilk illərinə aid olmayanı göstərin:

a) Bakı bonunun dövriyyəyə buraxılması və dövlət bankının açılması b) Ərzaq vergisinin tətbiqi

c) Azərbaycan Dövlət Bankının yaradılması d) Azərbaycan SSR-nin I Konstitusiyasının qəbul edilməsi e) Azərbaycanda ərzaq sapalağının ləğvi.
462. Azərbaycan İnqlab Komitəsinin 1921-ci il 17 may tqrixli “Bütün növ məhsul inhisarının ləğv edilməsi” dekreti ilə:

a) Ərzaq vergisi ləğv edildi, əvəzinə çanaq vergisi tətbiq edildi b) Ərzaq sapalağı ləğv sdildi, əvəzinə ərzaq vergisi tətbiq edildi c) Ərzaq sapalağı bərpa edildi d) Ərzaq vergisi tətbiq edildi e) Əhali vergidən azad edildi.


463. Azərbaycanda sənayeləşmə dövründə üstünlük verilən əsas sənaye sahələri:

1. Yeyinti sənayesi 2. Neft sənayesi 3. Hərbi sənaye 4. Elektrikləşdirmə sənayesi.

a) 2,4 b) 2,3 c) 1,4 d) 1,2 e) 1,3
464. Bakıda Şərq xalqlarının I Qurultayı keçiriləndən neçə il sonra Türkoloji qurultay keçirildi?

a) 6 il b) 4 il c) 5 il d) 3 il e) 7 il


465. XX əsri 30 – cu illərinə aid olanları seçin:

1. Zorakı kollektivləşdirmənin həyata keçirilməsi 2. Bakıda Şərq xalqlarının I qurultayının keçirilməsi 3. Bakıda ilk radio stansiyasının işə salınması 4. SSRİ Elmlər Akademiyasının filialının açılması.

a) 1,4 b) 1,3 c) 3,4 d) 2,3 e) 1,2
466. Azərbaycan SSR-nin 20-ci illər tarixinə aid olmayanı seçin:

a) Bakı bonu adlı pul vahidinin dövriyəyə buraxılması. b) Kartoçka sisteminin tətbiqi c) Ərzaq sapalağının çanaq vergisi ilə əvəz olunması d) Çanaq vergisinin ərzaq vergisi ilə əvəz olunması

e) Hərbi komunizm siyasətinin Azərbaycanda tətbiqi

467. AXC hökumətinin fərmanı ilə hərbi səfərbərlik elan edilməsindən neçə il sonra Azərbaycan SSR-də hərbi vəziyyət elan edildi?

a) 24 il b) 20 il c) 15 il d) 27 il e) 30 il.
468. Daha əvvəl baş vermiş hadisə:

a) Ərzincan barışığı. b) Azərbaycan SSR nin I Kostitusiyasının qəbulu c) AXC nin süqutu d) Azərbaycan Komunist partiyasının yaranması e) Bolşeviklərə qarşı Qarabağ üsyanı


469. 1920-ci il Gəncə üsyanı ilə XIX əsrin əvvəllərində Azərbaycanda baş verən hansı üsyan arasında bənzərlik var?

a) Quba b) Car-Balakən c) Lənkəran d) Şəki e) Qarabağ


470. Daha əvvəl baş vermiş hadisə;

a) Maşın-Traktor stansiyalarının ləğv edilməsi b) Sovet Azərbaycanında məcburi onillik təhsilə keçid c) SSRİ EA nın Azərbaycan filialının açılması d) İmam Mustafayevin Azərbaycan KP MK nin I katibi vəzifəsindən kənarlaşdırılması e) Bakı metropoliteninin tikintisinə başlanması.
471. Naxçıvanın Ermənistana birləşdirilməsi planı baş tutmadı:

a) Qars müqaviləsi ilə b) Trabzon müqaviləsi ilə c) Mudros sazişi ilə d) Ərzincan müqaviləsi ilə e) Moskva müqaviləsi ilə.


472. Xronoloji ardıcıllığı müəyyən edin:

1. AXC nin süqutu 2. Azərbaycan SSR nin ilk Konstitusiyasının qəbulu 3. Qars müqaviləsinin imzalanması 4. Moskva müqaviləsinin imzalanması.

a) 1,4,2,3 b) 1,3,2,4 c) 4,3,2,1 d) 1,2,3,4 e) 2,3,4,1.
473. Uyğunluq pozulub:

a) Reystaqın alınmasında göstərdiyi rəşadətə görə Sovet İttifaqı Qəhrəmanı adını aldı ~ Ələkbər Əliyev b) Baradino döyüşlərində 50 alman əsgərini məhv edən pulemyotçu qəhrəman döyüşçü ~ İdris Vəliyev c) 1941 – ci ilin dekabrında Novqorod yaxınlığındakı Pustinka kəndi uğrunda gedən döyüşlərdə böyük şücayət göstərdi ~ İsrafil Məmmədov d) “Armed Mişel” adı ilə tanınan partizan ~ Əhmədiyyə Cəbrayılov e) “Buhenvald” ölüm düşərgəsində yaradılan gizli təşkilatın rəhbərlərindən biri ~ Əkbər Ağayev.


474. Birinci dünya müharibəsindən neçə il sonra ikinci dünya müharibəsi başlanmışdır?

a) 25 il b) 14 il c) 36 il d) 55 il e) 60 il


475. Azərbaycan milli legionu ilk dəfə almanlarla birgə müttəfiqlərə qarşı hansı cəbhədə vuruşmuş və nəticəsi nə olmuşdur?

a) Fransanın cənubunda ~ məğlub olmuşdular b) Fransanın şimalında ~ qalib gəlmişlər

c) Fransanın cənubunda ~ qalib gəlmişlər d) Fransanın şimalında məğlub olmuşlar

e) İtaliyanın şərqində məğlub olmuşlar.


476. 21 Azər hərəkatının II Mərhələsində Milli Hökumətin həyata keçirdiyi tədbirlərə aid deyil?

a) Ticarət haqqında qanunun verilməsi b) Əmək haqqında qanunun verilməsi c) Aqrar qanunların verilməsi d) Dil haqqında qanunun verilməsi e) Təbriz Universitetinin açılması haqqında qanun qəbul etməsi.


477. Almaniyanın SSRİ üzərinə hazırladığı hücum planı necə adlanırdı?

a) Barbarossa b) Şliffen c) Moskva d) Edelveys e) Vilvet


478. 416 – cı Azərbaycan diviziyası ilə bağlı deyil:

a) “Qarlovka Diviziyası” fəxri adını almışdı. b) Odessanın azad olunmasına görə “2-ci dərəcəli Suvorov Ordeni” ilə təltif olunmuşdu c) Fəxri “Taqanroq” diviziyası adına layiq görülmüşdü d) Mozdok rayonu uğrunda döyüşlərdə 402, 223 – cü Azərbaycan milli diviziyaları ilə birgə vuruşmuşdu e) Berlinin Brandenburq darvazasına qələbə bayrağını sancmışdı


479. “Mühacir Azərbaycan hökuməti” neçə il fəaliyyət göstərmişdir:

a) 1 il b) 2 il c) 3 il d) 6 ay e) 4 il.


480. Ş.X. Xiyabaninin başçılığı altındakı hərəkat yatırıldıqdan neçə il sonra Azərbaycan Demokratik firqəsi yaradıldı?

a) 25 il b) 15 il c) 10 il d) 30 il e) 29 il.


481. Fətəli bəy Düdənginski ilə bağlıdır:

1. 1945-1954-cü illərdə azadlıq radiosunun Azərbaycan bürosuna rəhbərlik edib 2. Berlində mühacir Azərbaycan hökumətini və parlamentini yaradıb 3. Ankarad Azərbaycan Kültür dərnəyini yaradıb 4. Almaniyada faşizmə qarşı partizan hərəkatına rəhbərlik edənlərdən olub

5. Sovet casusu tərəfindən qətlə yetirilib.

a)1,2,5 b) 2,4,5 c) 1,3,5 d) 3,4,5 e) 1,2,3


482. II dünya müharibəsi illərində Azərbaycanda istehsal olunurdu:

1. Atom silahı 2. Katyuşa raketi 3. Yak – 3 qırıcı təyyarəsi

4. Şinakin pulemyotu 5. Sualtı qayıqlar.

a) 2,3,4 b) 2,1,4 c) 3,4,5 d) 1,3,4 e) 2,3,5.


483. XX əsrin 70 – ci illərinə aiddir:

1. Bakı dəniz vağzalı inşası 2. Dənizkənarı park inşası 3. Resoublika sarayı inşası

4. Gülüstan sarayı inşası 5. Moskva mehmanxanası inşası.

a) 1,3,5 b) 2,3,5 c) 2,3,4 d) 3,4,5 e) 1,4,5


484. XX əsrin 50-ci illərinin ortalarından başlayaraq Mərkəzin Azərbaycan neftinə marağın azalmasının səbəbi?

a) Uralda və Sibirdə zəngin neft yataqlarının kəşf edilməsi. b) Kənardan alınan neft və neft məhsullarının daha ucuz başa gəlməsi c) II Dünya müharibəsindən sonra Azərbaycan neftinin ehtiyatda saxlanması d) SSRİ də neft və neft məhsullarına olan tələbatın birdən-birə azalması e) Azərbaycan neftinin tükənmək təhlükəsi


Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin