Azərbaycan tarixi fənnindən test imtahanı sualları. Variant A



Yüklə 0,76 Mb.
səhifə2/8
tarix04.06.2018
ölçüsü0,76 Mb.
#52656
1   2   3   4   5   6   7   8

109. Babəkin xürrəmilərə rəhbərlik etməsindən neçə il sonra xürrəmilər ilk dəfə məğlubiyyətə uğradılar:

a) 17 b) 14 c) 19 d)18 e) 21.

110. Xronoloji ardıcılığı düzün:

1. Babəkin edamı 2. Afşinin ərəb ordusuna komandan olması 3. II Həmədan döyüşü

4. Bəzz uğrunda döyüş 5. Xürrəmilərə qarşı ilk nizami ordunun göndərilməsi 6. I Həşdadsər döyüşü.

a) 5,6,3,2,4,1 b) 2,3,1,5,4,6 c) 3,5,6,1,4,2 d) 4,5,6,1,2,3 e) 1,2,3,4,5,6


111. Babəki aldadıb ərəblərə təfil verən kimdir?

a) Səhl ibn Sumbat b) Afşin c) Məhəmməd əl Tusi d) Müaviyyə e) Tarxan


112. IX əsrin 30-cu illərinin sonu, 40-cı illərinin əvvəllərinə aiddir:

a) Əbu-Musa üsyanı b) Müsafirin üsyanı c) Xürrəmilər hərəkatı d) Xaricilər üsyanı

e) Məzdəkilər hərəkatı
113. Ərəblərlə bağlı deyil:

a) mərzbanlıq b) amil c) divan d) bəril e) Ktesifon döyüşü.


114. IX əsrin 30-cu illərinə aid deyil:

a) I Həşdadsər döyüşü b) Afşinin ərəb ordusuna komandan təyin edilməsi c) II Həşdadsər döyüşü d) Babəkin edamı e) I Həmədan döyüşü.


115. Xürrəmilər cəmiyyətdəki ədalətsizliyin kökünü nədə görürdülər?

a) sosial və mülki bərabərsizlikdə b) iri feodalların həddən artıq varlanmasında c) din xadimlərinin torpaqların üçdə birinə sahib olmasında d) hakim təbəqənin özbaşnalığında

e) yerli əyanların əhalini amansız istismar etməsində.
116. Uyğunluğu göstərin:

A. 808 1. Afşinin ərəb ordusuna komandan təyin edilməsi

B. 816 2. Xürrəmilərin II üsyanı

C. 835 3. Babəkin xürrəmilərin başına keçməsi

a) 1C, 2A, 3B b) 1A, 2B, 3C c) 2C, 3A, 1B d) 1C, 2A, 3B e) 3B, 2A, 1C.
117. 819-cu ildə hansı hadisə baş vermişdir?

a) Xürrəmilərə qarşı Xilafət ilk dəfə nizami ordu göndərmişdir b) Babək xürrəmilərin başına keçmişdir c) I Həşdadsər döyüşü baş vermişdir d) Xürrəmilər II dəfə üsyana qalxmışdılar e) Əbu İmran öldürülmüşdür.


118. Xürrəmilərin Həmədan şəhərini titmasından neçə il sonra ərəblər Bəzz qalasını ələ keçirdilər?

a) 7 b) 9 c) 6 d) 10 e) 4


119. IX-XI əsrlərdə Azərbaycanda asılı kəndlilərə verilən ad:

a) Uluclar b) Rəiyətlər c) Rəncbərlər d) Kələntərlər e) Zimmilər.

120. Xronololi ardıcıllıq gözlənilmişdir:

1. Sacilər dövlətinin yaranması 2. Rəvvadilər dövlətinin yaranması 3. Şəddadilər dövlətinin yaranması 4. Salarilər dövlətinin yaranması 5. Şirvanşahlar dövlətinin yaranması.

a) 5,1,4,3,2 b) 2,3,1,4,5 c) 5,1,2,3,4 d) 3,4,1,5,2 e) 1,2,3,4,5
121. Salarilərin süqutunu surətləndirdi:

1. Hakimiyyət uğrunda gedən ara müharibələri 2. Xəzəryanı Azərbaycan vilayətlərinin tez-tez rusların basqınlarına məruz qalması 3. Şəddadilərin aramsız hücumları 4. Vəhsudanın ölümündən sonra onun oğulları arasında gedən mübarizə.

a) 1,4 b) 1,3 c) 2,4 d) 1,2 e) 2,3
122. Rəvvadilər dövlətinin yaradıcısı kimdir?

a) Əbülhica b) Mərzban ibn Məhəmməd c) Fəzl ibn Məhəmməd

d) İbrahim ibn Mərzban e) Yezid ibn Məzyəd.
123. Dərbənd səddini yenidən təmir etmiş dövlətlər:

a) Sacilər, Şirvanşahlar b) Rəvvadilər, Məzyədilər c) Şəddadilər,Rəvvadilər

d) Sacilər, Salarilər e) Şəddadilər, Yezdilər.
124. Sonuncu Saci hökmdrı Deysəmə qalib gələrək Salari dövlətinin əsasını qoymuş şəxs:

a) Mərzban ibn Məhəmməd. b) Məhəmməd ibn Şəddad c) Məhəmməd ibn Yezid

d) Fəzl ibn Məhəmməd e) Yezid ibn Məzyəd
125. Şirvanşahların paytaxtının Şamaxıya köçürülməsinin əhəmiyyəti nədən ibarət idi?

a) Şirvanşahların müstəqilliyi möhkəmləndi, əraziləri genişləndi b) Şirvan torpaqlarının xarici hücumlardan müdafiəsi asanlaşdı c) Azərbaycan torpaqları vahid halda birləşdirildi

d) Şamaxı şəhəri şimal tranzit ticarətinin mərkəzinə çevrildi e) Şamaxının əhəmiyyəti artdı, Xəzər sahilində mühüm limana cevrildi.
126. Xronoloji ardıcıllıq gözlənilmişdir:

1. Dəbil əmirliyinin yaranması 2. Rəvvadilər dövlətinin yaranması 3. Şəddadilər dövlətinin yaranması 4. Oğuzların Rəvvadilərin ərazisində məskunlaşması.

a) 1,3,2,4 b) 2,3,4,1 c) 1,2,3,4 d) 4,3,2,1 e) 3,1,2,4
127. Şirvanşahlarla Sacilərin oxşarlıqları sırasına daxil deyil:

a) Azərbaycan torpaqlarını vahid halda birləşdirmələri. b) eyni əsrdə yaranmaları c) bir neçə paytaxtlarının olması d) Ərəb xilafətinin dağılması gedişində yaranmaları e) Dərbənd səddini təmir etdirmələri


128. İlk dəfə Arranda paytaxtı Bərdə olan yarımmüstəqil əmirlik yaratmışdılar:

a) Məzyədilər b) Sacilər c) Rəvvadilər d) Kəsranilər e) Dərbəndilər.

129. Uyğunluq hansı variantda gözlənilmişdir?

1. Azərbaycan torpaqları ilk dəfə vahid halda Salarilərin dövründə birləçdirilmişdir 2. Sacilərin ərazisi Zəncandan Dərbəndə qədər bütün Azərbaycan torpaqlarını əhatə edirdi 3. 912-ci ildən etibarən Məhəmməd ibn Əbu Sac xilafət xəzinəsinə xərac göndərilməsini dayandırdı 4. Yusif ibn Əbu Sacın adına Bərdə, Marağa və Ərdəbildə pullar kəsilməsi Azərbaycanın xilafətdən asılı olmadığını göstərirdi.

a) 2,4 b) 2,3 c) 1,3 d) 1,4 e) 1,2
130. Tarixi ədəbiyyatda Şeybanilər və ya Yezdilər də adlanır:

a) Mehranilər b) Kəsranilər c) Atabəylər d) Məzyədilər e) Dərbəndilər


131. Sacilər dövlətinə aid deyil:

a) İlk dəfə olaraq Azərbaycanın ticarət gəmiləri Xəzərdə Sacilərin dövründə üzməyə başlamışdılar b) Bu sülalənin üzvləri bir mənalı olaraq Afşın ləqəbi daşıyırdılar c) Sülalənin banisi Əbu Sac Divdad idi d) Türk mənşəli sülalə tərəfindən idarə edilmişdi e) Sacilər xilafətin xəzinəsinə ildə 120 min dinar xərac göndərirdilər.


132. Şəddadilər sıx əlaqələr yaradır və dostluq münasibətləri saxlayırdılar:

1. Rəvvadilərlə 2. Sacilərlə 3. Salarilərlə 4. Tiflis müsəlman əmirliyi ilə 5. Şirvanşahlarla

6. Atabəylərlə

a) 1,4,5 b) 2,4,6 c) 1,2,3 d) 3,4,6 e) 1,3,5


133. Şəddadilər dövlətinə aid deyil:

a) Fəzl ibn Məhəmməd ölkənin müdafiəsi üçün Gəncə qala qapılarını tikdirib

b) Mənşəcə müsəlman kürdlərindən idilər c) Dövlətin əsasını Məhəmməd ibn Şəddad qoymuşdur.

d) Şəddadilər əvvəllər Dəbil ətrafinda yaşayırdılar e) Xüdafərin körpüsü Şəddadilər dövründə inşa edilib


134. Salarilər dövlətinin ərazisi əhatə edirdi:

a) Şimalda Dərbənd keçidindən, cənubda Dəclə və Fərat çaylarının yuxarı axarlarına qədər

b) Şimalda Araz çayından, cənubda İran körfəzinə qədər olan torpaqları c) Dərbənddən kürə qədər bütün xəzər sahili əraziləri d) Müasir Azərbaycan Respublikasının ərazisini e) Zəncandan Dərbəndə qədər bütün Azərbaycan torpaqlarnı.
135. Rəvvadilər dövlətinə aiddir:

a) İlk dəfə paytaxtı Təbriz olan dövlətimizdir b) X əsrin 70-ci illərində meydana gəlmişdir

c) Banisi Mərzban ibn Məhəmməd idi d) Müsəlman kürdləri tərəfindən idarə olunurdu

e) Azərbaycanın cənubunda yaranmışdır


136. Uyğunluq pozulmuşdur:

a) Şəddadiləri idarə edib-Əzdilər b) Tiflis əmirliyini idarə edib-Cəfərilər c) Albaniyanı idarə edib-Mehranilər d) Dərbənd əmirliyini idarə edib-Haşimilər e) Şirvanşahları idarə edib-Məzyədilər


137. IX-XI əsrlərdə inşa edilmiş abidələr sırasına daxil deyil:

a) Girdiman qapıları b) Əlincə qalası c) Şamaxının Sündü kəndində məscid

d) Gəncə qalası e) Xüdafərin körpüsü.
138. 1210-1211-ci illərdə Azərbaycan torpaqlarına dağıdıcı basqın etdilər:

a) gurcülər b) alanlar c) slavyanlar d) xəzərlər e) səlçuqlar


139. Dərbənd əmirliyi neçənci ildə Şirvanşahlar dövlətinə birləşdirildi?

a) 988-cü ildə b) 887-ci ildə c) 996-cı ildə d) 976-cı ildə e) 1004-ci ildə.


140. Qədim Şamaxının Şirvanşahlar dövlətinin paytaxtına çevrilməsi ilə Dəbil əmirliyinin əsasının qoyulması arasında neçə il fərq var?

a) 33 b) 73 c) 54 d) 43 e) 98.


141. Bağdadın Səlcuqlar tərəfindən tutulması ilə Şirvanın Səlcuqlara tabe edilməsi arasında neçə il fərq var?

a) 11 b) 13 c) 15 d) 21 e) 34.


142. Xronoloji ardıcıllığı müəyyən edin:

1. Xüdafərin körpüsünün inşası 2. Gəncə qala qapılarının tikilməsi 3. Alanların yürüşü

4. Şəddadilər dövlətinin yaranması.

a) 4,1,3,2 b) 2,1,3,4 c) 3,4,1,2 d) 1,2,3,4 e) 4,3,2,1.


143. Slavyanlar Bərdəni qarət edərkən əhalinin ağır günündə onların köməyinə kim gəldi?

a) Salari hökmdarı Mərzban ibn Məhəmməd b) Səlcuq hökmdarı I Toğrul c) Atabəy Şəmsəddin Eldəniz d) Şəddadi hökmdarı Fəzl ibn Məhəmməd e) Dərbənd hökmdarı Mansur ibn Maymun.


144. Şəddadilər dövləti ilə bağlı deyilənlərdən biri doğru deyildir:

a) Əbüləsvar Şavur ölkə ərazisində Oğuz türklərini məskunlaşdırıb. b) Əvvəllər bu dövlətimiz Dəbil əmirliyi kimi tanınıb c) Paytaxtı Gəncə şəhəri olub d) Xudafərin körpüsü və Gəncə qapıları bu dövlətimizin dövründə inşa edilib e) X - əsrin 70-ci illərində yaranıb


145. Xronoloji ardıcıllığı düzün:

1. Şamaxının sündü kəndində məscid 2. Xudafərin körpüsü 3. Tərtər çayı üzərində körpü

4. Torpaqqala.

a) 4,3,2,1 b) 2,1,4,3 c) 1,2,4,3 d) 3,4,2,1 e) 3,4,1,2.


146. IX-XI əsrlərdə Dərbənd şəhəri üçün göstərilənlərdən biri doğru deyildir:

a) Bu şəhəri Azərbaycanın da daxil olduğu “İqlimin Bağdadı” hesab edirdilər. b) Azərbaycanın ən böyük liman şəhəri idi c) X əsrdə burada kanalizasiya sistemi yaradılmışdı d) Cənubi Qafqazda yeganə toxuculuq mərkəzi idi e) Cənubi Qafqazda ən yaxşı kətan parçaları Dərbənd sənətkarları toxuyurdular


147. Didqori vuruşması ilə Həmədan döyüşü arasında neçə il fərq var:

a) 69 il b) 70 il c) 81 il d) 67 il e) 93 il.


148. Slavyanların 944-cü ildə Bərdəyə yürüşü əvvəlkilərdən nə ilə fərqlənirdi?

a) Xəzərsahili əraziləri ələ keçirib burada daimi məskunlaşmaq istəyirdilər b) Bərdəni qarət edib, buradan Azərbaycanın cənubuna yürüş etmək istəyirdilər c) Şirvanşah qoşununu darmadağın etmək istəyirdilər d) soyğunçuluq, qarət və talanla məşğul olmaq istəyirdilər

e) Bərdədə möhkəmlənib, qonşu ölkələrə yürüş üçün buradan istifadə etmək istəyirdilər.

149. Slavyanların Bərdəni tərk etməsinin səbəbləri idi:

1. Əhalinin güclü müqaviməti 2. Xəzər xaqanının slavyanlara sarsıdıcı zərbə endirməsi

3. yoluxucu xəstəliklər 4. Salari hökmdarı Mərzban ibn Məhəmmədin slavyanları ağır məğlubiyyətə uğratması.

a) 1,3 b) 1,4 c) 2,3 d) 2,4 e) 1,2
150. Slavyanların hücumuna məruz qalmış Azərbaycan dövlətləri:

1. Sacilər 2. Şirvanşahlar 3. Salarilər 4. Rəvvadilər 5. Atabəylər.

a) 2,3,5 b) 3,4,5 c) 4,5,1 d)1, 2,3 e) 5,1,3.

151. Azərbaycan intibah dövrü xadimləri sırasına daxil deyil:

a) Musa Kalankatlı b) Məhsəti Gəncəvi c) Qıvami Gəncəvi d) Mücərəddin Beyləqani

e) Əmir İzzəddin Şirvani.


152. XII əsrin II yarısına aid deyil:

a) gürcülərin Gülüstan və Buqurd qalalarını, Şamaxını ələ keçirmələri

b) Tamarın Şirvani Gürcüstana birləşdirmək məqsədilə çevrilişə cəhdi

c) Paytaxtın Bakıya köçürülməsi d) 73 gəmi ilə Xəzərə daxil olan slavyanların məğlub edilməsi

e) I Axsinatın Səlçuqlarla dostluq siyasətinin bərpa edilməsi
153. Səlcuq yürüşləri zamanı Azərbaycanda mövcud olan dövlətlər:

a Rəvvadilər, Şəddadilər, Şirvanşahlar ) b) Şirvanahlar, Eldənizlər, Şəddadilər

c) Albaniya, Sasanilər, Şirvanşahlar d) Sacilər, Salarilər, Rəvvadilər e) Hülakülər, Dəbil əmirliyi, Dərbənd əmirliyi
154. Eldənizlər, Sacilər, Salarilər dövlətlərini birləşdirən cəhət:

a) Şirvanşahları asılı vəziyyətə salmaları b) Paytaxt şəhələrinin eyni olması c) Azərbaycanın cənub hissəsində yaranmaları d) Xilafətin dağılması nəticəsində yaranmaları e) Slavyan hücumuna məruz qalmaları


155. Eldənizin hakimiyyəti dövründə Atabəylər dövlətinin ərazisi əhatə edirdi:

a) Dərbənd keçidindən İran körfəzinə qədər olan geniş əraziləri b) Dərbənddən Kürə doğru bütün Xəzər sahili əraziləri c) Urmiya gölü hövzəsini və bütün Cənubi Azərbaycanı d) İndiki Azərbaycan Respublikası ərazisini e) Mərkəzi Asiyadan Aralıq dənizinə qədər olan əraziləri


156. XII əsrə aid olmayan abidə:

a) Gəncə qala qapıları b) Qız qalası c) Mömünə Xatun türbəsi

d) Yusif ibn Hüseyn türbəsi e) Qoşa minarə.
157. IX-XI əsrlərdə Azərbaycanda ən böyük liman şəhəri idi:

a) Dərbənd b) Tiflis c) Şamaxı d) Bərdə e) Bakı


158. Slavyanlar 944-cü ildə Bərdəni qarət edərkən şəhər tərkibində idi:

a) Salarilərin b) Rəvvadilərin c) Şəddadilərin d) Sacilərin e) Şirvanşahların.


159. Uyğunluq pozulmuşdur:

a) məhsul vergisi – gezit b) Sasani dövləti – mərzbanlıq c) Ərəb xilafəti - əmirlik

d) Zərdüşt – atəşpərəstlik e) amil – mütəqəbbil

160. 1160 – cı ilə uyğun gələn hadisələr:

1. Şəmsəddin Eldənizin Arran hakimi təyin olunması 2. I Axsitanın hakimiyyətə gəlməsi

3. Məhəmməd Cahan Pəhləvanın paytaxtı Həmədana köçürməsi 4. Şəmsəddin Eldənizin

“Böyük Atabəy” titulu alması.

a) 2,4 b) 1,3 c) 3,2 d) 4,1 e) 2,1


161. Göstərilənlər hansı dövlət xadiminə aiddir?

-- Sultan II Toğrul ona əmir titulu verdi və oğlu Arslan şahın atabəyi təyin etdi

-- 1136-cı ildə o Arran hakimi təyin olundu və Bərdəyə göndərildi

-- Atabəylər dövlətinin banisi oldu.

a) Şəmsəddin Eldəniz b) Qızıl Araslan c) I Axsitan

d) Əbu Bəkr e) Məhəmməd Cahan Pəhləvan


162. 1227-ci ildə süqut etdi:

a) Ağsunqurilər dövləti b) Atabəylər dövləti c) Rəvvadilər dövləti

d) Şirvanşahlar dövləti e) Səddadilər dövləti.
163. Monqolların həm I, həm II yürüşəndə ələ keçirilərək dağıntıya və qırğına məruz qalmış Azərbaycan şəhəri:

a) Marağa b) Zəncan c) Ərdəbil d) Sərab e) Şamaxı


164. 1239-1256-ci illərdə Azərbaycan və Cənubi Qafqaz əraziləri idarə edilmişdir.

a) Monqol imperatorluğunun buradakı canışınləri tərəfindən b) Cəlaləddinin xüsusi nümayəndəsi tərəfindən c) Yerli canişinlər tərəfindən d) Münke xan tərəfindən e) Hülakü xan tərəfindən


165. Azərbaycan Cəlairilərin tərkibində olub:

a) 1359-1410-ci illərdə b) 1340-1382-cu illərdə c) 1357-1405-ci illərdə

d) 1256-1357-ci illərdə e) 1344-1367-ci illərdə
166. XIV əsrdə Azərbaycana hücum etməyib:

a) Xarəxmşahlar b )Canı bəy c) Cəlairilər d) Teymurilər e) Qızıl Ordalılar


167. Monqol ağalığı dövründə Qopçur nə idi?

a) vergi növü b) inzibati vəzifə c) hərbi rütbə

d) mülkiyyət forması e) kəndli təbəqəsi.
168. Eldənizlər dövlətinin paytaxtı olmuş şəhərlər sırasına daxil deyil:

1. Naxçıvan 2. Ərdəbil 3. Həmədan 4. İsfahan 5. Təbriz.

a) 2,4 b) 1,5 c) 3,4 d) 3,5 e) 1,2.
169. XII əsrin məhşur Azərbaycan astranomu:

a) Fazil Fəriddin Şirvani b) Bəhmənyar ibn Mərzban c) Eynəlqüzzat Miyanəçi

d) Nəsrəddin Tusi e) Xətib Təbrizi.

170. Şirvanşaahlar dövlətinin ən qüdrətli dövrü idi:

a) XII əsrin 30-60-cı illəri b) XI əsrin II yarısı c) IX əsrin 40-90-cı illəri

d) XI əsrin 20-60-cı illəri e) X əsrin 50-ci illəri.


171. Məntiqi ardıcıllığı tamamlayın:

1. Memar Əcəmi 2. Məsud Davudoğlu 3. -----------

a) İbrahim Osmanoğlu b) Fələki Şirvani c) Xətib Təbrizi

d) Fazil Fəriddin Şirvani e) Mücirəddin Beyləqani.


172. Qeyd olunan amillər hansı mühüm hadisəyə səbəb oldu?

1. III Mənucöhr Şirvanşahların ənənəvi siyasətini pozaraq Səlcuq türklərindən üz döndərdi.

2. Şirvanşahlar Səlcuqlarla ittifaqdan çıxaraq 40 min dinar məbləğində bac verməkdən imtina etdilər

a) 1123-cü ildə Səlcuq hökmdarı sultan Mahmudun Şirvana yürüşünə b) Didqori döyüşünün baş verməsinə c) 1120-ci ildə IV Davidin Şirvana yürüşünə d) I Axsitanın səlcuqlardan üz döndərməsinə e) Qıpçaqların Şirvana yürüşünə.


173. Xronoloji ardıcıllıq gözlənilmişdir:

1. I Axsitanın III Georgiyə kömək göndərməsi 2. Didqori döyüşü 3. Tiflis müsəlman əmirliyinin süqutu 4. Şamaxıda zəlzələ

a) 4,2,3,1 b) 3,4,2,1 c)2,1,4,3 d) 4,3,2,1 e) 1,2,3,4.
174. Möminə Xatun türbəsi, Yusif ibn Küseyr türbəsi və Qoşa Minarənin oxşar cəhətləri:

1. Hər üç abidəmiz XII əsrə aiddir 2. Müdafiə xarakterli tikililər sayılır 3. Şəddadilər dövründə inşa edilmişdilər 4. Hər üçünün memarı eyni şəxsdir 5. Naxçıvanda yerləşirlər

6. Məhəmməd Cahan Pəhləvanın sifarişi ilə tikilmişdilər.

a) 1,4,5 b) 2,3,4 c) 1,2,4 d) 3,5,6 e) 1,2,6.


175. Kalka sahilindəki döyüş kimlər arasında baş vermişdir?

a) Monqollarla rus-qıpçaq qoşunu arasında b) Şirvanşahlarla Xarəzmşah Cəlaləddin arasında

c) Bulqarlarla monqollar arasında d) Atabəylərlə Xarəzmşahlar arasında

e) Xarəzmşahlarla monqollar arasında.


176. Yusif ibn Küseyir türbəsi ilə Möminə Xatun türbəsinin inşası arasında neçə il fərq var?.

a) 24 b) 23 c) 7 d) 11 e) 32


177. 1190-ci ildə baş vermişdir:

a) Həmədan döyüşü b) Qızıl Arslanın özünü şah elan etməsi c) Qoşaminarənin inşası

d) Şirvanşahlar dövlətinin paytaxtının Bakıya köçürülməsi e) Didqori vuruşması.
178. Kəndlilərin yaşayış yerini tərk etməsinin qadağan olunması haqqındq qanun hansı Elxani hökmdarına aiddir?

a) Qazan xana b) Abaqa xana c) Keyxatu xana d) Hülaki xana e) Arpa xana.


179. Bu memarlıq abidələrindən hansı XIV əsrə aid deyil:

A) Darülmülkün inşası b) Naxçıvanda Gülüstan türbəsi c) Sultaniyyədə Olcaytu Xüdabəndə türbəsi d) Naxçıvanda Qarabağlar kəndində Baştağ memarlıq kompleksinin inşa edilməsi

e) Bərdə türbəsi.


180. Azərbaycanda Xarəzmşah Cəlaləddinə qarşı üsyanların zirvəsini təşkil edirdi:

a) Gəncə üsyanı b) Şamaxı üsyanı c) Təbriz üsyanı d) Bakıda əhalinin üsyanı

e) Dərbənddə sənətkarların qiyamı.
181. Kürsahili döyüş kimlər arasında baş vermişdir?

a) Şirvanşahlarla ateymuri Ömər arasında b) Cəlairilərlə Teymurilər arasında

c) I İbrahimlə Toxtamış arasında d) Qaraqoyunlularla Teymuri Miranşah arasında

e) Teymurilərlə Qızıl Ordalılar arasında.


182. Uyğunluq gözlənilmişdir:

1. 1405 2. 1392 3. 1386.

A. Kürsahili döyüş B. Şəkinin Tüymurun asılılığını qəbul etməsi

C. Teymurun Azərbaycana üç illik yürüşü.

a) 1A, 2B, 3C b) 2A, 3B, 1C c) 3A, 2B, 1C d) 2C, 1A, 3B e) 1B, 2A, 3C
183. Monqolların Azərbaycana II yürüşünün əvvəlkindən fərqi:

a) işğal etdikləri ərazilərdə, o cümlədən Azərbaycanda və qonşu ərazilərdə möhkəmlənmək

b) talan, qarət, soyğunçuluq etmək c) Azərbaycanı Xarəzmşahların hücumundan xilas etmək

d) işğal etdikləri ərazilərdə, o cümlədən Azərbaycanda itirilmiş dövlətçiliyi bərpa etməkdə yerli əhaliyə köməklik göstərmək e) bu ərazilərdən İran ərazisini ələ keçirmək üçün strateji mərkəz kimi istifadə etmək.


184. Xronoloji ardıcıllıq gözlənilmişdir:

1. Usta Bəndər üsyanı 2. Dərbəndin tutulması 3. Kalka döyüşü 4. Şamaxının monqollar tərəfindən ələ keçirilməsi 5. Monqolların Gəncəni tutması.

a) 4,3,1,5,2 b) 3,1,4,5,2 c) 4,5,1,2,3 d) 1,2,3,4,5 e) 2,4,1,5,3
185. Monqolların I yürüşü ərəfəsində Azərbaycanda olan dövlətlər sırasına daxil deyildir:

1. Şirvanşahlar 2. Şəddadilər 3. Atabəylər 4. Rəvvadilər 5. Ağsunqurilər

a) 2,4,5 b) 1,2,4 c) 3,4,5 d)1,3,4 e) 1,3,5
186. 1239-1256-cı illərdə Azərbaycan və Cənubi Qafqaz əraziləri idarə edilmişdir:

a) Böyük Monqol imperatorluğunun buradakı nümayəndələri tərəfindən. b) Münke xan tərəfindən c) Yerli canişinlər tərəfindən d) Cəlaləddinin xüsusi nümayəndəsi tərəfindən e) Hülaki xan tərəfindən


187. Şirvanşah I İbrahimin ittifaqa girməkdə Toxtamışı deyil, Teymuru seçməsinin səbəbi nə idi?

a) Toxtamışın yaxın, Teymurun isə uzaq məsafədə yerləşməsi, eyni zamanda onun Şirvanda hakimiyyətinin uzun sürməyəcəyini düşünməsi b) Teumurun Şirvanın müstəqilliyinə toxunmayacağına söz verməsi c) Toxtamışın Teymurla müqayisədə daha qəddar olması d) İbrahimin Teymurla qan qohumu olması e) Şirvan əhalisinin ittifaq üçün Teymuru seçməsi.


188. Azərbaycan Cəlairilərin tərkibində olub:

a) 1359-1410-ci illərdə b) 1340-1382-cu illərdə c) 1357-1405-ci illərdə

d) 1256-1357-ci illərdə e) 1344-1367-ci illərdə
189. Teymurla I İbrahimin Qarabağdakı görüşünün nəticəsinə aid deyildir:

a) Teymur bütün Azərbaycanın idərəsini I İbrahimə tapşırdı b) Teymur İbrahimi Şirvan hakimi kimi tanıdı c) Şimal sərhədlərinin mühafizəsi İbrahimə tapşırıldı d) Şirvan Teymurun qarətlərindən xilas oldu e) İbrahim Toxtamışa qarşı güclü müttəfiq qazandı


190. Uyğunsuzluğu göstərin:

a) tamğa -- köçəri maldarların ödədiyi vergi. b) yam -- rabitə mərkəzi c) incu -- hökmdar və xan nəslinə məxsus torpaqlar d) bayrat – istifadəsiz torpaqlar e) çao -- kağız pul


191. Qazan xanın torpaq islahatına aiddir:

a) Monqol qoşunlarında qulluq edənlərə torpaq sahələri verilirdi. b) Oturaq əhali torpaq sahələri ilə təmin olunmuşdu c) Köçəri monqollar torpaqdan məhrum edilmişdi d) Şəxsi torpaqlar xüsusi mülkiyyət elan olunmuşdu e) Xidmət müqabilində verilmiş torpaqlar alına, satıla, bağışlana bilərdi.


192. Qazan xanın islahatlarının təşkilində rolu böyük olmuşdu:

a) Fəzlulah Rəşidədinin b) Nizaməlmülkün c) Nəsrəddin Tusinin

d) Əbdürrəşid Bakuvinin e) Məhəmməd Naxçıvaninin
193. Ərazisi inzibati cəhətdən uluslara bölünürdü:

a) monqollarda b) səlçuqlarda c) xarəzmşahlarda d) atabəylərdə e) şirvanşahlarda


194. 1400 – cü ildə baş vermişdir:

a) Əlincə qalası süqut etdi b) Şirvanşahlar saray kompleksinin inşası başa çatdı c) Şəki hakimliyi yarandı d) Ankara döyüşü baş verdi e) Toxtamış Azərbaycana hücum etdi.


195. Hansı variantda uyğunluq gözlənilməyib?

a) Teymur vəfat etmişdir ~ 1407-ci ildə b) Şəkini idarə edirdi ~ Oyrat qəbiləsi c) Şirvan iki qorxulu təhlükə qarşısında ~ cənubdan Teymurun, şimaldan isə Toxtamışın hücumuna məruz qaldı

d) Kürsahili döyüşdə məğlub oldular ~ teymurilər e) Teymurla əlaqələrdən istifadə edib Şirvanı möhkəmləndirdi ~ İbrahim.
196. Monqolların Azərbaycana üçüncü yürüşü neçənci ildə baş vermişdir?

a) 1256-ci ildə b) 1239-cu ildə c) 1258-cı ildə d) 1257-ci ildə e) 1231-ci ildə.


197. Qazan xanın hakimiyyət dövrü ilə bağlı deyildir:

a) Qızıl Ordalıların sərkərdəsi Noqayın başçılığı ilə Şirvana yürüşün qarşısının alınması b) Arslan oğlunun başçılığı ilə sui-qəsd c) 1297-1298-ci illərdə monqol feodallarının qiyamı d) Yeni dinin qəbul edilməsi e) Hakimiyyət dövrünün XIII əsrin sonu XIV əsrin əvvəllərini əhatə etməsi.


198. Fazil Fəriddəddin Şirvani və Nəsrəddin Tusini birləşdirir?

a) Hər ikisi öz dövrünün astranomu olublar b) XIII əsrin filosofu olublar c) Dövlət xadimi, hökmdar yanında vəzir olublar d) İntibah dövrünün astranomu olublar e) Rəsədxana inşa ediblər.


199. Ərəblərdə həmdə monqollarda mövcud olmuş torpaq mülkiyyət formaları:

1. İncu 2. Divan 3. Iqta 4. Bayrat 5. Ilçə

a) 2,3 b) 1,3 c) 2,4 d) 3,5 e) 1,2
200. “Çao”adlanan pul islahatını hansı Hülaki hökmdarı keçirdi?

a) Keyxatu xan b) Qazan xan c) Abaqa xan d) Hülakü xan e) Fəzlullah Rəşidəddin


201. Bu əlamətlərin aid olduğu abidə:

-- XIV əsrin əvvəllərində Təbrizdə inşa edilib.

-- O zamanki müsəlman aləminin ən möhtəşəm məscidi idi.

-- “Ərk qalası” adını almışdı

a) Əlişah məscidi b) Həşt-behişt kompleksi c) Göy məscid d) Cümə məsvidə

e) Baştağ türbəsi.


202. XIII əsrin ortalarında Azərbaycanda təsərrüfatda müəyyən canlanmaya səbəb oldu:

a) Hülaki dövlətinin yaradılması və tədricən mərkəzi hakimiyyətin güclənməsi b) Keyxatu xanın islahatı c) Qazan xanın islahatları d) Cəlaləddinin Azərbaycanı ələ keçirib mərkəzləşmiş dövlət yaratması e) Atabəylərin həyata keçirdikləri güclü mərkəzləşmiş siyasət.


203. Bu islahatlara aid müvafiq xüsusiyyətləri tamamlayın:

Torpaq ~ Monqol qoşun hissələrində xidmət edənlərə torpaq hissələri verildi.

Rabitə ~ Hər üç fərsəxdən bir rabitə dayanacaqları yaradıldı.

Vergi ~ Kəskin mübarizə şəraitində həyata keçirildi.

Ticarət ~ Vahid pul sistemi yaradıldı

Məhkəmə ~ ?

a) 30 illik tarixə malik iddia sənədləri öz qanuni qüvvəsini itirmiş elan olundu b) Kəndlilərin bir yerdən başqa yerə getməsi qadağan olundu c) Məhkəmələr açıq həyata keçirildi və müttəhimlər üçün vəkil tutulması təmin edildi d) Qanunsuz həbslər qadağan olundu e) Məhkəmələrə sədrlər təyin olundu və onların əhalidən vəsait alması qadağan olundu.


Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin