Azərbaycan tarixi fənnindən test imtahanı sualları. Variant A



Yüklə 0,76 Mb.
səhifə3/8
tarix04.06.2018
ölçüsü0,76 Mb.
#52656
1   2   3   4   5   6   7   8
204. Hülaki və Abaqa xanın fəaliyyətindəki oxşarlıq:

a) Mərkəzi dövlət aparatı daha da gücləndi və ölkə daxilindəki üsyanlar amansızlıqla yatırıldı.

b) İslahatlar həyata keçirildi və vergilərin miqdarı yüngülləşdirildi c) Bir sıra dini məbədlər tikildi d) Təhkimçiliyin daha da möhkəmləndirilməsi və bu sahədə yeni qanunların qəbul edilməsi həyata keçirildi e) Torpaq və vergi siyasəti nisbətən müəyyənləşdi və bu sahədə mərkəzi idarə sistemi yaradıldı
205. XIII-XIV əsrlərdə salınmış yeni şəhərlər hansılardır?

1. Şəki 2. Mahmudabad 3. Marağa 4. Sultaniyə.

a) 2,4 b) 2,3 c) 1,3 d) 1,4 5) 3,4
206. Eyni ildə baş vermiş hadisələri göstərin.

1. Osmanlıların Trabzonu fəth etməsi 2. Ağqoyunlu və Venesiya arasında Osmanlıya qarşı ittifaq məsələsinin müzakirəsi 3. Yassıçəmən sülhünün imzalanması 4. III İvanın öz elçisini Uzun Həsənin sarayına göndərməsi 5. Qoyluhisar döyüşü.

a) 1,3,5 b) 2,3,4 c) 1,4,5 d) 1,2,3 e) 2,3,5.
207. Uzun Həsəndən sonra Ağqoyunlu dövlətində kim taxta çıxdı?

a) Yaqub Mirzə b) Əbu Səid c) Baysunqur d) Gödək Əhməd e) Rüstəm padşah


208. Bərdə, Əhər, Sultaniyyə döyüşlərinin ümumi cəhəti:

a) Hakimiyyət uğrunda Ağqoyunlu hökmdarları arasında baş vermişdir b) Rüstəm Mirzənin qələbəsi ilə nəticələnmişdir c) Qızılbaş qüvvələri və Ağqoyunlu qoşunu arasında baş vermişdir d) Ağqoyunlularla Osmanlılar arasında baş vermişdir e) XV əsri 80-ci illərini əhatə edirlər.


209. XV əsrin ikinci yarısında Xəzərdə başlıca liman şəhərinə çevrilmiş Azərbaycan şəhəri:

a) Həştərxan b) Bakı c) Lənkəran d) Dərbənd e) Salyan


210. Topal Əhmədin başçılığı ilə baş vermiş üsyan haqqında göstərilənlərdən doğru olmayanları tapın.

1. Üsyan 1484-cü ildə baş vermişdir. 2. Qaraqoyunlulara qarşı baş vermişdir. 3. Qələbə ilə nəticələnmişdir 4. Qarabulaq kəndi yaxınlığındakı döyüşdə üsyançılar məğlub olur və Topal Əhməd öldürülür.

a) 2,3 b) 1,4 c) 2,4 d) 3,4 e) 1,2
211. XV əsrin memarlıq abidələrini göstərin:

1. Marağa rəssədxanası 2. Şirvanşahlar sarayı 3. Möminə Xatun türbəsi 4. Təbrizdə “Göy məscid” 5. “Həşt-behişt” kompleksi 6. Qız qalası.

a) 2,4,5 b) 3,5,6 c) 1,2,3 d) 4,5,6 e) 1,4,6.
212. Malatya və Otluqbeli döyüşlərinin oxşarlıqları deyildir:

1. Osmanlıların qalibiyyəti ilə başa çatmaları. 2. Eyni ildə baş vermələri. 3. Bu döyüşlərin Ağqoyunluların süqutunu surətləndirməsi 4. Osmanlı və Ağqoyunlu arasında baş verməsi.

a) 1,3 b) 3,4 c) 1,4 d) 2,3 e) 2,4.

213. 1483 cü ildə baş vermişdir:

a) Təbrizdə “Həşt-behişt” saray kompleksi tikilib başa çatdı b) Uzun Həsən Gürcüstana uğurlu yürüş etdi c) Əbhər sülhü imzalandı d) Muş vuruşması baş verdi e) Təbrizdə “Göy məscid” tikildi.
214. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin oxşarlıqlarındandır:

a) qalibiyyətli müharibələr nəticəsində yaranmaları b) Osmanlı dövləti ilə müharibə aparmaları

c) Cəlairilərlə müharibə aparmaları d) Süqutlarının eyni əsirdə baş verməsi e) Səfəvilər tərəfindən ağır məğlubiyyətə uğradılmaları.
215. Qaraqoyunlulara aid olan döyüşlər:

1. Qoyluhisar 2. Sərdrud 3. Otluqbeli 4. I Şənbi Qazan 5. Qoçhisar

a) 4,2 b) 1.2 c) 3.4 d) 2.5 e) 1.3

216. Herat müqaviləsi hansı dövlətlər arasında imzalanmışdı?

a) Qaraqoyunlu – Teymuri b) Teymuri – Səfəvi c) Ağqoyunlu – Qaraqoyunlu

d) Ağqoyunlu – Teymuri e) Səfəvilər – Şirvanşahlar


217. Yassıçəmən sülhü ilə Əbhər sülhü arasında neçə il fərq var?

a) 39 il b) 40 il c) 38 il d) 49 il e) 51 il


218. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərində ən geniş yayılmış torpaq mülkiyyət forması:

a) soyurqal b) divan c) tiyul d) mülk e) dastakert


219. “Göy məscidlə” lə “Səkkiz cənnət” abidələrinin oxşarlıqları deyildir:

1. Eyni əsrdə inşa olunublar 2. İnşaları eyni dövlətin hakimiyyət dövrünə aiddir 3. Eyni şəhərdə yerləşirlər 4. Memarları eynidir.

a) 2,4 b) 1,2 c) 1,3 d) 3,4 e) 1,4
220. Aşağıdakılar hansı torpaq mülkiyyət formasına aiddir:

~ Qaraqoyunlu və Ağqoyunlu qoşununun dayağı olan hərbi köçəri əyanlara xidmət müqabilində verilirdi. ~ İqtaya nisbətən sahibinin hüquqları daha geniş idi. ~ Onun sahibləri vergi toxunulmazlığına sahib idilər ~ İrsən keçirdi.

a) soyurqal b) mülk c) dastakert d) tiyul e) divan
221. Rüstəm Mirzənin qələbəsi ilə nəticələnən döyüşlər sırasına daxil deyildir:

1. Bərdə 2. Sultaniyə 3. Şəməsi 4. Əhər 5. İsfahan yaxınlığında döyüş.

a) 2,5 b) 1,5 c) 2,4 d) 3,4 e) 1,3
222. Səfəvi sulaləsinin fəaliyyəti neçənci əsrdən başlamışdır?

a) XIII əsrin II yarısından b) XIII əsrin I yarısından c) XIV əsrin əvvələrindən

d) XV əsrin sonlarından e) XVI əsrin əvvələrindən

223. I Şah İsmayılın hakimiyyətə gəlmə ərəfəsində, özünün ən böyük düşməni hesab etdiyi dövlət:

a) Şirvanşahlar b) Osmanlılar c) Ağqoyunlular d) Qaraqoyunlular e) Cəlairilər
224. Şirvanşahlar sülaləsinin hökmranlığına kim son qoymuşdur?

a) I Təhmasib b) II Təhmasib c) I-Şah İsmayıl d) I-Şah Abbas e) Nadir şah


225. 1586-1589-cu illər Səfəvilər tarixi üçün xarakterikdir:

a) Azərbaycan III Muradın ordusu tərəfindən işğal olunmuşdu b) Şəkidə Səfəvi hakimiyyətinə qarşı qiyam baş vermişdi c) Səfəvi dövlətində daxili iqtisadi, siyasi vəziyyət stabilləşmişdi

d) Osmanlı qoşunu ölkədən qovulmuşdu e) İstanbul sülhü imzalanmışdı.
226. Səfəvilər dövründə “Kələntər” kimlərə deyilirdi?

a) şəhər hakimlərinə b) varlı kəndlilərə c) vergi yığanlara

d) yüksək rütbəli zabitlərə e) Saray əhlinə
227. Səfəvilər dövründə “Qulam” kimlərə deyilirdi?

a) şah qvardiyasının əskərlərinə b) kəndlilərə c) din xadimlərinə

d) ağsaqqallara e) sənətkarlara
228. XVII əsrin I rübündə baş vermiş hadisələr sırasına daxil deyildir:

a) İrəvan qalasının Osmanlılardan geri alınması b) Osmanlı dövlətinin Azərbaycanın, Şərqi Gürcüstanın, Şərqi Anadolunun Səfəvilərə məxsus olmasını tanıması c) Alman səfiri Georgi Textanderin Osmanlıya qarşı hərbi ittifaq təklifi ilə Təbrizə gəlməsi d) Osmanlı ilə Qəsri-Şirində sülh müqaviləsinin imzalanması e) Mərənd sülh müqaviləsinin imzalanması.


229. XVI-XVII əsrlərdə yaşamış Azərbaycan tarixçiləri hansılardır?

1. Həsən bəy Rumlu 2. Fəzlullah Rəşidəddin 3. Sadıx bəy Əfşar 4. İskəndər bəy Münşi.

a) 1,4 b) 1,3 c) 2,4 d) 1,2 e) 3,4
230. Cəlairilər haqqında deyilən fikirlərdən biri yanlışdır:

a) Bu hərəkat Səfəvilərin hakimiyyətinə qarşı baş vermişdi. b) Kütləvi narazılıq, aclıq, soyğunçuluq, dəhşətli dağıntılar və iqtisadi tənəzzül bu hərəkatın səbəbləri idi. c) Cəlali dəstə başçılarından ən məhşuru Koroğlu idi. d) Hərəkat XVI əsrin 90-cı illərində Şərqi Anadoluda başladı. e) Cəlali hərəkatının iştirakçıları Qərbi Azərbaycan kəndlilərindən, Osmanlı, Şərqi Anadolu və İraq qaçqınlarından təşkil olunmuçdu.


231. Xronoloji ardıcıllığı düzün:

1. paytaxtın Qəzvindən köçürülməsi 2. Şah Abbasın hakimiyyətə gəlməsi 3. İstanbul sülh müqaviləsi 4. Xorasanın Şeybanilərdən geri alınması.

a) 2,3,1,4 b) 3,2,1,4 c) 1,2,3,4 d) 2,3,4,1 e) 4,1,2,3

232. Göstərilənlər nəticəsidir:

~ Bəzi Qızılbaş əyanlarının qüdrəti sarsıldı

~ Mərkəzi hakimiyyət xeyli qüvvətləndi

~ Səfəvi dövlətinin keçmiş qüdrəti bərpa edildi

a) Hakimiyyəti ələ keçirməyə çalışan bir qrup qızılbaş əmirinin edam edilməsinin. b) Osmanlı dövlətinə sarsıdıcı zərbənin endirilməsinin c) Şah Abbasın həyata keçirdiyi islahatların d) Şah Abbasa qarşı saray daxilində hazırlanmış sui-qəsdin üstünün açılmasının e) Ölkə daxilində baş vermiş qiyamların yatırılmasının


233. Uyğunluq gözlənilmişdir:

a) Krım tatarları ilə Səfəvilər arasında baş vermiş döyüş ~ Mollahəsənli. b) Qızılbaşların parlaq qələbəsi ilə nəticələndi ~ Çıldır döyüşü c) Səfəvi ordusunda birliyin olmaması məğlubiyyətə gətieib çıxardı ~ Qanıx döyüşü d) Sufiyan yaxınlığında döyüş baş verdi ~ 1583-cü ildə e) Səfəvi dövlətində iki hakimiyyətlilik yarandı ~ Şah I Təhmasibin vəfatından sonra


234. Eyni ildə baş vermiş hadisələri seçin:

1. Çıldır döyüşü 2. Kürd tayfalarının qiyamı 3. Qanıx (Alazan) çayı sahilindəki döyüş

4. Məşəl savaşı.

a) 1,3 b) 2,4 c) 1,2 d) 3,4 e) 1,4.


235. Portuqaliya İran körfəzindəki hörmüz limanını nə vaxt işğal etdi?

a) 1515-ci ildə b) 1517-ci ildə c) 1505-ci ildə d) 1526-cı ildə e) 1538-ci ildə.


236. Şirvanda Məhəmməd Amin üsyanı ilə Şirvanın təmamən süqut etməsi arasında neçə il fərq var?

a) 1 il b) 24 il c) 11 il d) 3 il e) 17 il.


237. Şirvanın Səfəvilər tərəfindən təyin edilmiş ilk bəylərbəyi kim idi?

a) Əlqas Mirzə b) Rüstəm Mirzə c) Məhəmməd Amin

d) Xosrov Mirzə e) Hüseyin bəy Rumlu.
238. Portuqaliyalıların İran körfəzini işğalı ilə oradakı ağalıqlarına son qoyulması arasında neçə il fərq var?

a) 105 il b) 67 il c) 9 il d) 5 il e) 89 il.


239. Səfəvilər dövründə cəmiyyətin başlıca istehsalçı və vergi verən təbəqəsi hesab olunurdu.

a) kəndlilər b) tacirlər c) sənətkarlar d) elatlar e) ruhanilər.


240. 1653-1662-ci illərdə Rus-Səfəvi münasibətlərinin kəskinləşməsinin səbəbi nə idi?

a) Rusların Şimali Qafqazda qalalar tikməsi b) Rusların Azərbaycana hücumu c) Rus tacirlərinin Azərbaycanda öldürülməsi d) Şirvan bəylərbəyi Xosrov xanın vəzifədən kənarlaşdırılması e) Rus çarı Aleksey Mixayloviçin hakimiyyətə gəlməsi.


241. Məşəl döyüşü ilə Sufiyan döyüşü arasında neçə il fərq var?

a) 2 il b) 12 il c) 17 il d) 56 il e) 7 il.


242. Xam ipək istehsalı sahəsində Yaxın və Orta Şərqdə Gilandan sonra ikinci yeri tutan şəhər hansıdır?

a) Şirvan b) Gəncə c) Ərəş d) Şəki e) Ərdəbil.


243. Elatların oturaq həyata keçməsini ləngidən amil:

a) Onların içərisində patriarxal qalıqların güclü olması b) Ağır vergi və mükəlləfiyyətlər icra etmələri c) Ordunun əsasını təşkil etmələri d) Köçəri maldarlıqla məşğul olmaları e) Köçəri həyata öyrəşmələri.


244. XVII əsri sonunda Səfəvilərin Rusiya dövlətinə Osmanlıya qarşı birgə çıxış etmək təklifinə mənfi münasibət bildirməsinin səbəbi?

a) Səfəvi dövlətinin hərbi potensialının zəif olması b) Səfəvi-Osmanlı münasibətlərinin yaxşı olması c) Rusiyanın Xəzərsahili vilayətləri tutmasından Səfəvilərin qorxusu d) Səfəvi dövlətində hakimiyyət uğrunda mübarizə e) Bu təklifin Səfəvi dövlətinin maraqlarına cavab verməməsi.


245. Səfəvilər imperiyasının əsasən sərhəd zolağında fəaliyyət göstərirdi:

a) bəylərbəylik b) qəsəbə c) mahal d) kənd e) vilayət.


246. Rusiya dövləti Səfəvi dövlətinin hansı dövlətlə həmişə gərginliyinin qalmasında maraqlı idi?

a) Osmanlı ilə b) Fransa ilə c) İngiltərə ilə d) İran ilə e) Əfqan dövləti ilə.


247. Hülaki dövləti ilə elatlar arsında oxşar cəhət:

a) Başçıları “Elxan” titulu daşıyırdı b) Monqolustandan gəlmə idilər c) XIII əsrdə meydana gəlmişdilər d) Əsas məşğuliyyətləri köçmə maldarlıq idi e) Elbəylər tərəfindən idarə olunurdular.


248. XVII əsrin ortalarında başlayan geriləmənin əsas səbəbi:

a) ağır vergi və mükəlləfiyyətlər. b) üsyanlar c) Səfəvilər sülaləsinin zəifləməsi

d) hakimiyyət uğrunda mübarizə e) arasıkəsilməz müharibələr
249. Səfəvi dövlətinin ən iri torpaq sahibi kim idi?

a) şah b) qızılbaş əmirləri c) vəkil d) ordunun baş komandanı

e) şah qvardiyasının döyüşçüləri
250. 1577-ci ildə Səfəvilərə qarşı kürd qiyamını kim təşkil etdi?

a) Xosrov Paşa b) Lələ bəy c) Məhəmməd Qəray d) Məhdi Ülya e) Osman Paşa


251. Məntiqi ardıcıllığı göstərin:

1. 1618 2. 1639 3. 1612

a) Mərənd, Qəsri-Şirin, Sərab b) Sərab, Mərənd, Qəsri-Şirin c) Qəsri-Şirin, Mərənd, Sərab

d) Sərab, Qəsri-Şirin, Mərənd e) Mərənd, Sərab, Qəsi-Şirin.


252. Səfəvilərin Cıldır döyüşündə məğlub olma səbəblərinə aid deyildir:

a) bir sıra əyanların xəyanət edərək osmanlı tərəfə keçməsi b) qüvvələr fərqi c) səfəvi ordusunun rəhbərliyində birliyin olmaması d) qızılbaşların həddən artıq özlərinə arxeyin olması

e) osmanlılarla döyüşə o qədər də əhəmiyyət verməmələri
253. 1590-cı il İstanbul sülhünün şərtlərinə daxil deyildir:

a) Azərbayçanla yanaşı Gürcüstan, habelə İranın qərb vilayətləri, Səfəvilərin tərkibində qaldı;

b) Ərəb İraqı, Şərqi İran, Kiçik Asiyanın Səfəvi istiqamətində yerləşən bütün torpaqları Osmanlı hakimiyyətinə keçdı; c) Şirvan, Qarabağ, Sərab, Mərənd Osmanlı hakimiyyəti altına keçdi; d) Xalxal, Qaracadağ, Ərdəbil, Lənkəran Səfəvilərin əlində qaldı; e) Bu sülh müqaviləsi Azərbaycanı Osmanlı və Səfəvi dövlətləri arasında böldü.
254. Uyğunluq pozulmuşdur.

a) Səfəvilərdə feodallar içərisində imtiyazlı təbəqə- qulamlar b) Dövlət torpaqları – divan

c) Irsən keçən torpaq – tiyul d) Dini idarələrə məxsus torpaq – vəqf

e) Maldarların ödədiyi vergi – çobanbəyi


255. I Şah Abbasın hakimiyyəti ilə bağlı deyildir:

a) Süfyan döyüşündə Osmanlıların məğlub edilməsi b) Osmanlı ilə sülh müqaviləsinin bağlanması

c) Vahid Azərbaycan bəylərbəyliyinin yaradılması d) “Böyük sürgün” siyasətinin həyata keçirilməsi e) Odlu silahı olan 44 minlik ordu yaradılması
256. Düzgün variantı seçin:

a) Krım tatarları ilə Səfəvilər arasında baş vermiş döyüş - Molla həsənli

b) Süfyan yaxınlığında döyüş baş verib -1583-cü ildə

c) Səfəvilərdə pərakəndəlik məğlubiyyətlə nəticələndi - Qanıx döyüşü

d) Qızılbaşların qələbəsi ilə nəticələndi - Çıldır döyüşü

e) Səfəvilərdə iki hissəyə parçalandı – 1590-cı ildə


257. Səfəvi – Osmanlı sülh müqavilələrini xronoloji ardıcıllıqla düzün:

1. Qəsri-Şirin 2. İstanbul 3. Mərənd 4. Amasiya 5. Şərab

a) 4, 2, 5, 3, 1 b) 4, 2, 3, 5, 1 c) 4, 2, 5, 1, 3 d) 1, 2, 3, 4, 5 e) 3, 2, 5, 4, 1
258. Səfəvi dövlətində baş qazi hansı titulu daşıyırdı?

a) şeyxülislam b) qazi c) müfti d) axund e) molla


259. Hacı Davudun Şirvan hakumi olmasına kim razılıq verdi?

a) Osmanlı sultanı b) Səfəvi şahı c) Rus çarı d) İran şahı e) Yerli əhali.


260. I Pyotr yürüşünün başlanğıcında qarşıslna çıxan kəndləri yandırıb, qırğınlar törətməkdə məqsədi nə idi?

a) Yerli əhalini qorxutmaq istəyirdi b) Osmanlı dövlətini qorxutmaq istəyirdi c) Xalqa nifrət böyük idi d) Əhalinin müqavimətini qırmaq istəyirdi e) Öz gücünü göstərmək istəyirdi.

261. Bakı sultanı Məhəmməd Hüseyn bəyin həbs edilməsinə bəhanə nə oldu?

a) Hacı Davudla əlaqədə olduğuna görə. b) Osmanlılardan kömək alması c) Əhalini istismar etməsi d) M. Matyuşkinə tabe olmaması e) Ruslara qarşı mübarizə


262. XVIII əsri 20-ci illərinin sonunda Osmanlı ordusunun vəziyyətini Azərbaycanda xeyli gərginləşdirən amillər:

1. Rus ordusunun hücumu 2. Osmanlı sarayında çəkişmələr 3. Əhalinin mübarizə ruhunun artması 4. Səfəvilər dövlətinin güclənməsi 5. Xalqın Rusiyaya meyl etməsi.

a) 3,4 b) 2,5 c) 1,5 d) 1,2 e) 2,4

263. Azərbaycanda ərəblərin əhalini siyahıya almasından neçə il sonra Nadir özünü şah elan etdi.

a) 1011 il b) 913 il c) 1100 il d) 878 il e) 1157 il
264. Nadir şahın Şamaxı əhalisini zorla Ağsuya köçürməsində məqsədi nə idi?

a) Şamaxı əhalisinin Osmanlılarla əlaqəsini zəiflətmək b) Şamaxını zəiflətmək c) Ağsunu paytaxt şəhərə çevirmək d) Şamaxıdakı zəlzələ e) Şamaxılıların Nadirin şah olmasını istəməyən Şamaxılıları cəzalındırmaq.


265. Dərbəndi tutan I Pyotr senata göndətdiyi məktubunda qeyd dirdi:

a) Səmimi qarşılandığını b) Güclü müqavimətə rast gəldiyini c) Bu torpaqların zəngin olduğunu d) Əhalinin hamısını qırdığını e) Osmanlıların ona qarşı müharibə elan etdiyini.


266. Rusiya tərəfində I Pyotru yürüşü zamanı tutulmuş əraziləri ardıcıllıqla düzün:

1. Bakı 2. Dərbənd 3. Rəşt 4. Salyan.

a) 2,3,1,4 b) 4,3,2,1 c) 1,2,3,4 d) 2,3,1,4 e) 3,2,1,4.
267. Nadir şahın yaratdığı Azərbaycan adlı inzibati bölgənin paytaxtı hansı şəhər idi?

a) Təbriz b) Xorasan c) Gəncə d) Şamaxı e) Ərdəbil.


268. Xronoloji ardıcıllığı müəyyən edin:

1. Ruslar tərəfindən Bakının tutulması 2. Əfqanların İsfahanı tutuması 3. I Pyotrun xəzəryanı vilayətlərə yürüşünün başlanması.

a) 2,3,1 b) 2,1,3 c) 3,2,1 d) 1,3,2 e)1, 2,3,
269. Azərbaycandakı üsyanları yatırmaq üçün ilk növbədə Nadir şah hansı tədbiri həyata keçirdi?

a) Osmanlı dövləti ilə sülh müqaviləsi imzaladı b) Qoşuna özü başçılıq etdi c) Osmanlı dövlətindən kömək aldı d) Vergiləri azaltdı e ) Üsyançılar üzərinə böyük ordu göndərdi


270. Hacı Davudun Rusiyaya müraciət etməkdə məqsədi nə idi?

a) Şirvanda və Dağıstanda hakimiyyətə gəlmək b) Osmanlılara qarşı mübarizə c) Feodallara qarşı mübarizə d) Surxay xana qarşı mübarizə e) İran şahına qarşı mübarizə.

271. Şəkililərin İran idarə üsuluna qarşı çıxışları üçün əlveriçli şəraiti yaradan amil?

a) Şirvanda İran əleyhinə xalq hərəkatının güclənməsi b) Nadirin Osmanlılara müharıbə elan etməsi c) III Şah Mirzənin üsyanı d) Nadirin Rusaiya ilə müharibəyə başının qarışması

e) Nadirin Hindistan və Mərkəzi Asiyaya hücumu.
272. Nadir şahın Araqvi vilayətini Teymuraza hədiyyə verməsinin səbəbi?

a) II Sam Mirzəni tutub ona verdyi üçün b) I Sam Mirzəni tutub ona verdiyi üçün

c) Üsyanları yatırmaqda ona kömək etdiyi üçün d) III Sam Mirzəni tutub ona verdiyi üçün

e) Osmanlılara qarşı müharibədə köməyinə görə.


273. II Şah Abbasın dövründə mətbəənin yaradılmasının baş tutmamasının səbəbləri?

1. Din adamlarının buna imkan verməməsi 2. Kifayət qədər vəsaitin ayrılmaması 3. II Şah Abbasın ölümü 4. I Süleymanın bu işə biganəliyi 5. Nadir şahın icazə verməməsi 6. Şah Səfinin bu işə biganələyi.

a) 2,3,4 b) 1,3,4 c) 1,4,5 d) 2,3,6 e) 3,4,6
274. Aşağıdakılar hansı memarlıq abidəsinə aiddir?

~ Səkkizguşəli tikilmişdir. ~ Gözəl yonulmuş, yerli daşlardan tikilmişdir. ~ XVIII əsrə aiddir.

a) Suraxanı atəşgahı b) Gəncədə cümə məscidi c) Kələxana məqbərələri d) Sündü məscidi e) Əlincə çayı üzərində körpü.
275. Rusiya hansı müqavilədə əfqanlarla mübarizədə Səfəvilərə kömək edəcəyini üzərinə götürmüşdü?

a) Peterburq b) Girmanşah c) İstanbul d) Gəncə e) Rəşt


276. İstanbul müqaviləsinə görə hansı ərazidə Osmanlı dövləti hərbi qüvvə saxlaya bilməzdi?

a) Kür çayının şimalında b) Araz çayından cənubda c) Şimal-Şərq torpaqlarında

d) Naxçıvan və Ərdəbildə e) Xəzər dənizi hövzəsində
277. 1724-cü ilin yayında Osmanlıların tutduğu ərazilər:

1. Naxçıvan 2. Səlmas 3. Şirvan 4. Xoy 5. Mərənd.

a) 2,4,5 b) 1.2.3 c) 1.4.5 d) 3.1.5 e) 1,3,4
278. Don kazakların Xəzəryanı vilayətlərə yürüşü baş vermişdir:

a) 1667-cü ildə b) 1665-ci ildə c) 1589-cu ildə d) 1597-ci ildə e) 1623-ci ildə.


279. 1709-1715-ci illərdə Azərbaycanın hansı şəhərlərində Səfəvilərə qarşı üsyanlar baş vermişdir?

a) Şəki, Şirvan, Təbriz, Muğan b) Gəncə, Şəki, Qarabağ, Muğan c) Bakı, Quba, Xoy, Urmiya

d) Maku, Beyləqan, Qəbələ,Şəki e) Şirvan, Gəncə, Qarabağ, Lənkəran.
280. Osmanlılarla Rusiya arasında imzalanmış “İstanbul” müqaviləsindən neçə il sonra “Nabur”

müqaviləsi imzalanmışdır?

a) 3 il b) 7 il c) 10 il d) 18 il e) 39 il

281. Nadirin Osmanlıları məğlub etdiyi döyüşlər hansılardır?

a) Bağdad, Üçmüədzin b) Bağdad, Gəncə c) Üçmüədzin, Təbriz

d) Gəncə, Təbriz e) Bağdad, Təbriz.


282. Fətəli xan Əfşarın Təbrizi paytaxt seçməkdə məqsədi nə idi?

1. Digər vilayətlərlə əlaqə saxlamaq 2. Bütün Azərbaycana hakim olmaq 3. Digər xanlıqları özündən asılı salmaq 4. Asılı hala salacaq vilayətlərə nəzarət üçün əlverişli olması 5. Ticarət yolları üzərində yerləşdiyi üçün.

a) 1,4 b) 2,5 c) 2,3 d) 1,5 e) 1,3.
283. Fətəli xan Əfşar hansı hadisədən sonra Azərbaycanın başqa ərazilərini işğal etmək siyasətini davam etdirdi?

a) Məhəmmədhəsən xan Qacarın ölümündən sonra b) Qəmşə döyüşündən sonra c) Kərim xan Zəndin ölümündən sonra d) Qarabağı tutuduqdan sonra e) Öz yerində möhkəmləndikdən sonra.


284. Hansı hadisədən sonra Təbriz xanlığı tam müstəqillik əldə etdi?

a) Fətəli xan Əfşarın ölümündən sonra b) Kərim xan Zəndin ölümündən sonra c) Təbriz döyüşündən sonra d) Şiraz qonaqlığından sonra e) Xudadat xanın hakimiyyətə gəlməsindən sonra.


285. 1782-ci ildə Xoy və Qarabağ xanlıqlarının qoşunlarının birləşmiş qüvvələri tərəfindən işğal edilən xanlıq hansıdır?

a) Qaradağ b) Urmiya c) Ərdəbil d) Sərab e) Təbriz.


286. Ərdəbil xanlığı hansı Şimali Azərbaycan xanlıqları ilə həmsərhəd idi?

a) Lənkəran – Qarabağ b) Gəncə - Naxçıvan c) İrəvan – Səlyan d) Cavad – Qarabağ

e) Lənkəran – Naxçıvan.
287. 1. Xanlıq strateji əlverişli mövqedə yerləşirdi 2. Nadir şahın yürüşləri zamanı nisbətən az ziyan çəkmişdir.

Bu əlamətlər hansı xanlığa aid edilə bilər?

a) Quba b) Bakı c) Şamaxı d) İrəvan e) Şəki
288. Hacı Çələbi xanın 1755-ci ildə hansı planı baş tutmadı?

a) Şirvanı tutmaq b) Bakını tutmaq c) Qəbələni tutmaq

d) Qarabağı tutmaq e) Car – Balakən camaatlığını tutmaq.
289. Qubalı Fətəli xanı bəzən belə adlandırırdılar:

a) Quba, Dərbənd, Bakı və Salyan hakimi b) Quba, Şəki, Şamaxı və Dərbənd hakimi c) Quba, Şamaxı, Bakı və Salyan hakimi d) Şimal-şərqi Azərbaycan torpaqlarının hakimi e) Şimal və cənub xanlarının hakimi.


290. Ballıqya məğlubiyyətindən sonra Qarabağ xanlığından asılılığı qəbul etdi:

a) Xaçın məlikliyi b) Dizaq məlikliyi c) Vərəndə məlikliyi d) Talış ( Gülüstan) məlikliyi

e) Çiləbörd məlikliyi.


291. Adı buraxılmış Bakı xanının adını müəyyən edin:

I Mirzə Məhəmməd – Məlik Məhəmməd – II Mirzə Məhəmməd ------

a) Hüseynqulu xan b) Hüseynəli xan c) Cəmaləddin xan

d) Mir Mustafa xan e) Şahverdi xan.


292. Quba xanlığının Bakını, Şəki xanlığının Qazıqumuxu öz təsirləri altına salmalarında oxşarlıq?

a) “Nigah diplomatiyası” nəticəsində b) Döyüşdə məğlub etmələri c) İqtisadi asılılığa salmaları d) Gavduşan döyüşündə məğlibiyyətləri e) Qarabağ xanlığının köməyi nəticəsində.


293. Hacı Çələbi xan ilk olaraq hansı xanlıq üzərinə yürüş etdi?

a) Təbriz b) Qarabağ c) Şamaxı d) Naxçıvan e) Sərab.


294. Kərim xan Zəndi Urmiyanı tutduqdan sonra geri qayıtmağa məcbur edən hadisə?

a) İsfahanda üsyanların baş verməsi b) Mərkəzi hakimiyyətə qarşı çıxışlar

c) Məhəmməghəsən xan Qacarın böyük ordu ilə hücümündan sonra d) Qubalı Fətəli xanın Cənub torpaqlarına yürüşü e) Pənahəli xanın Kərim xandan üz döndərməsi.
295. Qaraçəmən döyüşündən neçə il sonra, Gavduşan döyüşü baş verdi?

a) 13 il b) 15 il c) 27 il d) 32 il e) 19 il


296. Qubalı Fətəli xan, Fətəli xan Əfşar, Hacı Çələbi xan onları birləşdirən ümumi cəhət:

a) Azərbaycan torpaqlarını tutmaq uğrunda mübarizə aparmaları b) Kərim xan Zəndlə mübarizə aparmaları c) Qarabağ xanlığına hücüm etmələri d) Qaraçəmən döyüşündə iştirak etmələri e) Müstəqil xanlıqlar yaratmaları.


297. Ağa Məhəmməd şah Qacarın Kəlbəli xanı həbs edib bir gözünü çıxartmasının səbəbi nədir?

a) Rusiyaya meyl etməsi b) Bağlanmış müqaviləni pozması c) Ona qüvvə ilə kömək etməməsi

d) Ona müqavimət göstərməsi e) Osmanlılarla birləşməsi.
298. Hansı məlikliklər İbrahimxəlil xana tabe olmaqdan boyun qaçırdılar?

a) Dizaq, Çiləbörd və Gülüstan b) Xaçın, Vərəndə və Dizaq c) Çiləbörd, Vərəndə və Gülüstan

d) Xaçın, Vərəndə və Çiləbörd e) Dizaq, Gülüstan və Xaçın.
299. II İraklinin 1779-cu ildə İrəvan xanlığı üzərinə hücumunun nəticəsi nə oldu?

a) Güclü müqavimətə rast gəlib geri qayıtdı b) Çoxlu qənimət ələ keçirərək geri qayıtdı c) Onlar arasında müqavilə imzalandı d) İrəvan xanlığını özünə tabe etdi e) Əliqulu xanı İrəvan xanlığında hakimiyyətə gətirdi.


300. Cavad xan dövründə Kartli – Kaxetiya çarlığından geri alınan Azərbaycan torpaqları.

1. Praqvi 2. Qazax 3. Pəmbək 4. Şəmşəddil 5. Borçalı 6. Balakən.

a) 2,4,5 b) 1,3,5 c) 3,4,6 d) 1,4,6 e) 2,3,5.
301. Nadir şahın yaratdığı Azərbaycan adlı inzibati bölgənin paytaxtı hansı şəhərdir?

a) Təbriz b) Gəncə c) Şamaxı d) Xorasan e) Ərdəbil


302. Şəki xanlığı ilə Qarabağ xanlığının yaranma tarixləri arasında neçə il fərq var?

a) 5-il b) 6-il c) 4-il d) 10-il e) 14-il


Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin