Azərbaycan tarixi fənnindən test imtahanı sualları. Variant A



Yüklə 0,76 Mb.
səhifə4/8
tarix04.06.2018
ölçüsü0,76 Mb.
#52656
1   2   3   4   5   6   7   8

303. Gavduşan döyüşünün nəticəsi:

a) Müttəfiqlər Qubanı tutdular Fətəli xan Salyana çəkildi b) Müttəfiqlər Qubanı tutub Şamaxıya hücum etdilər c) Müttəfiqlər Qubanı və Dərbəndi işğal etdilər d) Müttəfiqlər Şamaxını tutub Dərbəndi mühasirəyə aldılar e) Müttəfiqlər Qubanı, Şamaxını və Dərbəndi işğal etdilər


304. 1775-ci ildə Osmanlı sarayına elçi göndərmiş Azərbaycan xanlığı:

a) Quba b) Şirvan c) Gəncə d) Naxçıvan e) Bakı


305. İlk yaradılmış sultanlıq hansıdır?

a) İlisu b) Qazax c) Şəmşəddil d) Qəbələ e) Ərəş.


306. “Gələsən-Görəsən” və Şuşa qalalarını birləşdirən cəhət:

a) düşmənə qarşı inadlı müqavimət göstərmələri b) eyni əsrdə tikilmələri c) Nadir şah tərəfindən mühasirəyə alınmaları d) Ağa Məhəmməd şaha müqavimət göstərmələri e) Təslim olaraq yandırılmaları


307. Ağa Məhəmməd şah Qacarın Şimalı Azərbaycana I və II yürüşü ərəfəsində siyasi vəziyyət üçün oxşar olan cəhət?

a) Siyasi vəziyyətin mürəkkəb olması b) Qarabağ xanlığı hərbi-siyasi baxımdan ən güclü idi

c) Xanlıqlar arasında vəziyyətin kəskin olması d) Qarabağ xanlığı Gəncə xanlığını tutmaq istəyirdi.

e) Rus qoşunlarının Azərbaycanı tərk etmələri


308. İbrahimxəlil xanla Cavad xanın oxşarlığı:

a) Sisianov tərəfindən öldürülmələri b) Rusiyaya qarşı ciddi müqavimətləri c) Müqavilə ilə Rusiya işğalıın qəbul etmələri d) Lisaneviç tərəfindən öldürülmələri e) Xanlıqlarının son nümayəndələri olmaları.


309. Qəbilə icması və Car-Balakən camaatlığının oxşarlığı.

a) Qan qohumluğu əsasında yaradılmalar b) Şəriət qanunları ilə idarə edilmələri

c) Xalq yığıncağı tərəfindən idarə edilməsi d) Ruhanilərin yüksək nüfuza malik olmaları

e) Xalq yığıncağında yalnız kişilərin iştirak etmələri.

310. Şəki, Şirvan, Quba, və Qarabağ xanlıqları üçün ortaq cəhət:

a) “Qızılqaya” xəyanətinin iştirakçıları olmaları b) Azərbaycanı birləşdirmək uğrunda mübarizə aparmaları c) Məşvərətçi səsə malik Divan və Xan şurasının fəaliyyəti d) Azərbaycanın şimal – şərqində yaranmaları e) Qanunverici və icraedici orqanın vəzirin əlində cəmləşməsi.


311. İran, Osmanlı, Rusiya və Qərbi Avropa dövlətlərinin Azərbaycanda mənafelərinin toqquşmasının nəticəsi:

a) Azərbaycanda mərkəzləşmiş dövlətin yaranmasına maneçilik törətdi b) Qubalı Fətəli xan Cənubi Azərbaycana hücumunu dayandırdı

c) Rusiya Azərbaycanı işğal etdi d) Azərbaycan xanları Osmanlı dövlətinə yaxınlaşmağa başladılar e) Azərbaycan Quba xanlığının hakimiyyəti altında birləşdirildi.
312. Azərbaycandan fərqli olaraq İranda hakimiyyət uğrunda mübarizənin nəticəsi:

a) Mərkəzləşmiş dövlət yaradıldı b) Daha uzun müddət davam etmişdi c) Mərkəzi dövlət yaratmaq mümkün olmadı d) Daha çox qüvvə arasında aparılırdı e) Əfşar tayfası hakimiyyəti bərpa etdi.


313. Fətəli xanın Qarabağa hücumundan neçə il sonra Ağa Məhəmməd şah Qacar özünü şah elan etdi?

a) 15 il b) 23 il c) 17 il d) 38 il e) 11 il


314. 1796-cı il iyunun 6-da Qubanın Ruslar tərəfindən işğal edilməsi hansı torpaqların tutulmasına yol açdı?

a) Bakı, Şamaxı, Salyan b) Car-Balakən, Bakı, Salyan c) Bakı, Cavad, Lənkəran

d) Gəncə, Naxçıvan, İrəvan e) Şəki, Şamaxı, Salyan.
315. Rusiya hökuməti Sisianovu Qafqazdakı Rus qoşunlarına baş komandan təyin etməkdə nə məqsədi güdürdü?

a) Cənubi Qafqazın bütünlüklə işğal planlarını reallaşdırmaq b) Osmanlı qüvvələrinin Cənubi Qafqazı tutmasına mane olmaq c) Azərbaycanın işğalını tezliklə başa çatdırmaq d) Car – Balakən camaatlığından intiqam almaq e) Baş komandan Knorrinqi öldürənlərə divan tutmaq.


316. Nadir şahın qardaşı İbrahimin və General Qulyakovun öldürülmələrində oxşarlıq?

a) Car camaatı ilə döyüşdə öldürülmələri b) Rusiyaya xəyanət etdikləri üçün öldürülmələri c) Üsyan qaldıran əhali tərəfindən öldürülmələri d) Gənik dərəsində üsyançılar tərəfindən öldürülmələri e) XVIII əsrin I yarısında öldürülmələri.


317. Kərim xan Zənd Şimali Azərbaycan torpaqlarına hücum etməkdə nəyə nail olmaq istəyirdi?

1. Cənubi Qafqazı özündən asılı vəziyyət salmaq 2. Fətəli xana xanlığın ərazisini genişləndirməyə mane olmaq 3. Rusiyanın Şimali Qafqazda möhkəmlənməsinin qarşısını almaq 4. Azərbaycanı İranın hakimiyyəti altında birləşdirmək 5. Quba xanlığının Rusiya ilə yaxınlığına mane olmaq

5. Osmanlı dövlətinin Azərbaycana təsirini azaltmaq.

a) 2,3,5 b) 1,3,6 c) 2,4,6 d) 1,4,5 e) 1,3,5

318. “Gələsən – Görəsən” qalasını və Şuşa qalasını birləşdirirdi:

a) Düşmənə qarşı inadlı müqavimət göstərmələri b) Eyni əsrdə tikilmələri c) Nadir şah tərəfindən mühasirəyə alınmaları d) Ağa Məhəmməd xana müqavimət göstərmələri e) Təslim olaraq yandırılmaları.


319. Ağa Məhəmməd şah Qacarın Şimali Azərbaycana I və II yürüşü ərəfəsində siyasi vəziyyət üçün oxşar olan cəhət hansıdır?

a) Siyasi vəziyyətin mürəkkəb olması b) Qarabağ xanlığı hərbi-siyasi baxlmdan ən güclüsü idi

c) Xanlıqlar arasında vəziyyəti kəskin olması d) Qarabağ xanlığı Gəncə xanlığını tutmaq istəyirdi

e) Rus qoşunlarının Azərbaycanı tərk etməsi.


320. Car-Balakəndən sonra rus qoşunları tərəfindən işğal olunmuş ərazi?

a) İlisu b) Şəmkir c) Qəbələ d) Gəncə e) Şəmşəddil


321. ” Kurənçay” müqaviləsi ilə “Fitdağ” müqaviləsinin oxşarlığı :

a) Hər ikisində də xanlıqlar Rusiyanın vassalına çevrilirdi b) Şamaxı xanlığı Şəkidən, Quba xanlığı Rusiyadan asılı vəziyyətə düşürdü c) Bakı və Quba Rusiyanın tabeçiliyinə keçirdi d) İrəvan və Naxçıvan xanlıqları Rusiyanın tabeçiliyinə keçirdi e) Gəncə və Qarabağ Osmanlı vassalına çevrilirdi.


322. 1802-ci il dekabrın 26-da imzalanmış “ Georgiyevski” sülh müqaviləsini hansı xanlıqlar imzalamışlar?

a) Quba ,Bakı və Şəki b) Şəki , Şirvan və Qarabağ c) Gəncə,Naxçıvan və Qarabağ

d) Quba, Dərbənd və Şəki e) Quba ,Bakı və Şəki Quba, Dərbənd və Lənkəran
323. Bakını işğal edən Rus generalı kimdir?

a) Bulqakov b) Sisyanov c) Zavalsin d) Qulyakov e) Kreninq


324. İkinci Rus –İran müharibəsi zamanı İran tərəfindən çıxış edən Azərbaycan xanları:

a) Bakılı Hüseyinqulu xan və Şirvanlı Mustafa xan: b)Qubalı Seyfəli xan və Lənkəranlı mir Mustafa xan: c) Qubalı Seyfəli xan Şirvanlı Mustafa xan: d) Qarabağlı Mehdiqulu xan vəŞəkili Səlim xan: e) Bakılı Hüseyinqulu xan və Lənkəranlı Mustafa xan.


325. Sərab xanlığı tabe edildikdən sonra hansı ərazilər Ağa Məhəmməd xana tabe edildi?

1. Qaradağ 2. Sərab 3. Urmiya 4. Ərdəbil 5. Xoy.

a) 1,3,5 b) 2,4,5 c) 2,3,5 d) 1,4,5 e) 3,4,5.
326. Tiflisin ağa Məhəmməd şah Qacara müqavimət göstərə bilməməsinin səbəbi nə idi?.

a) Gürcü çarının əiləsində hökm sürən çəkişmə. b) Gürcüstanda üsyanların baş verməsi c) Gürcü qüvvələrinin sayca az olması d) Rusiyadan göndərilən qüvvələrin gəlib çıxmaması e) Əhalinin müqavimət göstərməməsi


327. İlisu sultanlığı yaradılmışdır:

a) XVI əsrin II yarısında b) XVIII əsrdə c) XVII əsrin II yarısında

d) XVIII əsrin I yarısında e) Nadir şahın ölümündən sonra.
328. Səfəvilər dövlətinin əvvəlki sərhədlərini demək ilar ki bərpa edən hökmdarlar kimlərdir?

a) Ağa Məhəmməd şah, I Şah Abbas b) Süleyman şah, II Təhmasib c) I Təhmasib, I Şah Abbas

d) II Şah Abbas , Səfi şah e) I Şah İsmayıl, Məhəmməd Xudabəndə.
329. 1769- cu ilin əvvəllərində Rusların və Gürcülərin Gəncəni mühasirəyə almasının nəticəsi?

a) Cavad xan bac verməyə razı oldu b) Ruslar və Gürcülər şəhəri tutaraq dağıtdılar c) Rus çarının ölüm xəbəri qüvvələrin geri çəkilməsi ilə nəticələndi d) Cavad xan onları məğlub etdi

e) Cavad xan ailəsi ilə birlikdə əsir alındı.
330. Ağa Məhəmməd şah Qacarın hücum istiqamətlərini müəyyən edin:

1 – dəstə A. Muğan və Şirvan

2 – dəstə B. Naxçıvan və İrəvan

3 – dəstə C. Qarabağ və Gürcüstan.

a) 1C, 2B, 3A b) 2A, 3B, 1C c) 1A, 2B, 3C d) 1B, 3C, 2A e) 2C, 1B, 3A.
331. Şimali Azərbaycanı tutmaq istəyən Ağa Məhəmməd şah Qacar hansı diplomatik tədbirə əl atdı?

a) Osmanlı dövləti ilə əlaqə yaratdı b) Qərb ölkələri ilə əlaqə yaratdı c) Bəzi xanları özünə tərəf çəkdi e) Məlikliklərlə dostluq münasibəti qurdu.


332. İbrahimxəlil xanın Zubova hədiyyələr göndərib Rusiyaya sədaqət andı öçməkdə məqsədi?

1. Erməni məliklərinin ona qarşı çıxmasına yol verməmək 2. Zubovun onu müstəqil Qarabağ xanı kimi tanıması 3. Hakimiyyət çevrilişinin qarşısını almaq 4. Döyüşdə məğlub olduqdan sonra ələ keçməmək .

a) 1,3 b) 2,4 c) 1,4 d) 3,4 e) 2,3.
333. 1796 – cı il oktyabrın 21-də Ruslar Gəncəni tutduqdan sonra hansı məqsədi reallaşdırmaq niyyətində idi?

1. Azərbaycanın cənubuna keçmək 2. Osmanlı qoşununu məğlub etmək 3. Qacara zərbə endirmək 4. Şeyxəli xanı məğlub etmək.

a) 1,3 b) 2,4 c) 1,4 d) 1,2 e) 3,4
334. Ruslar ilk dəfə olaraq hansı torpaqlarımızı işğal etdilər?

1. Qazax 2. Gəncə 3. Car-Balakən 4. Şəmşəddil 5. Borçalı 6. Pəmbək.

a) 1,4,5,6 b) 1,3,4,5 c) 3,4,5,6 d) 2,4,5,6 e) 1,3,5,6.
335. Quba xanı Seyfəli xan Ruslara qarşı mübarizə apararkən kimlərlə əlaqə yaratmışdı?

1. Mustafa xanla 2. Hüseynqulu xanla 3. Səlim xanla 4. İbrahinxəlil xanla

5. Dağıstanın bəzi hakimləri ilə 6. Gürcü hakimləri ilə.

a) 1,3,5 b) 2,4,5 c) 1,2,5 d) 2,4,6 e) 2,3,5


336. General Qulyakovun yenidən Cara soxulmasının səbəbi nə idi?

1. Əhalinin Osmanlı dövləti ilə əlaqə yaratması 2. Daxili müstəailliyin qalması 3. “Andlı öhdəlik” şərtlərinin yerinə yetirilməməsi 4. Car camaatının üsyan qaldırması.

a) 1,4 b) 2,4 c) 2,3 d) 1,2 e) 1,3
337. Rusiya hansı ərazini tutmaqla bunlara nail oldu?

1. Buə razilərin işğalı Rusiya – Osmanlı rəqabətini Rusiyanın xeyrinə dəyişdi 2. Dağlıların ərazilərini şimaldan və cənubdan mühasirəyə aldı 3. Böyük Britaniyanın şərqdəki təsir dairəsinə ağır zərbə vurdu.

a) Cənubi Qafqazı b) Mərkəzi Asiyanı c) Xəzər dənizinin şərqini

d) Kiçik Asiyanı e) Şimali Qafqazı.


338. 1823 – cü ildə əməkdaşlıq haqqında müqavilə hansı dövlətlər arasında bağlanmışdır?

1. Rusiya 2. İran 3. Osmanlı 4. Azərbaycan 5. İngiltərə.

a) 2,5 b) 3,4 c) 4,5 d) 1,5 e) 1,4
339. Rusiya – Osmanlı müharibələrinə aid döyüş:

a) Gümrü döyüşü. b) Qarababa döyüşü c) Qəmərli döyüşü

d) Üçmüədzin döyüşü e) Aslandüz döyüşü
340. Şəki xanlığı yarandı və ləğv edildi:

a) 1743 – 1813 b) 1748 – 1826 c) 1743 – 1819 d) 1747 – 1819 e) 1747 – 1805.


341. Gülüstan müqaviləsindən əsasən hansı xanlıqlar Rusiyanın hakimiyyətini qəbul etdilər?

1. Lənkəran 2. Ordubad 3. Gəncə 4. Qarabağ 5. Şamaxı 6. Şəki

7. Quba 8. Naxçıvan 9. Bakı.

a) 1,3,4,5,6,7,9 b) 2,3,5,6,7,8,9 c) 1,3,4,5,6,7,8 d) 1,3,5,6,7,8,9 e) 1,4,5,6,7,8,9


342. Rusiya işğalından sonra müəyyən sahələrin Müqatəyə verilməsində məqsəd nə idi?

1. İstismar hesabına gəlir əldə etmək 2. Yeni texnikalardan istifadə etmək 3. Ölkənin iqtisadi inkişafına yol açmaq 4. Ölkənin iqtisadi inkişafını ləngitmək

a) 1,4 b) 2,4 c) 1,2 d) 3,4 e) 2,3
343. Ruslar tərəfindın əvvəlki sistemi və idarə aparatı saxlanılan xanlıq hansıdır?


Qarabağ

?

Şamaxı

Lənkəran

a) Şəki b) Naxçıvan c) İrəvan d) Bakı e) Quba.


344. Kürəkçay müqaviləsi ilə Rusiyanın hakimiyyətini qəbul edən xanlıqlar hansılardır?

1. Gəncə 2. Şəki 3. Şamaxı d) Qarabağ.

a) 2,4 b) 1,3 c) 1,2 d) 2,3 e) 3,4

345. İkinci Rusiya – İran müharibəsində nəyə görə Abbas Mirzə hədəf kimi Gəncəni və Qarabağı seçmişdi?

a) Bu ərazilərdə Rusiya əleyhinə üsyanların baş verməsi. b) Rusiyanın əsas hərbi bazası bu ərazilərdə yerləşirdi c) Bu ərazinin əhalisi İrana kömək edəcəkdi d) Rusiyanın bu ərazidə hərbi qüvvələrinin az olması e) Bu ərazilərin tutulması hər şeyi həll edə bilərdi
346. Rusiya işğalı əleyhinə 1826 – cı il üsyanlarının nıticəsi olaraq:

a) Üsyanlar məğlubiyyətə uğradı b) Bu ərazilərin əhalisi vergi və mükəlləfiyyətlərdən azad edildi

c) Xanlar ğz hakimiyyətlərini bərpa etdilər d) Ruslar bu ərazilərdən qovuldu e) Xanlar üsyançılara xəyanət etdilər.
347. Rusların 1828 – ci il yanvarın 28 də, Urmiyanı fevralın 8 də Ərdəbili tutmalarına hansı amillər şərait yaratdı?

a) Təzminat məsələsində ciddi narazılıqların olması b) İran qoşunlarının Lənkərandan çıxarılmasına etiraz c) Bu şəhərlərin əhalisinin ruslara qarşı üsyanı d) İranın sülh bağlamaq istəməməsi e) Rusiyanın İran torpaqlarında bir sıra uğurları.


348. 1806 – cı ildə Car-Balakəndə Ruslara qarşı üsyan baş verərkən üsyançılara kimlər köməyə gəlmişdir?

a) Avar və Dağıstan hakim dəstələri b) Quba və Şəki hərbi hissələri c) Qazıqumux və Gürcü hərbi dəstələri d) Yengiloylar və Muğallar e) Şəkidə üsyan qaldırmış əhali.


349. Ruslar Azərbaycanı işğal etdikdən sonra öz ata-baba yurdlarını tərk edən əhalini niyə geri qaytarırdı?

a) Vergi verən əhalinin sayını artırmaq üçün b) Əhalinin sayını dəqiqləşdirmək üçün

c) Dağılmış təsərrüfatı bərpa etmək üçün d) Xalqın rəğbətini qazanmaq üçün e) Orduda qulluq edənləri ərzaqla təmin etmək üçün.
350. Kürəkçay müqaviləsindən neçə il sonra Qarabağ xanlığı ruslar tərəfində ləğv edildi?

a) 17 il b) 13 il c) 4 il d) 11 il e) 9 il.


351. Bu döyüşləri ardıcıllıqla düzün:

1. Sərdərabad döyüşü 2. Cavanbulaq döyüşü 3. Gəncə döyüşü 4. Şəmkir döyüşü.

a) 4,3,2,1 b) 1,2,3,4 c) 3,2,1,4 d) 4,1,3,2 e) 3,1,4,2
352. Bu şərtlər Rusiyanı hansı müqaviləni imzalamağa məcbur etdi?

~ Osmanlı imperiyası ilə yaxınlaşmaqda olan müharibə təhlükəsi

~ Dağlı xalqlarının hərəkatının daha da güclənməsi

a) Türkmənçay müqaviləsini. b) Gülüstan müqaviləsini c) Ədirnə müqaviləsini

d) Buxarest müqaviləsini e) Kürəkçay müqaviləsini
353. Gülüstan müqaviləsinə aid deyil:

a) Şərqi Gürcüstan və Dağıstan Rusiyaya ilhaq edildi b) Naxçıvan və İrəvan İranın hakimiyyəti altında qaldı c) İran ərazisində Rus tacirləri daxili kömrükdən azad edildi d) Rusiya tərəfindən Ratışev imzalamışdır e) 25 maddədən ibarətdir.


354. Məntiqi ardıcıllığı tamamlayın:

1. Şəki xan sarayı 2. Sərdar sarayı 3. ----------

a) Güzgülü salon b) Hind atəşpərəstlik məbədi. c) Nardaran məscidi d) Kələxana məqbərəsi e) Təbrizdə “Göy məscid”
355. Türkmənçay müqaviləsindən neçə il əvvəl Girmanşah müqaviləsi imzalanmışdır?

a) 96 il b) 73 il c) 28 d) 37 e) 92.


356. Türkmənçay müqaviləsindən əvvəl Rusiya tərəfindən işğal edilmiş əraziləri ardıcıllıqla düzün;

1. Urmiya 2. Təbriz 3. İrəvan 4. Naxçıvan

5. Ərdəbil 6. Mərənd 7. Xoy.

a) 4,3,6,7,2,1,5 b) 2,6,4,7,5,3,1 c) 6,7,4,3,2,1,5 d) 1,5,2,7,6,3,4 e) 7,6,5,4,3,2,1


357. Rusiya – İran müharibələrinə son qoyan sülh müqaviləsi hansıdır?

a) Türkmənçay müqaviləsi b) Gəncə müqaviləsi c) Peterburq müqaviləsi

d) Gülüstan müqaviləsi e) Rəşt müqaviləsi.
358. Şəmkir və Aslandüz döyüşlərinin oxşar cəhəti nə idi?

a) Rus ordusunun qalib gəlməsi b) Müharibənin sonrakı gedişinə təsir göstərməsi c) İran ordusuna xalqın köməyi d) İran ordusunun qalib olması e) Sülh prosesini sürətləndirmələri


359. Hərbi dairə rəisliyinə tabe olan əyalətlər:

1. Bakı 2. Şirvan 3. Qazax 4. Quba 5. Qarabağ.

a) 1,4 b) 2,5 c) 3,5 d) 1,5 e) 4,5
360. Xronoloji ardıcıllığı müəyyən edin:

1. Müsəlman ruhanilərininhüquq və vəzifələrini müəyyən edən komitənin yaradılması

2. Feodalların müsadirə edilmiş malikanələrinin özlərinə qaytarılması 3. Bəy və ağaların tiyul torpaqlarının müsadirə edilməsi 4. Alban katalikosluğunun ləğv edilməsi.

a) 1,2,4,3 b) 2,1,4,3 c) 4,3,2,1 d) 3,2,4,1 e) 1,4,2,3.


361. Rəncbər sözünün mənası nədir?

a) ağa torpağında çalışan b) ruhani torpağında çalışan c) zəhmət çəkən d) torpaqsız

e) vergi verən.
362. Rəhdar sisteminin ləğvini nəzərdə tuturdu:

a) 1836 – ci il qanunu b) 1821 – cı il qanunu c) 1829 – cu il qanunu

d) 1840 – cı il qanunu e) 1835 – ci il qanunu.
363. Çar-Balakən camaatlığı nə vaxt ləğv edildi ?

a) 1840–cu ildə b) 1831-ci ildə c) 1830-cı ildə d) 1841-ci ildə e) 1853-cü ildə


364. Azərbaycanda Çar rejiminə qarşı ilk üsyan harada olmuşdur ?

a) Car –Balakəndə b) Bakıda c) Talışda d) Naxcıvanda e) Qubada


365. İştirakçıların sayına və təsir dairəsinə görə Çar Rusiyasına qarşı baş vermiş ən güclü üsyan?

a) Quba b) Lənkəran c) Şəki d) Car – Balakən e) Zaqatala


366. 1840-cı il aprelin 10-da verilmiş inzibati və məhkəmə islahatına aid deyil?

a) Şəriət məhkəmələri ləğv edildi b) Mahal naibi vəzifəsi ləğv edildi c) Qanun 1841-ci ilin 1- yanvarında qüvvəyə mindi d) Kamendant idarə üsulu ləğv edildi e) İnzibati - ərazi bölgüsü tətbiq edildi


367. 1844-ci ildə yaradılmış Qafqaz Canişinliyinə aid deyil:

a) Yalnız hərbi işlərlə məşğul olmalı idi b) Yalnız ölüm hökmünü verə bilməzdi c) Yalnız Çarın qarşısında hesabat verirdi d) Hərbi və milli hakimiyyət onun əlində idi e) Geniş səlahiyyətlərə malik idi


368. 1840-cı il inzibatı məhkəmə islahatlarından sonra Qafqazda ali hakimiyyət kimin əlində idi?

a) Qafqazın baş hakiminin b) Qafqaz canişininin c) Çanişinin

d) Kamendantın e) Rusiya Çarının
369. Xəzər vilayətinin yaradılmasından neçə il sonra Şamaxı quberniyası yaradıldı?

a) 6 il b) 7 il c) 5 il d) 3-il e) 4-il


370. XIX əsrin 60-cı illərinə aid deyil:

a) Suraxanıda ağ neft zavodunun yaradılması b) Nuxada ipək fabrikinin əsasının qoyulması

c) Gədəbəy mis əritmə zavodunun inşasına başlanması d) Pirallahıda parafin zavodunun yaradılması e) Balaxanıda məcburi əməyin ləğv edilməsi.
371. Azərbaycanın Rusiya ilə ticarət əlaqələrində müstəsna rol oynamış şəhər:

a) Bakı b) Dərbənd c) Bərdə d) Şamaxı e) Gəncə.


372. Üsyan rəhbərlərini uyğun ilaraq düzün:

1. Şəki A. Hacı Məhəmməd

2. Lənkəran B. Mir Həsən xan

3. Quba C. Şeyx Məhəmməd

a) 1C,2B, 3A b) 2B,1A,3C c) 3C,2A,1B d) 1A,3B,2C e) 3A,1B,2C.
373. Quba üsyanı zamanı hərbi şura hansı məqsədlə yaradılmışdı?

a) Hücum planı hazırlamaq üçün b) Üsyana rəhbərlik etməl üçün c) Tələblər irəli sürmək üçün d) Şeyx Şamilin məktubunu müzakirə etmək üçün e) Gimbut və onun əlaltılarını cəzalındarmaq üçün.


374. XIX əsrin 30-50-ci illərində Azərbaycanda barama becərilməsinin geniş vüsət almasının səbəbi:

a) Rusiyada xam ipəyə tələbatın artması b) Ondan hazırlanan məhsula ehtiyacın srtması

c) əhalinin xam ipəyə tələbatının artması d) Dünya bazarında ehtiyacın artması e) Bu sahəyə verginin qoyulması.
375. Lənkəran əyalətini digər yerlərdən fərqləndirən cəhət:

a) Əkinə yararlı torpaqların azlığı b) Vergilərin az olması c) Müstəqilliyinin qalması

d) Yeni qaydalarla idarə edilməsi e) Köhnə qaydaların olduğu kimi qalması.
376. Hansı üsyanın rəhbərlərini mühakimə etmək üçün Bakıda hərbi-səhra məhkəməsi təşkil edilmişdir?

a) Quba b) Şəki c) Car-Balakən d) Lənkəran e) Gəncə


377. Əyalət məhkəmələri harada yaradılmışdır?

1. Bakı 2. Şəki 3. Qarabağ 4. Quba 5. Gəncə.

a)1, 2 b) 3,5 c) 2,4 d) 1,5 e) 1,3
378. XIX əsri 30-cu illərində Şimali Azərbaycanda sənətkarlığın dirçəlməsinin səbəbi:

a) Hərbi əməliyyatların dayandırılması b) Bu sahəyə marağın artması c) Sənətkarlar üzərinə qoyulan vergilərin azaldılması d) Ticarət tarifinin tətbiqi e) Ticarət əsasnaməsinin tətbiqi.


379. Çar Rusiyasının Quba üsyançılarının tələbləri ilə razılaşmasının səbəbi:

a) Dağlılarla aparılan müharibənin genişlənməsi b) Üsyanın genişlənməsindən qorxması

c) Hacı Məhəmməddən Qorxması d) Üsyançıların Şeyx Şamillə əlaqədə olması e) Xalqın üsyan qaldırmayıb evlərinə dağılışması.
380. Lənkəran əyalətinin komendantları olmuşdur:

1. Paskeviç 2. Korniyenko 3. İlyinski 4. Gimbut.

a) 2,3 b) 1,3 c) 2,4 d) 1,4 e) 3,4
381. Car – Balakən camaatlığına münasibətdə Rusiyanın niyyəti:

1. Camaatlığın daxili muxtariyyətini ləğv etmək 2. Baş verə biləcək üsyanın qarşısını almaq

3. Dağlıların milli azadlıq hərəkatını boğmaq 4. Şeyx Şabanı cəzalandırmaq.

a) 1,3 b) 2,4 c) 1,2 d) 3,4 e) 1,4


382. XIX əsri 30 – cu illərində pambıq bitkisinə marağın azalmasının səbəbi:

a) Dənli bitkilərə ehtiyacın artması. b) Əlverişli şəraitin olmaması c) Rusiya tərəfindən alınmaması d) Bu bitkinin alınmasının qadağan edilməsi e) Bu sahəyə artıq verginin qoyulması


383. İştirakçılarının sayına və təsir dairəsinə görə ən güclü üsyan:

a) Quba b) Şəki c) Car-Balakən d) Lənkəran e) Zaqatala.


384. XIX əsrin 30 – cu illərində Azərbaycanda əhalinin artımına təsir etməyən amil:

a) Cənubi Azərbaycandan əhalinin köçürülməsi b) Ermənilərin köçürülməsi c) Rusların köçürülməsi d) Köçüb gedənlərin qohunları e) Almanların köçürülməsi.


385. Aşağıda verilənlər kimə aiddir?

~ 20 nəfər rəncbərə malik idi. ~ Ailə-nigah məsələsinə baxırdı. ~ Vərəsəlik işinə baxırdı

a) baş qaziyə b) onbaşıya c) yasavula d) müftiyə e) mahal naibinə
386. Şəki, Şirvan, Lənkəran,Qarabağ əyalətlərinin oxşar cəhəti:

a) Müsəlman əyalətləri rəisliyinə tabe edilmələri b) Distansiyalara bölünməsi c) Azərbaycan əyanları tərəfindən idarə edilməsi d) Hərbi dairə rəisliyinə tabe edilməsi e) Mərkəzlərinin Dərbənddə yerləşməsi.


387. Talış əyalətində Rusiyaya qarşı üsyana rəhbərlik edirdi:

a) Mir Həsənxan b) Hacı Məhəmməd c) Yarəli d) Hacı Davud e) Surxay xan


388. Ali müsəlman zümrəsinə daxil idilər:

1. Şeyxlər 2. Mollalar 3. Axundlar 4. Qazilər 5. Dərvişlər 6. Seyidlər

a) 1,3,4,6 b) 1,2,4,6 c) 2,3,4,5 d) 3,4,5,6 e) 1,4,5,6
389. Qafqaz canişinliyinin mərkəzi hansı şəhərdə yerləşirdi?

a) Tiflis şəhərində b) Şamaxı şəhərində c) Quba şəhərində

d) Peterburq şəhərində e) Bakı şəhərində.
390. Xronoloji ardıcıllığı müəyyən edin:

1. Dövlət əmlak palatasının yaranması 2. Natural vergidən pul vergisinə keçilməsi

3. Kəndlilərin bir yerdən başqa yerə köçməsinin qadağan edilməsi 4. “Ali müsəlman silkinin” yaradılması.

a) 1,4,2,3 b) 1,3,2,4 c) 2,3,1,4 d) 4,1,3,2 e) 3,2,1,4


391. Sahibkarlar öz kəndliləri üzərində polis və məhkəmə hüququ alırdılar:

a) “Kəndli əsasnaməsi”nə görə b) “Bəy və ağaların hüquqları haqqında reskriptə” görə

c) Qafqaz canişinliyinin yaranması ilə d) İnzibati və məhkəmə islahatına görə e) “Ali müsəlman silki”nin yaranması ilə.
392. Cənubi Azərbaycanda şəhərlilərin imtiyazlı təbəqəsini təşkil edirdi:

a) əyanlar və əşrəflər b) əyanlar və məmurlar c) tacirlər və sənətkarlar

d) ruhanilər və diplomatlar e) tacirlər və əyanlar.
393. XIX əsrin I yarısında Cənubi Azərbaycanda əhalinin əsas məşquliyyəti:

1. Əkinçilik 2. Pambıqçılıq 3. Maldarlıq 4. Xalçaçılıq 5. Toxuculuq

a) 1,3 b) 2,5 c) 3,5 d) 1,4 e) 1,5
394. 1840 – cı il 10 aprel qanununa əsasən yaradılan məhkəmələrdən deyil:

a) şəhər məhkəməsi b) quberniya məhkəməsi c) vilayət məhkəməsi

d) qəza məhkəməsi e) mahal məhkəməsi.
395. Xronoloji ardıcıllığı düzün:

1. Ağaların və bəylərinin torpaqlarının müsadirəsi dayandırıldı 2. Qazxın şıxlı kəndində kəndlilərin tələblərlə çıxış etməsi 3. Qafqaz canişinliyinin yaradılması 4. “Ali müsəlman silki” ifadəsinin meydana gəlməsi.

a) 1,4,2,3 b) 1,2,3,4 c) 4,3,2,1 d) 2,1,4,3 e) 3,2,1,4.
396. Xəzər vilayətinə aid deyil:

a) Yelizavetpol, İrəvan və Naxçıvan qəzaları bura aid idi. b) Yeddi qəzaya bölünürdü c) 32 nahiyədən ibarət idi d) Dərbənd, Quba, Bakı, Şamaxı, Nuxa, Şuşa və Lənkəran qəzalarından ibarət idi e) Mərkəzi Şamaxı şəhəri idi


397. 1852 – ci ildə verilmiş verginin məhsulla yox, pulla ödənməsi haqqında qərar nəyə təkan oldu?

a) Əmtəə-pul münasibətlərinin inkişafına b) Vergilərin vaxtında yığılmasına c) Kəndlilərin vəziyyətinin yaxşılaşmasına d) Vergilərin azaldılmasına e) Köçmə prosesinin qarşısının alınmasına.


398. Zəncan üsyanının rəhbəri kim idi?

a) Molla Məhəmməd b) Rüstəm c) Zərrintac


Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin