Azərbaycan tarixi


XV əsr Azərbycan dövlətlərinin ictimai – iqtisadi həyatı



Yüklə 0,62 Mb.
səhifə101/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   97   98   99   100   101   102   103   104   ...   269
Azərbaycan tarixi mühazirə

10.6. XV əsr Azərbycan dövlətlərinin ictimai – iqtisadi həyatı.


Azərbycan dövlətlərinin ictimai quruluşu. XV əsrdə Azər­baycan ərazisində üç dövlət – Şirvanşahlar, Qaraqoyunlular və Ağqoyun­lular fəaliyyət göstərmişdi. Qara­qoyunlu və Ağ­qoyunlu dövlətləri Azərbaycanın Kürdən cənubda olan torpaq­larını əhatə etmişdi. Hər üç dövlətin ictimai quruluşunda elə bir əsaslı fərq yox idi.
Qaraqoyunlu dövlətində Baharlı, Ağqoyunluda isə Bayan­dur feodal əyanları rəhbər rol oynamışdılar. Oğuz türklərindən olan hər iki dövlətin hökmdarları padşah titulu daşıyırdılar. Padşahdan sonra dövlətdə ikinci əsas şəxs Əmir-əl-üməra (əmirlər-əmiri) idi ki, o da bütün hərbi qüvvələrə rəhbərlik edirdi. Sədrəzəm ruhanilərə başçılıq edir, vəqf vergilərini toplayır, məhkəmə işlərini qaydaya salırdı. Dövlət aparatındakı növbəti vacib şəxs Baş vəzir idi. Onu sahibi-divan da adlandırırdılar. O, şahın möhürünü saxlayır, döv­lətin daxili və xarici işlərinə nəzarət edirdi. Ölkə əyalətlərə bölünmüşdü və əyalətlər padşahın varisləri və sülalə üzvlərindən təyin olunurdular.Əyalət divanının hər birində 300 mirzə çalışırdı. Tümən və nahiyə hakimləri tümən və nahiyyələri idarə edirdilər və canişin tərəfindən təyin edilirdilər.
Bayandur nəslinə aid köçəri feodallar tərəfindən idarə olunan Ağqoyunlu dövlətinin də ictimai quruluşu eynilə Qaraqoyunluda olduğu kimi idi. Yalnız bir kiçik fərq var idi ki, Ağqoyunlu padşahları bəzən Osmanlı və yaxud Teymurilərdə olduğu kimi özlərinə “sultan” titulu da götürürdülər.
Şirvanşahlar dövlətinin erkən orta əsrlərdən formalaşan ictimai quruluşu XV əsrdə də elə bir əsaslı dəyişikliyə uğramamışdır. Qara­qoyunlu və Ağqoyunlu dövlətlərindən fərqli olaraq Şirvanşahlar dövlətində ölkə başçısı şah titulu daşıyırdı. Dövlətin tarixi coğrafiya­sında da dəyişiklik yox idi. Şirvanşahlar Kürdən şimala Dərbəndə və qərbdə Şəki hakimliyinə qədər əraziləri əhatə edirdi. Şirvanın ən etibarlı müttəfiqi əvvəlki dövrlərdə olduğu kimi, Şəki hakimliyi idi. Şirvanşahlarda hakimiyyət oturaq feodal əyanlara məxsus idi.
Azərbaycan dövlətlərində ordu quruculuğuna xüsusi diqqət verilirdi. Şirvanşahların ordusunda 60 min, Qaraqoyunlu və Ağqoyunlu ordularının hər birində 100 minə yaxın döyüşçü var idi. Ordu iki hissə­dən ibarət olurdu: əyalətlərdə canişin orduları saxlanılırdı. Seçmə döyüşçülər padşahın xüsusi qvardiyasında xidmət edirdilər. Orduda ən ali rütbəli şəxs Əmir idi.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin