Azərbaycan tarixi


I Təhmasibin ölümündən sonra Səfəvi-Osmanlı müharibələrinin ikin­ci mərhələsi (1578-1590-cı illər)



Yüklə 0,62 Mb.
səhifə113/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   109   110   111   112   113   114   115   116   ...   269
Azərbaycan tarixi mühazirə

11.3. I Təhmasibin ölümündən sonra Səfəvi-Osmanlı müharibələrinin ikin­ci mərhələsi (1578-1590-cı illər).


XVI əsrin ikinci yarısında Səfəvi dövlətinin daxili vəziyyəti.1576-cı ilin mayında I Təhmasibin ölümündən sonra onun oğlanları – Məhəmməd, İsmayıl və Heydər arasında taxt-tac uğrunda mübarizə başladı. Bu mübarizədə İsmayıl Mirzə Heydəri öldürdü və II İsmayıl adı ilə (1576-1577) taxta çıxdı.I Təhmasibin qızı Pərixan xanım 1577-ci ilin noyabrında II İsmayılı öldürtdürdü. Qəzvində Pərixan xanım özünü dövlət başçısı elan etdi, eyni zamanda Şirazda I Təhmasibin oğlu Məhəmməd Mirzə şahlığa iddiasını irəli sürdü və ölkədə ikihakimiyyətlilik yarandı. 1578-ci ilin fevralın 13-də hakimiyyətə gələn Məhəmməd Mirzə Xudabəndə (1578-1587) öz düşmənlərini saraydan uzaq­laşdırdı və bacısı Pərixanımı edam etdirdi.
Lakin Məhəmməd Xudabəndə iradəcə zəif idi və gözləri də pis görürdü. Ona görə də dövlət işlərini arvadı Məhdi Ulya ələ aldı və Ali divanın vəkili vəzifəsinə qədər yüksəldi. Məhəmməd Xudabəndə yaxın adamlarına çoxlu hədiyyələr verdi. Qızılbaş əmirləri şaha təsir etmək imkanlarına malik idilər. Qızılbaş əyanlarının özbaşınalığı, onlar arasında çəkişmələr, mərkəzi hakimiyyətə tabe olmamaları Səfəvi dövlətini zəiflədir, onun müdafiə qabilliyyətini sarsıdırdı.
Ölkədə yaranmış vəziyyətdən istifadə edən Van paşası Xosrov 1577-ci ildə Xoy və Səlmasda yaşayan kürd qəbilələrinin qiyamını təşkil etdi. Kürdlər Urmiyanı ələ keçirdilər.
Osmanlı - Səfəvi müharibələrinin yeni mərhələsi. Çıldır döyüşü. Səfəvi döv­lətinin zəifləməsindən istifadə edən Osmanlı sultanı III Murad (1575-1595) onun torpaqlarını ələ keçirməyə ciddi hazırlıq görürdü. 1578-ci ildə Mustafa Lələ Paşanın başçılığı ilə 100 minlik osmanlı qoşunu Cənubi Qafqaza hücum etdi. 1578-ci il avqustun 9-da Çıldır gölü ətrafında baş verən döyüşdə qızılbaşlar məğlub oldu. Səfəvi qoşunlarının məğlub olmasının səbəbləri Səfəvi ordusunun başçıları arasında birliyin olmaması, əmirlərin özlərinə həddindən artıq arxayın olması, Osmanlılarla döyüşə laqeydlik göstərməsi, ona əhəmiyyət verməməsi və osmanlı qüvvələrinin sayca çox olması idi.
Mustafa Lələ paşa Çıldır döyüşündən sonra Tiflisi ələ keçirdi. 1578-ci ilin sen­tyabrın 9-da Qanıx (Alazan) çayı ətrafında baş verən döyüşdə osmanlılar ciddi təlafat verdilər. Lakin buna baxmayaraq, osmanlı qoşunları Ərəş, Şamaxı, Qəbələ, Bakı, Şabran, Mahmudabad və Salyanı ələ keçirdilər. Osmanlılar Azərbaycan ərazisində öz inzibati idarə üsulunu tətbiq edib Dərbənd və Şirvan bəylərbəyliyini, habelə sancaqlıqlar yaratdılar. Mustafa Lələ paşa Osman paşanın başçılığı ilə Şirvanda qoşun qoyub Ərzuruma qayıtdı.
Şahın oğlu Həmzə Mirzə vəziyyətdən istifadə edərək 30 minlik qoşunla Qarabağa gəldi, burada qızılbaş əmirləri və vəzir Mirzə Salmanın qoşunu ilə birləşib Şirvana hücum etdi. 1578-ci ildə Ağsuçayın sahilində Mollahəsənli kəndi yaxınlığında Krim xanı Adil Gərayın qoşunlarına qalib gəldi və Adil Gəray əsir alındı. Qızılbaşlar Şamaxını azad etdilər, Osman paşa qoşunları ilə Dərbəndə çəkildi. 1579-cu ildə Krım xanı Məhəmməd Gəray 100 minlik qoşunla Dərbəndə gəldi, Şirvanı tutub qarət etdi və Qızılbaşların əsas qüvvəsinin gəlməsini eşidib geri çəkildi. Bundan istifadə edən qızılbaşlar Şirvana daxil oldular.
Qızılbaş əmirləri Dağıstana hücum etsələr də, aralarında birliyin olmaması səbəbindən hücum müvəffəqiyyətsizliyə uğradı. Qızılbaş əmirləri Təbrizə qayıdandan sonra onlar arasında ziddiyətlər daha da kəskinləşdi. Şah oğlu Abbas Mirzəni Herata hakim göndərdi və Əliqulu xanı onun qəyyumu təyin etdi. Türkmən və təkəli tayfalarının əmirləri Əliqulu xanı dəstəkləyirdilər. Məşhəddə isə onu istəməyən Murtuzqulu xan hakim idi. Onlar arasında balaca Abbas Mirzənin qəyyumu olmaq üstündə düşmənçilik var idi. Beləliklə, Xorasan, Herat və Məşhəd bölgələrində bir-birinə düşmən olan iki qrup yarandı. Əliqulu xan bu mübarizənin birinci mərhələsində məğlub oldu. Belə ki, onun Abbas Mirzəni 1581-ci ildə şah elan etmək planı baş tutmadı.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin