Azərbaycan tarixi



Yüklə 0,62 Mb.
səhifə12/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   8   9   10   11   12   13   14   15   ...   269
Azərbaycan tarixi mühazirə

Mezolit dövrü. Mezolit (Orta daş dövrü) e.ə. XII-VIII minillik­ləri əhatə edir və Mezolit mərhələlərə bölünmür. Azər­baycanda mezolit və neolit mədəniy­yətlərinin izlərinə ilk dəfə Qazax rayonunda Avey dağında Damcılı mağarasında təsadüf olunmuşdur.
Bu dövrdə iqlim istiləşmiş, buzlaşma qurtarmış, təbii şərait yaşayış üçün daha əlverişli olmuşdur. Ox və kaman ixtira edilmiş, ov­çuluq əsas peşəyə çevril­miş, heyvanların əhililəşdirilməsi, nəticədə ibtidai maldarlığın əsası qoyul­muş, yabanı dənli bitkilərin mədəni şəkil­də becərilməsinə başlanmış, ibtidai əkin­çilik vərdişləri yaranmışdı. Mənim­səmədən ibtidai istehsal təsər­rüfatına ke­çi­din əsası Mezolit dövründə qoyulmuşdur.
Azərbaycanda Mezolit dövründə yaşamış insanların yaşayış və məşğuliyyəti Bakı yaxınlığın­dakı Qobustan abidələri əsasında öyrənil­mişdir. Ehtimal olunur ki, Qobustan düşər­gələrində yaşayan sakinlər vahid (nəsli) icmalardan ibarət idi. Arazın o tayındakı ayrı-ayrı yaşayış yerlərinin sakinləri haqqında da eyni sözü demək olar. O dövrdə cəmiy­yətin əsas özəyini kollektiv təsərrüfat aparan nəsli icmalar təşkil edirdi. Burada yaşamış insanların məşğuliyyəti ovçuluq, balıqçılıq və yığıcılıq olmuşdur. Öküzlər, Ana zağa, Firuzə kimi qədim insan düşər­gələrində çaxmaqdaşı və sümükdən düzəldilmiş müxtəlif əmək alətləri tapıl­mışdır. Qazax rayonunda Damcılı mağarasında Mezolit dövrünə aid kiçik ölçülü ox ucları, müxtəlif tipli daş alətləri, cilalanmış dişli lövhələr aşkar edil­mişdir. Bu dövrdə daş nüvələrindən qoparılmış qəlpələrdən müxtəlif əmək alətləri hazırlanırdı. Mezolit dövründə oturaq həyata keçid başlamışdır.
Mezolit dövründə ibtidai incəsənət xeyli inkişaf etmişdi. Qobustan qaya rəsmlərində qədim insanların ovsun-totem inamları, dini ayinlər, axirət dünya­sına inam, ov səhnələri təsvir olunmuşdur. Axirət dünyasına inamla əlaqədar dəfn zamanı ölulərin yanına məişət əşyaları qoyulurdu. Ölülərin doli­xokran və braxikran antropoloji tipə mənsub olduğu müəyyən edilmişdir.
Neolit dövrünün əkinçi-maldar qəbilələri. Əmək alət­ləri. ”Neo­lit inqi­labı”.Neo­lit dövrü (Yeni daş dövrü) e.ə. VIII-VII minil­­lik­­ləri əhatə edir. Bu dövrdə ovçuluq və balıqçılıq qalmaqla əkinçilik və maldarlıq insanların əsas məşğuliyyət sahəsinə çevrildi. Neolit dövründə saxsı qab istehsalı, əyricilik, toxu­culuq yaranmış, insan­­lar oturaq həyata keçmiş, əkinçilik və maldarlıqla ya­naşı, ovçuluq və balıqçılıqla da məşğul olmuşlar. Əmək alətləri əsasən, çaxmaq­daşından və dəvə­gözündən hazır­lanırdı. Bu mərhələdə əkin­çiliyin, maldar­lığın, toxu­culuğun, saxsı qab isteh­salının meydana çıxması, daş toxalar, sapı ağacdan olan cilalanmış daş baltalar, çəkic və sairənin hazırlan­ması, ən əsası isə insan­ların mənimsəmə təsərrüfatından istehsal təsər­rüfatına keçməsi elmdə Neo­lit inqilabı adlandırıl­mışdır. Bu dövrdə əhali oturaq həyat tərzinə keçmişdi. O vaxtlardan Cənubi Azər­bay­­canda tamam məskunlaşma başlamışdır. Məhz bu dövrdən burada anbarı, ocağı, həyət sahəsi və möhrədən birotaqlı evləri olan yaşa­yış yerləri yaranmışdır. Cənubi Azərbaycanda Urmiya gölü hövzəsində Həsənli, Firuztəpə, Yanıqtəpə və s. kimi qədim yaşayış yerlərində ilk əkinçi məskənlərinin qalıqları tapılmışdır.
Şimali Azərbaycanın Naxçıvan, Gəncə, Göygöl, Lənkəran, Qazax, Qobustan ərazilərində Neolit dövrünə aid abidələr- çaxmaq və çaydaşından hazırlanmış, erkən neolit dövrünə aid gəzli lövhələr, həndəsi formalı alətlər, hamarlayıcılar, zərb alətləri və toxavari alətlər əldə edilmişdir.



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin