Azərbaycan tarixi



Yüklə 0,62 Mb.
səhifə132/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   128   129   130   131   132   133   134   135   ...   269
Azərbaycan tarixi mühazirə

AZƏRBAYCAN XANLIQLARI

Plan



1.Müstəqil Azər­baycan dövlətlərinin (xanlıq­larının) yaranması. Cənubi Azərbaycan xanlıqları.
2.Azərbaycanın Şimal xanlıqları, sultanlıqları və məliklikləri və onların daxili siyasəti
3.Azərbaycan xanlıqlarının sosial – iqtisadi həyatı
4.Azər­baycan xanlıqlarının xarici siyasəti.Rusiya və İran Qacarlar döv­lət­inin Azərbaycanı ələ keçirmək cəhdləri.
5.XVIII əsrdə Azərbaycan mədə­niyyəti

13.1. Müstə­qil Azər­baycan dövlətlərinin (xanlıq­larının) yaranması. Cənubi Azərbaycan xanlıqları.
Nadir şahın yaratdığı və ərazisi 5,5 milyon kvadrat kilometr olan Azərbaycan Əfşarlar imperiyası süqut etdi, dövlətin ərazisində onlarla xırda döv­lətlər - xanlıqlar meydana gəldi.
Təkcə Azərbaycan ərazisin­də 20 xanlıq meydana gəldi. Onlar­dan 8-i Cənubi Azərbay­canda, 12-i isə Şimali Azərbaycada yaranmışdı.
Xanlıqların yaranmasının sosial-iqtisadi və siyasi şərtləri. XVIII əsrin ortalarında Nadir şahın yaratdığı dövlət dağıldıqdan sonra Azərbaycanda bir sıra müstəqil dövlətlər - xanlıqlar meydana gəldi. Nadir şahın ölümündən sonra xanlıq­ların meydana gəlməsinin səbəbləri bunlar idi: 1) natural təsərrüfat, ayrı-ayrı vilayətlər arasında iqtisadi əla­qə­lərin zəifliyi; 2) Səfəvilər dövləti və Nadirin yaratdığı Əfşarlar dövlətinin sabit mərkəzi aparata malik olmaması.Belə ki, əya­lət­lərin idarə edilməsi irsi hakimiyyətə malik olan nüfuzlu tayfa başçılarına tapşırılırdı. Bu isə mərkəzi hakimiyyət zəifliyəndə onların müstə­qilliyə can atma­sına imkan yaratdı; 3) xalqların mərkəzi hakimiyyətə qarşı azadlıq mübarizəsi; 4) xanlıqların yaranması, həmşinin beynəlxalq şəraitlə əlaqəli idi - Qərbi Avropa dövlət­ləri, qon­şu Rusiya və Gürcüstan Azərbaycanda mərkəzləşmiş dövlətin yaranmasında maraqlı deyildilər; 5) böyük coğrafi kəşf­lərdən sonra Azərbaycan beynəlxalq ticarət yollarından kənarda qaldı və onun vahid dövlət kimi mövcudluğuna maraq azaldı.
XVIII əsrin ortalarında Azərbaycan müstəqil və yarımmüstəqil xanlıqlara, sultan­lıqlara və məlikliklərə parçalandı. Azərbaycanın cənu­bunda Urmiya, Təbriz, Ərdəbil, Xoy, Qaradağ, Sərab, Maku, Marağa, şimalında isə Şəki, Qarabağ, Quba, Dərbənd, Bakı, Şa­maxı, Gəncə, İrəvan, Naxçıvan, Lənkəran, Salyan və Cavad xanlıqları meydana çıxdı.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin