Azərbaycan tarixi



Yüklə 0,62 Mb.
səhifə135/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   131   132   133   134   135   136   137   138   ...   269
Azərbaycan tarixi mühazirə

Quba xanlığı 1726-cı ildə Azərbaycanın şimali-şərqində strateji əhəmiyyətə malik olan və mühüm ticarət yolu keçən ərazidə yaranmışdı. Quba xanlığının banisi Hüseynəli xan Rusiya carı tərəfindən bu vəzifəyə təyin olunmuşdu. Xanlığın mərkəzi əvvəl Xudat, 1735-ci ildən sonra Quba olmuşdur. Bu zaman Salyan torpaqları da Qubaya daxil idi. Nadir şah Salyanı Quba xanlığından ayırsa da, 1756-cı ildə yenə Salyan Quba xanlığına birləşdirildi. Hüseynəli xanın ölümündən sonra onun oğlu Fətəli xan Quba xanı oldu (1758-1789).
Fətəli xan uzaqgörən, siyasətçi və bacarıqlı dövlət xadimi idi. Fətəli xan Cənubi Azərbaycan xanlıqlarından Quba ərazisinə çoxlu əhali köçürdü. Fətəli xan fəal xarici siyasət yeridərək Azərbaycan torpaqlarını birləşdirmək ideyasını həyata keçirməyə çalışırdı. O, dövləti möhkəm­ləndirmək üçün xırda və orta feodallara, tacirlərə və sənət­karlara, oturaq kəndli əhalisinə arxalanırdı. Fətəli xan ilk öncə Dərbəndi ələ keçirdi. Fətəli xan öz bacıısı Xədicəni iradəcə zəif olan Bakı xanı Məlik Məhəmmədə verməklə 1767-ci ildə onu özündən asılı vəziyyətə saldı.
Azərbaycanın bir sıra xanları və Dağıstan feodalları Quba xanlı­ğının güclən­məsin­dən narahat idilər. 1773-cü ildə Şəki, Qarabağ, Avar xanlıqlarının qoşun­ları Şamaxı xanlığını tutdular, lakin burada möhkəm­lənə bilmədilər. Bundan sonra, 1774-cu ilin iyul ayında Xudat yaxın­lığında bir sıra Azərbaycan xanlarının və Dağıstan hakimlərinin birləş­miş qüvvələri ilə Gavduşan yaxınlığında döyüşdə Fətəli xan məğlub oldu və Salyana çəkildi. Əmir Həmzə Dərbəndi, Məhəmməd Qazıqumuxlu Qubanı, Ağası xan Şamaxını tutmağı planlaşdırırdılar. Dərbəndi müda­fiə edən Fətəli xanın arvadı Tutu bikə qardaşı Əmir Həmzəni şəhərə buraxmadı. Dərbənd 9 ay mühasirədə qaldı. Fətəli xan kömək üçün Rusiyaya müraciət etdi. 1775-ci ildə rus donanmasının köməyi ilə Dər­bəndin mühasirəsini ləğv etdi. Tezliklə rus donanması geri çəkildi. Fətəli xan fəal xarici siyasətini davam etdirdi. O, Kərim xan Zəndin nigah diplomatiyası siyasəti ilə xanlığı özündən asılı vəziy­yətə salmaq niy­yətini puç etdi, bacısını onun oğluna vermədi. 1775-ci ilin yazında Dər­bənd hakimi Mirzəbəy Fərhadbəylinin başçılığı ilə Rusiya sarayına elçi göndərdi. Fətəli xan məktubunda onun Rusiya ilə ticarət müqaviləsi bağlayacağını, daim Rusiyaya sadiq qalacağını bildirir və bu əsasda müstəqil­liyinin tanınmasını xahiş edirdi. Lakin Rusiya cava­bında Quba xanının hakimiy­yətində olan əraziləri İran ərazisi olduğunu bəyan etdi və Quba xanlığının müstə­qiliyini tanımaqdan imtina etdi. 1787-ci ildə Quba xanlığının Mirzə Sadiq Məhəm­mədvəliyevin başçılığı ilə Rusi­yaya gedən 12 nəfərdən ibarət elçiliyi yenə də uğur qazanmadı. Fətəli xan öz hakimiyyətini möhkəmlətdi və birləşdirmə siyasətini davam etdirdi. Qarabağ xanlığını ələ keçirməyə çalışsa da, buna nail ola bilmədi. Fətəli xan Azərbaycanın cənub torpaqlarını tutmaq üçün 1784-cü ildə hücum edərək Ərdəbil və Meşkini ələ keçirdi. Lakin burada qala bilmədi. Azər­baycan hakimlərinin separatçılıq meylləri və Rusiya çarının bundan narazı olması onun geri qayıt­masına səbəb oldu. Fətəli xan 1789-cu ildə Bakıda Azərbay­canın cənubuna hücuma hazırlaşarkən vəfat etdi. Fətəli xanın Azərbaycan torpaqlarını birləşdirmək cəhdi baş tutmadı. Onun ölümündən sonra hakimiyyətə gələn oğlanları Əhməd xan (1789-1791) və Şeyxəli xanın (1791-1810) döv­ründə xanlıq zəiflənmiş, Quba xanlığından asılı olan xanlıqlar onun tabeliyindən çıxmışdılar.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin