Azərbaycan tarixi


Azərbaycanda metal alətlərdən istifadə



Yüklə 0,62 Mb.
səhifə14/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   10   11   12   13   14   15   16   17   ...   269
Azərbaycan tarixi mühazirə

Azərbaycanda metal alətlərdən istifadə. Tunc dövrü e.ə. IV minilliyin sonundan II minilliyin sonuna kimi davam etmişdir. Tunca təbiətdə hazır şəkildə rast gəlinmir, misin, qalayın, nikelin, mərgümüşün, sürmənin qarışığından alınır­dı. Tuncdan hazırlanan alətlər daş və mis alətlərə, nisbətən daha möhkəm idi.
Tunc dövründə cəmiyyətin inkişafında bir sıra dəyişiklikər baş vermiş, anaxaqanlığı ataxanlığı ilə əvəz olunmuşdu. İctimai həyatda, ailədə kişilərin rolu artmış, təsərrüfatın müxtəlif sahələri meydana gəlmiş, əmlak və sosial bərabərsizlik, böyük ictimai əmək bölgüləri yaran­­mışdı. Tunc dörü özü 3 mərhələyə bölünür: 1) Erkən tunc dövrü (e.ə. 3900 – 2000-ci illər); 2) Orta tunc dövrü (e.ə. 2000 -1500 –ci illər); 3)Son tunc dövrü (e.ə. 1400 – 1200 –ci illər).
Erkən Tunc dövrünə aid maddi-mədəniyyət nümu­nələri ilk dəfə Azərbaycanda Kür və Araz çayları araslndakı ərazidən tapıldığı üçün Kür - Araz mədəniyyəti kimi tanınır.
Azərbaycanın Qarabağ (Xankəndi, Xaçınçay, Üçtəpə və s.), Nax­çıvan (Kültəpə), Xaçmaz (Sərkərtəpə), Qazax, Urmiya və s. ərzilərində Erkən Tunc dövrünə aid arxeoloji abidələr öyrənil­mişdir. Bu dövrdə əhalinin sayı artmış, yaşayış məskənlərinin ərazisi böyümüşdür. İnsanlar dağətəyi və dağlıq zonalarda da məskənlər salmışdılar. Yaşayış məs­kən­ləri çay kənarında, düşməndən qorunmaq üçün əlverişli yerlərdə salınır, bəzi yaşayış yerlərinin ətrafına müdafiə hasarları çəkilirdi.
Toxa əkinçiliyi xış əkinçili ilə əvəz edilmiş, süni suvarma yaran­mış, qoşqu heyvanları vasitəsilə torpağın şumlanması baş­ladı, taxıl oraqla biçilmiş, dən quyularda və təsərrüfat küplərində saxlanmış, unun üyüdülmə­sində dəndaşları və həvəngdəstədən istifadə edilmişdi.
Maldarlıq inkişaf edir, mal-qaranın sayı artırdı. Atdan minik vasi­təsi kimi istifadə edilməsi nəticəsində köçmə (yaylaq) maldarlıq mey­dana gəldi. Heyvanların yaylaq və qışlaqda bəslənilməsinə başla­nıldı. Maldarlıq üçün daha əlverişli ərazilərdə yaşayan tayfalar ancaq maldar­lıqla məşğul olurdu. Beləliklə, əkinçilik və maldarlıq bir-birindən ayrıl­dılar, yəni birinci böyük ictimai əmək bölgüsü yarandı.
Erkən Tunc dövründə sənətkarlığın dulusçuluq, metal­işləmə, toxuculuq və sair sahələri inkişaf etmişdi. Erkən Tunc dövründə əhalinin dini inamlarında və mərasim­lərində dəyişik­liklər baş vermişdi. Dini ayinlərin icrası üçün mehrabı olan ibadət evləri tikilirdi. Qazax (Baba­dərviş), Naxçı­van (Kültəpə) və s. ərazilərdə dini ibadətgahlar, Sərkər­təpədə dairəvi planlı böyük ibadət evi aşkar edilmişdir. Ölüləri yaşayış yerindən kənarda dəfn etməyə başladılar. Bəzi qəbirlərin üzərində kurqanqlar (torpaq təpələr) meydana gəlmiş, ölünü yandırma və kollektiv dəfn adətləri yaranmışdı.
Azərbaycanda Erkən Tunc dövründə ailədə, təsər­rüfatda və ictimai həyatda kişilərin rolu artmışdı. Çünki xış əkinçiliyi, maldarlıq və metal­işləmə fiziki güc və dözüm tələb edirdi, qadınlar isə bu işin öhdə­sindən gələ bilmir­dilər. Nəticə­də, həyatın bütün sahələrində kişilərin rolu artdı və anaxaqanlığı ataxaqanlığı ilə əvəz olundu. Ailəyə və təsərrüfata başçılıq kişilərə keçdi. Bir neçə qohum qəbi­ləni birləşdirən tayfalar yarandı, tayfa daxilində bərabərsizlik meydana gəldi.
Orta Tunc dövrünə aid abidələr Naxçıvan (II Kültəpə, Oğlanqala), Urmiya (Göy­təpə), Qarabağ (Üzərliktəpə) və s. ərazilərdə öyrənilmişdir. Bu dövrdə kənd tipli yaşa­yış məskənləri ilə yanaşı, ilkin şəhər mərkəzləri də yaranmışdı. İlk şəhər tipli yaşayış yerləri çay kənarında, ticarət yolları üzərində salınır, müdafiə divarları ilə əhatə olunurdu. Naxçıvan şəhəri 3500, Şəki şəhəri isə təqribən 2800 il bundan əvvəl Orta tunc dövründə meydana gəlmişdir.
Taxılın döyülməsində daş vəllərdən istifadə olunurdu. Kültəpə, Üzərliktəpə abidə­lərində küp və quyulardan arpa, buğda, darı qalıqları əldə edilmişdir. Bu dövrdə yeni təsərrüfat sahələri olan bağçılıq və bostançılıq, üzüm­çülük və şərabçılıq yaranmışdı. Süni suvarma kanalları çəkilmişdi. Sənətkarlıq inkişaf edə­rək ayrıca peşə sahə­sinə çevrilmişdi. Maldarlar və əkinçilər artıq məhsul­larını sənətkarlıq məhsuluna dəyişir­dilər. Nəticədə, sənət­karlıq əkinçilikdən ayrıldı, müstəqil sahəyə çevrildi, yəni ikinci böyük ictimai əmək bölgüsü baş verdi. Naxçıvan yaxın­lığındakı 2-ci Kültəpədən dulusçuluq məhəlləsi və dulus sobaları tapıl­mışdır. Hazırlanan saxsı qablara naxış vurulmuşdu və Azərbay­canda boyalı qablar mədəniyyəti meydana gəlmişdi. Metalişləmə geniş yayıl­dı.Metal əridilən sobalar təkmilləşmişdi. Qəliblərə tökülən əridilmiş metal­dan müxtəlif əmək alətləri, silahlar, bəzək əşyaları hazır­lanırdı. Toxuculuq alətləri olan sümük əyricilər, iynə, biz və sairlərdən istifadə edilmişdi.
Torpaq və yaylaq uğrunda mübarizə, qonşu dövlət­lərin hücum təhlükəsi tayfa ittifaqlarının yaradılmasını zərurətə çevirmişdi. Orta Tunc dövründə Azər­bay­­canda qəbilə və tayfalar böyük tayfa ittifaqlarında birləşmişdilər. Bu tayfa itti­faq­larına varlı hərbi başçılar rəhbərlik edir­dilər. Onlar tayfanın əmla­kının çoxu­nu ələ keçirib varlanırdılar. Orta Tuncda iki, üç otaqlı evlər meydana gəldi. İctimai və əmlak bəra­bərsizliyi genişlənirdi. Varlı adamlar ölərkən əmlakı, ar­vadı, kənizləri, silahları və s. ilə birlikdə dəfn olunurdular. Yoxsul adamların qəbir­lərində az əmlak olurdu. Bu dövrdə daş qutu qəbirlər meydana gəlmişdi.



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin