1795 - ci ilin sentyabrın 12- də Qacar Tiflisi tutdu və yandırdı,12 min əsir, çoxlu qənimət ələ keçirdi. Tiflis alındıqdan sonra bir çox Azərbaycan xanlıqları Ağa Məhəmməd xana tabe olduqlarını bildirdilər. İrəvan və Qarabağ xanları ona tabe olmaqdan imtina etdilər. Tiflisin fəthindən sonra Qacar Muğana gəldi və Muğan düzündə təntənəli tacqoyma mərasimi keçirdi.
Gürcüstanı himayəsinə götürən Rusiya, Qacarın Tiflisi tutduğunu eşitdikdə narahat oldu və təcili olaraq general V.Zubovun başçılığı ilə rus qoşunları Cənubi Qafqaza göndərildi. Ağa Məhəmməd Qacar isə Muğanda özünü şah elan etdikdən sonra İrana qayıtdı.
General Zubovun hərbi səfəri. Ağa Məhəmməd xan Qacarın Tiflisi tutması onu himayəyə alması Rusiya üçün böyük zərbə idi. Rusiya Gürcüstanı müdafiə etməyə başladı. II Yekaterina 1795 - ci il 16 noyabr sərəncamında general Qudoviçə Cənubi Qafqaz və Xəzər sahillərini tutmağı tapşırdı. 1796 - ci ilin əvvəllərində rus və gürcü qoşunları Gəncəni mühasirəyə aldılar.Cavad xan bac verməyə razı oldu. Rusların digər hərbi hissələri general Savelyevin başçılığı ilə fevralın 15-də Dərbəndə çatdı. Savelyev rus qoşunlarının digər hissələrinin gəlib çıxmasını gözlədi. Dərbəndin müdafiəsini Şeyxəli xan təşkil etmişdi. Rus qoşunları Dərbəndə hücum etdi. Azərbaycana qarşı hazırlanan yürüşə II Yekaterinanın sevimlisi general V. Zubov başçılıq edirdi.
1796-cı ilin aprelin 18-də V. Zubov Azərbaycana hərbi yürüşə başladı. Şeyxəli xanın müqavimətinə baxmayaraq, rus qoşunları Dərbəndi tutdu. Şeyxəli xan əsir alındı, şəhərin idarəsi Rusiyaya meyl edən Fətəli xanın qızı Pəri xanıma tapşırıldı. İyunun 6-da Quba, iyunun 13-də Bakı və Samaxı tutuldu. Qarabağ xanı öz oğlu Əbülfət xanı Zubovun yanına göndərdi və Rusiyanın himayəsini qəbul etdiyini bildirdi. İbrahimxəlil xan Qarabağ məlikliklərinin Rusiyaya yaxınlaşmasının qarşısını almaq üçün bu diplomatik addımı atdı. Azərbaycanın şimal xanları və bəzi Dağıstan feodallarının Rusiyanın işğalına qarşı təşkil etdiyi sui-qəsdin üstü təsadüfən açıldı. Əsirlikdən qaçan Seyxəli xan Rusiyaya qarşı daha qətiyyətli oldu. Sisianov başda olmaqla Zubova kömək göndərildi. Bundan sonra ruslar Gəncəni tutdular.
Rus çariçası II Yekaterina Şimali Azərbaycan torpaqlarında xristian Alban dövləti yaratmağı planlaşdırırdı. Lakin, 1796-cı ilin sonunda II Yekaterina öldü, hakimiyyətə gələn I Pavel rus qoşunlarını Azərbaycandan və Dağıstandan geri çagırdı və Rusiyanın Azərbaycanı ələ keçirmək planı baş tutmadı.