Azərbaycan tarixi


Naxçıvan və İrəvan xanlıqlarının işğalı



Yüklə 0,62 Mb.
səhifə152/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   148   149   150   151   152   153   154   155   ...   269
Azərbaycan tarixi mühazirə

Naxçıvan və İrəvan xanlıqlarının işğalı. 1827-ci ilin əvvəlindən rus qoşunları hərbi əməliyyatlara başladılar. İ.Paskeviçin qarşısında Naxçıvan və İrəvan xanlıqlarını işğal etmək vəzifəsi qoyulmuşdu. Ruslar 1827-ci ilin aprelin 20-də Xudafərin körpüsünü tutduqdan sonra şimala hərəkət edərək İrəvanı mühasirəyə aldılar. Lakin İrəvanı tuta bilməyən ruslar Naxçıvan üzərinə yeridilər. 1827-ci ilin iyunun 27-də Naxçıvan rus­lar tərəfindən işğal edildi. Bundan sonra, 1827-ci ilin iyul-sentyabr ayları ərzində ruslar Cavanbulağı, Abbasabadı və Sərdarabad qalasını ələ keçirib İrəvanı mühasirəyə aldılar.
1827-ci ilin oktyabrın 1-də İrəvan ruslar tərəfindən ələ keçirildi. Bu qələbəyə görə Paskeviç “Erivanski” ləqəbi aldı. Naxçıvan və İrəvan xanlıqları ələ keçirildikdən sonra rus qoşunları Cənubi Azərbaycana soxuldular. 1827-ci ilin oktya­brında ruslar Xoyu, Mərəndi, Təbrizi ələ keçirdilər. Təbrizi idarə etmək üçün Müvəqqəti İdarə yaradıldı ki, bura əsasən rus zabitləri, Rusiyameylli İran ruhanilərinin başçısı Ağa Mir­fəttah və şəhərin keçmiş başçısı Fətəli xan da daxil edilmişdi. Şah höku­məti ruslarla danışıqlara başlamağa məcbur oldu, lakin bir neçə ay çəkən danışıqlar zamanı tərəflər arasında razılıq əldə olunmadı. Danışıqların pozulmasından istifadə edən ruslar hərbi əməliyyatları təzələdilər. 1828-ci ilin yanvarın 28-də Urmiya, fevralın 8-də Ərdəbil rus qoşunları tərəfindən işğal olundu. Tehran şəhəri üçün labüd təhlükə yarandığını görən şah hökuməti Rusiya ilə danışıqlara başladı.


14.5. Türkmənçay sülh müqaviləsi (1828-ci il) və Azərbaycanın bölüşdürülməsinin başa çatması.

Rusiya ilə İran Qacarlar dövləti arasında danışıqlar Təbriz yaxın­lığındakı Türkmənçay kəndində aparılırdı. Danışıqlarda iştirak edən yeganə azərbaycanlı A.A.Bakıxanov olmuşdur, hansı ki, Abbas Mirzə ilə İ.Paskeviç arasındakı danışıqlarda tərcüməçi kimi iştirak edirdi. Danışıqların nəticəsi kimi 1828-ci il fevralın 10-da müqavilə imzalandı. 16 maddədən ibarət olan Türkmənçay müqaviləsinə görə İran Şimali Azərbaycana olan iddialarından əl çəkdi, Arazdan şimala bütün Azər­baycan torpaqları Rusiyaya qatıldı. Arazdan cənubdakı Azərbaycan torpaqları İranın tərkibində qaldı. Müqaviləyə görə, İran müharibənin günahkarı kimi, Rusiyaya 20 milyon gümüş rubl miqda­rında təzminat odəməli idi. Təzminat ödənilənə qədər rus qoşunları Cənubi Azərbay­canda qalırdı və təzminatın ödənilməməsi halında bu ərazilər də Rusiyaya birləşdirilməli idi.


Tükmənçay müqaviləsinə görə İran ərazisində rus tacirlərinə geniş imtiyazlar verildi. Xəzər dənizində yalnız rus donanmasının saxlanması faktı təsdiqləndi və belıliklə, Xəzər Rusiyanın daxili dənizinə çevrildi.
Azərbaycan üçün ən sarsıdıcı zərbə isə müəllifləri A.Qri­boyedov və İ.Paskeviç olan müqavilənin 15-ci maddəsi oldu. İranda yaşayan xristian əhalinin yenicə işğal edilən Cənubi Qafqaza köçürülməsini nəzərdə tutan bu maddənin həyata keçirilməsi minlərlə erməni, aysor və sair xristian əhalinin Şimali Azərbaycanda məskunlaşdırılması demək idi. Bu məqsədlə artıq Türkmənçay müqaviləsindən dərhal sonra – 21 mart 1828-ci il tarixdə çar I Nikolay Qərbi Azərbaycan ərazisində “Er­məni vilayəti”nin yaradılması haqqında fərman imzaladı. Yaradılan köçür­mə komitəsinin rəhbəri erməni əsilli Lazarev (Lazaryan) təyin edildi. Ermənilərin İrəvana köçürülməsinə xüsusi diqqət yetirildiyindən bu məsələ ilə məşğul olmaq üçün xüsusi komitə yaradıldı ki, ona da rəhbərlik erməni Behbudova tapşırıldı.
İkinci Rusiya-İran müharibəsi başa çatan kimi rus-türk ziddiy­yətləri kəskinləşdi və 1828-ci ilin aprelində İkinci Rus-Türk müharibəsi başladı. Bu müharibədə Rusiyaya sədaqət andı içmiş bəylər, onların nökərləri və maaflarından təşkil olunmuş 4 Azərbaycan süvari alayı da Osmanlılara qarşı vuruşurdu. Xidmətlərinə görə rus çarından torpaq sahəsi, vəzifə gözləyən satqın bəylər eyni zamanda müharibə zamanı qənimət ələ keçirib varlan­mağın da hərisi idilər. Həm Qafqaz cəbhə­sində, həm də Balkanlarda rus qoşunları osman­lılara sarsıdıcı zərbələr vurdular. 1829-cu ilin sentyabrın 2-də Rusiya ilə Osmanlı dövləti arasında Ədirnə sülh müqaviləsi bağlandı. Bu müqaviləyə görə Osmanlı dövləti Rusiyanın Cənubi Qafqazı işğal etməsi faktını təsdiq etməli oldu. Eyni zamanda, Ədirnə sülhünə görə Osmanlı dövlət­inin ərazilərində yaşayan xristian əhalinin Rusiyanın işğal etdiyi Cənubi Qafqaz ərazilə­rinə köçürülməsi nəzərdə tutulmuşdur.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin