Azərbaycan tarixi


Azərbaycanın Rusiya tərəfindən işğalının nəticələri



Yüklə 0,62 Mb.
səhifə153/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   149   150   151   152   153   154   155   156   ...   269
Azərbaycan tarixi mühazirə

Azərbaycanın Rusiya tərəfindən işğalının nəticələri. Keçmiş sovet tarix­şünaslığında Azərbaycanın Rusiya tərəfindən işğalına belə qiymət verilirdi ki, guya bu aktın Şimali Azərbaycan üçün, onun sosial-iqtisadi, siyasi, mədəni həyatı üçün əvəz­olunmaz əhəmiyyəti olmuşdur. Təbii ki, çar Rusiyası tərkibində Şimali Azərbaycanda kapitalist münasibətləri İranın tərkibində qalmış Cənubi Azərbaycana nisbətən daha sürətlə inkişaf etdi. Şimali Azərbaycan mədəniyyətinin Rusiya vasitəsilə dünya mədəniyyəti ilə qovuşması prosesi sürətləndi. Ancaq neft sərvətinə malik Azərbaycanın Rusiyasız da iqtisadi, mədəni inkişafı qaçılmaz idi. Sadəcə olaraq rus amili bu prosesə müəyyən xüsusiyyətlər gətirdi. Əslində isə, Şimali Azərbaycanın Rusiya tərəfindən işğalı nəticə­sində Azərbaycan xalqı öz müstəqilliyini itirdi, onun ərazisi iki hissəyə bölündü və artıq iki əsrə yaxındır ki, bu vəziyyət davam etməkdədir. Təxminən 280 min kv.km Azərbaycan ərazi­ləri İranın tərki­bində qaldı, 130 min kv.km. isə Rusiya tərəfindən ilhaq edildi. Bu tarixi ədalətsizlik nəticəsində vahid Azərbaycan ölkəsi “Şimali Azərbaycan”a və “Cənubi Azər­baycan”a bölündü. Azərbaycanın bölünməsi ölkə əhali­sinin adına da təsir göstərdi. Şimali Azərbaycanın əhalisi çar Rusi­yası dövründə “tatar”, sovet dövründə “azərbaycanlı”, Cənubi Azərbay­canlılar isə “türk”, “iranlı” kimi adlandırıldılar. Halbuki, həm Şimali, həm də Cənubi Azərbaycanda dilində, mədəniy­yətində, menta­litetində heç bir fərq olmayan Azərbaycan türkləri yaşayırdı və indi də yaşamaqdadır.
Ümumiyyətlə götürdükdə, Rusiyanın Şimali Azərbaycanı işğal etməsi, onu müstəm­ləkə halına salması, Şimali Azərbay­canda xristian­laşdırma, erməniləşdirmə siyasəti yürütməsi mürtəce siyasət idi və onun mənfi fəsadlarını Azərbaycan xalqı bu gün də hiss etməkdədir.

XIX ƏSRİN 30-40-CI İLLƏRİNDƏ AZƏRBAYCANIN SOSİAL-İQTİSADİ, SİYASİ VƏZİYYƏTİ.

Plan




  1. Çar Rusiyasının Şimali Azərbaycanda müs­təm­ləkəçi siyasəti.

  2. Çarizmin Şimali Azərbaycanda kütləvi məskunlaşdırılma siyasəti

  3. Şimali Azərbaycanda çarizmə qarşı xalq üs­yanları (1830-1838-ci illər).

  4. Çarizmin inzibati-iqtisadi islahatları

  5. Cənubi Azərbaycan XIX əsrin birinci yarısında.

  6. XIX əsrin birinci yarısında Azər­baycan mədəniyyəti


Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin