Azərbaycan tarixi


Çar Rusiyasının Şimali Azərbaycanda müstəm­lə­kəçi siyasəti



Yüklə 0,62 Mb.
səhifə154/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   150   151   152   153   154   155   156   157   ...   269
Azərbaycan tarixi mühazirə

15.1. Çar Rusiyasının Şimali Azərbaycanda müstəm­lə­kəçi siyasəti.


Komendant idarə üsulunun bərqərar olması. Azərbaycanın Rusi­ya tərə­findən işğalının gedişi zamanı xanlıqlar müəyyən müddət öz daxili müstəqil­liyini saxlayırdı. Lakin Rusiya Azərbaycanda öz möv­qelərini möhkəmlətdikcə xanlıqların daxili müstə­qilliyi ləğv edildi. Gəncə xanlığı 1804-cü ildə, Bakı Dər­­bənd, Quba xanlıqları 1806-cı ildə, (Cavad xanlığı 1768-ci ildən Quba xan­lı­ğının tərkibinə qatılmış və 1806-cı ildə ləğv olun­muşdur), Şəki xanlığı – 1819, Şamaxı xanlığı – 1820, Qarabağ xanlığı – 1822, Lən­kəran xanlığı – 1826, Naxçıvan və İrəvan xanlıqları 1828-ci ildə ləğv edildilər. On­ların ərazisində 6 əyalət (Şəki, Şirvan, Qarabağ, Quba, Bakı, Lənkəran), 2 dairə ( Yelizavetpol, Car-Balakən) və 2 ( Qazax, Şəmşəddil) distansiya təşkil edildi. Hər bir əyalətin və dairənin idarə edilməsi Qafqaz qoşunlarının baş komandanı tərəfindən təyin edilmiş zabitlərə-komendantlara tapşırıldı. Ona görə də, belə idarəetmə siste­minə komendant idarə üsulu deyilirdi. XIX əsrin 20-30-cu illərində Azərbay­canda xanlıqları komendant idarə üsulu əvəz etdi. Bütün hərbi və mülki işlər, yerli məmurları vəzifəyə təyin etmək komen­dantın səlahiyyətində idi. Distansiyaları komendant tərəfindən təyin olunan naiblər idarə edirdilər.Əyalətlər mahallara, mahallar isə kəndlərə bölünürdü. Mahalları da komen­dantlar tərəfindən təyin edilmiş yerli naiblər, kəndləri isə kəndxudalar idarə edirdilər. Bütün bu inzibati vahidlər iki mərkəzdən Dərbənd hərbi dairəsindən və mərkəzi Şuşa şə­həri olan “Müsəlman əyalətləri rəisliyi” tərəfindən idarə olunurdu. Bakı, Şirvan və Quba əyalətləri Dərbənd hərbi dairəsinə, Şəki, Qarabağ və Lənkəran əyalətləri “Mü­səl­­man əyalətləri rəisliyi”ə tabe idilər.
XIX əsrin birinci yarısında Şimali Azərbaycanda məhkəmə sistemi 4 kateqoriya məhkəmədən ibarət olmuşdur: əyalət məhkəmələri, şəhər məhkə­mələri, şəriət məhkə­mələri, hərbi məhkəmələr. Əyalət məhkə­mələri Qarabağ və Şəkidə yara­dılmışdı, onlara komendantlar başçılıq edirdi. Bakı, Quba və Gəncədə şəhər məhkəmələri fəaliyyət göstə­rirdi. Hərbi məh­kəmələrdə ağır cinayətlərə baxılırdı. Hər bir əyalətdə ruhani idarələrinin başında baş qazı dururdu və o şəriət məhkəmələrinə başçılıq edirdi. Şəriət məhkəmə­lərin­də nigah, vərəsəlik və s. məsələlərə dair mülki işlərə baxılırdı.
Əyalət komendantlarının özbaşınalığı, əhalinin amansız şəkildə istismarı çar məmurlarının özləri tərəfindən də etiraf edilirdi. 1829-1830-cu illərdə Cənubi Qafqazda yoxlama keçirən senatorlar Kutaysov və Meçnikov müsəlman əyalətlərində maliyyə-vergi sisteminin bərbad halda olması, qanunsuzluqlar və özbaşınalıqlar haqqında ətraflı bəhs etmişlər. Komendant idarə üsulu müstəmləkə idarəetmə sistemi olub, hərbi-feodal xarakteri daşıyırdı.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin