Azərbaycan tarixi


Cənubi Azərbaycanda babilər hərəkatı



Yüklə 0,62 Mb.
səhifə166/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   162   163   164   165   166   167   168   169   ...   269
Azərbaycan tarixi mühazirə

Cənubi Azərbaycanda babilər hərəkatı. 1848-ci ildə İranda Babilər hərəkatı başlandı və 1852-ci ilə kimi davam etdi. Babizm təri­qətinin və hərəka­tının rəhbəri şirazlı Seyid Əli Məhəmməd idi. Onun əsas ideyaları “Bəyan” adlı kitabında toplanmışdır. Onun fikrincə, ülamə və hakimlərin zülmü nəticə­sində İran əziyyət və bədbəxtlər diyarına çevril­miş, artıq imam Mehdinin zühür etməsi vaxtı çatmışdır. Ona görə də o, özünü əvvəlcə imam Mehdi ilə xalq arasında vasi­təçi - Qapı (Bab), sonra isə yeni peyğəmbər elan etmişdi. Babın ideyalarında sənətkar, tacir və kəndlilərin arzuları ifadə edilmişdir. Babın qadın azadlığı ideyası hərəkata çoxlu qadınların qoşulmasına səbəb oldu. Onlardan biri qəzvinli müctəhidin qızı Zərrintac idi. Onun üsyançılar arasında böyük nüfuzu var idi.
Babın təliminin bəzi davamçıları onun demokratik ideyalarını inkişaf etdirərək hələ müəllimlərinin sağlığında şah hakimiyyətinə qarşı bir sıra üsyan­lar qaldırmışdılar. Onlar hüquq bərabərliyi, mövcud qanunların, xüsusi mülkiy­yətin ləğv edilməsi şüarlarını da irəli sürür­dülər. Babilər hərəkatının Azər­baycanda əsas mərkəzi Zəncan idi. 1850-ci ildə Zəncan babiləri şəhərin bir hissəsini tutdular. Üsyana Molla Məhəmməd başçılıq edirdi. Üsyançıların əksə­riy­yətini sənətkarlar, kəndlilər təşkil edirdi, din xadimlərinin aşağı təbəqəsi də üsyana qoşulmuşdu. 1850-ci ilin dekabrında Zəncan üsyanı amansızlıqla yatı­rıldı. Zərrintac 1852-ci ildə Tehranda gizli şəkildə öldürüldü, bir çox babilər İranı tərk etdilər. Babilər hərəkatı İranda feodalizmdən kapitalizmə keçid dövründə ən böyük üsyan idi.


15.6.XIX əsrin birinci yarısında Azərbaycan mədəniyyət


Maarif. XIX əsrin birinci yarısında Rusiya maarifin inkişafına görə Avropa ölkələrindən geri qalırdı. Rusiyanın tərkibində olan Şimali Azərbaycanda maarif sahəsində vəziyyət daha pis idi. Rusiya hökuməti Azərbaycanda dövlət məktəbləri yaratmaq qərarına gəldi. Burada məqsəd dövlət idarələrində işləmək üçün yerlilərdən çarizmə sadiq məmurlar hazırlamaq idi. Rusiya imperiyasında təhsil silki xarakter daşıyırdı və aşağıdakı pillələrdən ibarət idi:
I pillə - birillik kənd məktəbi; II pillə - qəza məktəbləri; III pillə - gimnaziya; IV pillə - universitet və Ali texniki məktəblər.
1829-cu ildə “Cənubi Qafqaz məktəbləri haqqında Nizamnamə” qəbul edildi; “Nizam­namə”yə görə Şimali Azər­bay­canda qəza məktəb­lərinin (“rus məktəblərinin”) açılması nəzərdə tutulurdu. 1830-cu illər­də Şuşada, Nuxada, Bakıda, Yelizavetpolda (Gəncədə), Nax­çı­vanda və Şamaxıda qəza məktəbləri açıldı. 1849-cu ildə Qafqaz Təhsil dairəsi yaradıldı və 1853-cü ildə yeni məktəb nizam­naməsi qəbul edildi. Bu nizamnaməyə görə Quba və Ordubadda (1854), Lənkəranda (1856) birsinifli ibtidai məktəblər açıldı. 1854-cü ildə Şamaxıda ali dördsinifli məktəb açıldı və 1859-cu ildə - zəlzələdən sonra bu məktəb Bakıya köçürüldü.
Açılan dövlət məktəbləri xalq arasında “rus məktəbləri” kimi tanınırdı. 1832-ci ildə A.Bakıxanov “Dünyəvi müsəlman məktəbləri” haqqında layihə yazdı və Qafqazın baş hakimi baron Rozenə təqdim etdi. Lakin, həmin layihə həyata keçirilmədi.
Sədaqətli ruhanilər hazırlamaq üçün “müsəlman məktəbləri” açılmışdı.Tiflisdə açılan bu məktəblər sünnü və şiə məzhəbləri üçün ayrı-ayrılıqda fəaliyyət göstərirdi. Çariz­min məqsədi müsəlmanlar ara­sında dini təfriqəni daha da dərinləşdirmək idi. XIX əsrin birinci yarısında Şimali Azər­baycanda, həmçinin mollaxanalar (ibtidai məktəb­lər), mədrəsələr və xüsusi fərdi məktəblər də fəaliyyət göstərirdi.1801-ci ildə Şuşada İbrahim xanın məscidi yanında yaradılmış məktəb əsrin ikinci yarısında da öz fəalyyətini davam etdirmişdi.
Azərbaycan dilinin tədrisi Azərbaycan dilinə aid dərsliklər yaradılmasını tələb edirdi. 1839-cu ildə Mirzə Kazım bəy “Türk - tatar dilinin qrammatikası” adlı dərslik yazdı. Bu dərslik Demidov mükafatına layiq görülmüşdür.Bundan savayı, A.Z.Budaqov “Türk - tatar dilinin əlifbası” (1844), M.Ş.Vazeh və İ.Qriboyedov “Kitabi – türkü” (1850) adlı dərsliklər hazırladılar.
Elm. XIX əsrin birinci yarısında Azərbaycanın sosial-iqtisadi və mədəni geriliyi elmin də inkişafına mənfi təsir göstərdi.
Azərbaycanda tarix elminin inkişafında A.Bakıxanovun fars dilində yazdığı “Gülüstani-İrəm”əsəri (1841) xüsusi rol oynamışdı. Yazıl­masında müxtəlif qaynaqlardan istifadə olunan “Gülüstani-İrəm” Azərbaycan tarixi haqqında ilk tam əhatəli kitab kimi qədim zaman­lardan 1813-cü ilə qədərki dövrü əhatə edirdi.Kitab ilk dəfə 1923-cü ildə Bakıda “Azərbaycan tarixi” adı ilə Azərbaycan dilində, 1926-cı ildə isə rus dilində nəşr edilmişdir.
Tarix elminin inkişafında, həmçinin Azərbaycan dilində yazılmış Kərim ağa Şəkixanovun “Şəki xanlarının müxtəsər tarixi” (1829), Mirzə Adıgözəlbəyin “Qarabağ­namə” (1845), Hacı Seyid Əbdülhəmidin “Şəki xanları və onların nəsilləri”, farsca yazılan Mirzə Camal Cavanşirin “Qarabağ tarixi”(1847) və İsgəndər bəy Hacinskinin rus dilində qələmə aldığı “Qubalı Fətəli xanın həyatı” əsərlərinin böyük əhəmiyyəti olmuşdur.
Azərbaycanın zəngin fəlsəfi fikir tarixi bu dövrdə A.A.Bakıxanov və M.Ş. Vazeh tərəfindən davam etdirilirdi. Bakıxanovun başlıca fəlsəfi əsəri “Təhzib-ül-əxlaq” əsəridir. Müəllif burada elmin insanların təcrübi fəaliyyətinə münasi­bəti problemlərinə geniş yer ayırır, elm və təcrübənin vəhdətini sübut edir. M.Ş.Vazehin poeziyasında dərin fəlsəfi fikirlər vardır.
XIX əsrdə Rusiyada şərqşunaslığının əsasının qoyulma­sında Mirzə Cəfər Topçubaşov və Mirzə Kazımbəyin xüsusi xidmətləri olmuş­dur. Mirzə Cəfər Topçubaşov (1784-1869) 1835-ci ildən Peter­burq uni­ver­sitetində İran ədəbiyyatı kafedrasının müdiri və professoru olmuş və Asiya departamenti nəzdində Şərq dilləri institu­tunda çalışmış, Böyük Britaniya Kral cəmiyyətinin həqiqi üzvü, Rusiya Arxeologiya cəmiy­yətinin “Şərq sikkəşünaslığı” şöbəsinin rəhbəri olmuşdur. Şərq dilləri və tarixi üzrə bir sıra əsərlərin müəllifidir.
1846-cı ildə şərqşünas Bodenştedt M.Ş.Vazehin şeirlərini Alma­niyaya aparmış və 1851-ci ildə “Mirzə Şəfinin şərqiləri” adı altında, 1873-cü ildə isə öz adı altında nəşr etdirmişdir.
Coğrafiya elmi üzrə A.A.Bakıxanov “Ümumi coğrafiya” və “Kəşf- ül Qəraib” (Kolumbun kəşfinə dair) əsərlərini yazmışdır. Hacı Zeynalabdin Şirvani Şərq ölkələrinə 37 illik səyahətin nəticəsi kimi fars dilində “Cənnət bağı səyahətləri” (1821-1822) və “Səyahət bağı” (1832) adlı iki əsər yaratmışdır.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin