Azərbaycan tarixi


Şəhərlər. Sənətkarlıq və ticarət



Yüklə 0,62 Mb.
səhifə174/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   170   171   172   173   174   175   176   177   ...   269
Azərbaycan tarixi mühazirə

Şəhərlər. Sənətkarlıq və ticarət. Azərbaycanda 10 şəhər və 5 qəza mərkəzi var idi. Coşğun inkişaf mərhələsində olan Bakı hər tərəfdən özunə əhali cəlb edirdi. Şəhərin əhalisi sürətlə artırdı. Bakı 112 min əhalisi olan şəhərə çevrilmişdi. Gəncə əhalisinin sayına görə ikinci şəhər idi. Şamaxı, Şəki, Şuşa şəhərlərinin hər birində 20 mindən çox əhali yaşayırdı. Şəhərlərin sosial struk­turunda ciddi dəyişikliklər əmələ gəlmişdi. Şəhərlər inkişaf edirdi, Bakı isə daha sürətlə dəyişirdi. 1859-cu ildə Bakıda Qubernator bağı, 1882-83-cü illərdə Nobel bagı salındı. Bakıda ilk elektrik stansiyası “Qafqaz və Merkuru” cəmiyyətinə məxsus idi. 1889-cu ildə Bakıda konka işə salındı. Bakının su təhcizatı çox pis vəziyyətdə idi.
XIX əsrin ikinci yarısında hələ manufaktura səviyyəsinə çat­mayan, kustar sənət sahələri vardı. Kapitalist sənayesi inkişaf etməsə də, əhalinin müəyyən ehtiyaclarını sənətkarlıq emalatxanaları ödəyirdi. Lakin kustar sənətin bütün sahələrinin vəziyyəti eyni deyildi. Bəzi sahələrin məhsulları fabrik məhsulları ilə rəqabətə girə bilməyib zəifləyirdi. Lakin bəzi sahələr, xüsusilə xalçaçılıq inkişaf edirdi. Dulus­çuluq, metalişləmənin bir çox sahələri kustar istehsal formasında davam edirdi.
Kənd təsərrüfatı və sənayenin inkişafı, yolların yaxşılaş­dırıl­ması Azər­bay­canın Ümumrusiya və dünya əmtəə tədavülünə cəlb edilməsi ölkənin daxili və xarici ticarətinə öz təsirini göstərirdi. Ağdaş, Ağdam və Qaxda yarmarkaya oxşar bazarlar meydana gəldi. 1887-ci lidə Bakıda ilk yarmarka keçirildi. Azərbaycan Rusiya ilə İran arasında gedən ticarətdə mühüm rol oynayırdı.


16.3.Azərbaycanda kəndli hərəkatı

İslahatdan sonra Azərbaycan kəndində ictimai təbə­qə­ləşmə güc­ləndi. Onlardan biri əlində xeyli torpaq cəmləşdirmiş varlı kənlilər (qolço­maqlar), digəri isə torpaqsız və ya aztorpaqlı kəndlilər idi. Dövlət kəndliləri dövlətə bir sıra vergilər verirdilər. Sahibkar kəndliləri sahib­karlarla yanaşı, dövlət vergiləri də ödəyirdilər. Bu isə onların vəziy­yətini daha da ağırlaşdırırdı. Çarizmin köçürmə siyasəti nəticəsində yerli kəndlilər öz torpaq­larının xeyli hissəsini itirirdi. Bütün bunlar kəndlilərin çarizmə və yerli bəylərə qarşı narazılığını gücləndirdi.


Kəndlilərin mübarizəsi fəal və qeyri-fəal formada gedirdi. Haki­miy­yət orqanlarına şikayət etmək halları geniş yayılmışdı. Lakin şika­yətləri heç bir nəticə vermədikdə kənd­lilər vergiləri verməkdən, mükəl­ləfiyyətləri yerinə yetirməkdən boyun qaçırır, mülkə­darlara məx­sus torpaqları ələ keçirirdilər. Bir çox hallarda bəylərin və mülkədarların evləri, malikanələri yandırılır və özləri öldürülürdü.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin