Azərbaycan tarixi


Azərbaycanlıların müharibədə iştirakı



Yüklə 0,62 Mb.
səhifə184/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   180   181   182   183   184   185   186   187   ...   269
Azərbaycan tarixi mühazirə

Azərbaycanlıların müharibədə iştirakı. Etibarsızlıq üzündən çarizm Rusiyada yaşayan müsəlmanlardan, o cümlədən azərbay­canlıları orduya rəsmən çağırmırdı. Azərbay­candan rus ordusuna xidmətə yalnız ali müsəlman silkinə məxsus olanlar qəbul edilirdilər. Birinci Dünya müharibəsi illərində rus ordusu sıralarında 200 nəfərdən çox azərbay­canlı zabit qulluq edirdi. Artilleriya generalları Səməd bəy Mehman­darov (1857-1931), Əliağa Şıxlinski, general Hüseynxan Naxçıvanski (1863-1919), general İbrahim ağa Vəkilov, onun oğlu polkovnik Qalib Vəkilov, ilk azərbaycanlı təyyarəçi Fərrux ağa Qaibov və başqaları bu qəbildən idilər. General - leytenant rütbəsinə qədər yüksəlmiş Əliağa Şıxlinski müharibə illərində bir sıra məsul ali komandanlıq vəzifələrini yerinə yetirmiş, Qərb cəbhəsi artilleriya qoşunlarının rəisi, sonra isə 10-cu ordunun komandanı olmuşdu, “Rus artilleriyasının allahı” kimi yüksək ada layiq görülmüşdü.
General-leytenant Səməd ağa Mehmandarov I Dünya müharibəsi dövründə 21-ci diviziyaya komandanlıq etmişdi. O, Lodz (Polşa) əməliyyatı zamanı göstərdiyi sərkərdəlik məharəti və şəxsi igidliyinə görə artilleriya generalı rütbəsinə layiq görülmüşdü. 1915-ci ildə O, 2-ci Qafqaz ordu korpusunun komandanı təyin edilmişdi.General-leytenant Hüseyn­xan Naxçı­vanski Qərb cəbhəsində süvari diviziyasına komandanlıq etmişdi.
General İbrahim ağa Vəkilov ordu qərargahında qulluq etmişdi. Onun oğlu polkov­nik Qalib Vəkilov Qərb cəbhəsində mühəndis polkun­da göstərdiyi igidliyə görə Müqəddəs Georgi ordeni ilə təltif olunmuşdu. Nijeqorod alayında rotmistr olan Teymur Novruzov qeyri-adi igidliyinə görə Müqəddəs Georgi ordeninin dörd dərəcəsi ilə təltif edilmişdi. Kapitan Tərlan Əliyarovbəyov da döyüşlərdə göstərdiyi rəşadətə görə, o zaman çox adama nəsib olmayan Müqəddəs Georgi ordeninin dörd dərəcəsinə layiq görülmüşdü.
İlk azərbaycanlı hərbi təyyarəçi, poruçik Fərrux ağa Qayibov müharibə dövründə «İlya Muromets -16» təyyarəsi ilə dəfələrlə döyüş­lərdə iştirak etmişdi. O, Neman çayı üzərindəki körpünü dağıt­maqda böyük şücaət göstərmişdi. F.A.Qayibov 1916-cı ilin sentyabrında Vilnüs səmasında qarşılaşdığı dörd düşmən təyyarəsindən üçünü məhv etmiş və özü də qəhrəmancasına həlak olmuşdu. O, ölümündən sonra Müqəddəs Georgi ordeni ilə təltif olunmuşdu.
Müharibə illərində Qafqaz xalqlarından ibarət “Qafqaz yadelli süvari diviziyası” yaradılmışdı. Qorxmaz döyüşçülərdən ibarət olan bu alayı ruslar həqarətlə «Vəhşi diviziya» adlandırmışdılar. 1915-ci ildə Şuşada azərbaycanlı gənclərdən təşkil edilən «Tatar süvari alayı» da bu diviziyanın tərkibinə daxil idi. Qərb cəbhəsində Almani­yaya qarşı vuruşan «Tatar süvari alayı»nın 1500-2000 döyüşçüsü vardı.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin