Birinci Dünya müharibəsi və Cənubi Azərbaycanda milli azadlıq hərəkatı. Ş.M.Xiyabani. Birinci dünya müharibəsi dövründə İran özünü bitərəf elan etmişdi. Buna baxmayaraq, İranın şimal-qərb rayonları o cümlədən Cənubi Azərbaycan torpaqları Antanta və alman-türk ordusunun hərbi əməliyyatları meydanına çevrilmışdi.
1914-cü ilin sonuna Cənubi Azərbaycan Osmanlı qoşunlarının nəzarətində idi. 1914-cü il Sarıqamış əməliyyatı (04 dekabr 1914 – 18 yanvar 1915) nəticəsində türklər Cənubi Azərbaycanı tərk etdilər və Cənubi Azərbaycan Rusiya tərəfindən işğal edildi.Rus hərbçiləri Cənubi Azərbaycanda yerli türk əhaliyə qarşı olmazın azğınlıqlar edirdilər.İçib sərxoş olan rus zabitləri və əsgərləri bazarları tez-tez talan edir, tacirləri öz mallarını İranda heç bir dəyəri olmayan rus rubluna satmağa məcbur edirdilər. Müharibə İranda Rusiya bazarından asılı olan iri və orta sanibkarların iqtisadi vəziyyətini ağırlaşdırırdı.
1917-ci il (fevralın 27-də Rusiyada qalib gəlmiş burjua-demokratik inqilabı Cənubi Azərbaycanda milli-azadlıq və demokratik hərəkata təsir göstərdi. Lakin rus qoşunları İrandan çıxarılmadı. Demokratik quvvələr həm İran irticasının, həm də işğalçıların təzyiqinə məruz qaldı.
Cənubi Azərbaycanda xalq hərəkatına İran Demokrat Partiyasının (İDP) əyalət komitəsi istiqamət verirdi. Əyalət komitəsinin rəhbəri Şeyx Məhəmməd Xiyabani idi. 1917-ci il aprelin 9-da İDP əyalət komitəsinin orqanı «Təcəddüd» («Yeniləşmə») qəzeti çap olunmağa başladı. Cənubi Azərbaycanda Tehrandan göndərilən dövlət məmurlarna qarşı narazılıqlar artdı. Təbriz valisi Sərdar Rəşid və Urmiya hakimi vəzifələrindən kənarlasdırıldı. 1917-ci il avqustun 24-də Təbrizdə İDP-nin Azərbaycan əyalət komitəsinin konfransında müstəqil Azərbaycan Demokratik Firqəsi (ADF) elan olundu. ADF-nin Mərkəzi Komitəsi və onun rəhbəri Ş.M.Xiyabani seçildi. 1918-ci ilin fevralında ADF-nin Bakı təşkilatı yaradıldı və bu təşkilat Cənubi Azərbaycan əhalisini azadlıq uğrunda mübarizəyə çağıran «Azərbaycan» qəzetinin nəşrinə başladı.
ADF-nin rəhbəri Xiyabani özünün siyasi-nəzəri platformasını «Təcəddüd», yəni «Yeniləşmə məsləki» adlandırdı. ADF-də sol və sağ cinahlar var idi. Sağ cinah fars dilini danışıq dili hesab edirdi. Xiyabani başda olmaqla sol cinah danışıq dilinin Azərbaycan dili olmasını, İranda demokratik hökumət yaradılmasını, Azərbaycana İranın tərkibində muxtariyyət verilməsini, ingilislərin əlində oyuncağa çeyrilmiş hökumətin istefa verməsini tələb edirdilər. Sollar 1917-ci il noyabr-dekabr aylarında Cənabi Azərbaycanda bu tələblərlə çıxış etdilər. Xalqın çıxışları nəticəsində 1917-cı ilin sonunda Vüsuqüddövlə hökuməti istefa verməyə məcbur oldu.
1918-ci ilin yanvarında Rusiyanın dağılması ilə əlaqədar rus qoşunları Cənubi Azərbaycanı tərk etdi. İngilislər isə qoşunlarını İranda saxladı və buradan qonşu dövlətlərə müdaxilə məqsədilə baza kimi istifadə etməyi planlaşdırırdı. 1918-ci ilin yanvarında ingilis generalı Denstervilin komandanlığı altnda İrana xüsusi hərbi dəstə göndərildi. Bu dəstə Rəşt, Ənzəli və Bakını işğal etməli idi. İngilislər 1918-ci ilin yazında Zəncan, Miyanə, Xoy, Urmiyanı tutdular. Bundan sonra Vüsuqüddövlə yenidən İranda hakimiyyətə gətirildi.Cənubi Azərbaycan ingilis qoşunları tərəfindən işğal edildi.
Birinci Dünya müharibəsində Osmanlı dövlətinə qarşı Rusiyanın tərəfində vuruşan Osmanlı erməniləri və aysorlar məğlub olub İrana qaçdılar, Qərbi Azərbaycanın şəhər və kəndlərində, o cümlədən, Urmiyada və Salmasda məskən saldılar. Güney Azərbaycan əhalisi bu çağırılmamış qonaqları mehribanlıqla qəbul etdi. Lakin çox keçmədən ingilislər bu erməni və aysor qaçqınlarını Qafqazdan qaçıb gəlmiş ermənilərlə birgə silahlandırıb Güney Azərbaycanın qərb hissəsində bir xristian dövləti yaratmaq istədilər. Belə bir dövlətin yaranması isə bu əyalətdə yaşayan Azərbaycan türklərinin soyqırımı bahasına başa gəlməli idi. Həmin dövrdə keçmiş rus, fransız zabitiəri və amerikalı missionerlərin təhriki ilə Cənubi Azərbaycanın şimali-şərqində aysorlar, ermənilər, kürdlər Azərbaycan türklərinə qarşı qırğın törətdilər. Andranik, Marşimon, Petros kimi qatillərin başçılığı ilə erməni və aysorlardan ibarət silahlı xristian ordusu qısa zamanda Urmiya, Salmas və Köhnəşəhərdə 130 000 nəfərdən çox yerli Azərbaycan türk əhalisini son dərəcə faciəvi şəkildə məhv etdi. ADF bu qırğının və işğalın qarşısını almağa çalışırdı. 1918-ci ilin əvvəllərində Türkiyə ordusu Cənubi Azərbaycana daxil olub Təbrizi tutdu. Generallar Xəlil Paşa və Əli Ehsan Paşanın rəhbərlik etdiyi Osmanlı ordusunun gəlişindən sonra erməni və aysorlarınn bütün çirkin planları puça çıxdı.
1918-ci ildə Cənubi Azərbaycanın qərb bölgəsində erməni, aysor, kürd silahlı birləşmələrinin xalqımıza qarşı törətdiyi soyqırım aktının canlı şahidi, Urmiyanın nüfuzlu mülkədarlarından biri olmuş Qulam xan Hişmətin xatirələri kitab halında «Qərib şəhərin hönkürtüləri» başlığı ilə çap edilib. Bu kitab Birinci Dünya Müharibəsi illərində Urmiya ətrafında baş vermiş «Cilovluq» faciəsini (erməni-aysor silahlı dəstələrinin o vaxt Urmiya - Salmas-Xoy-Maku bölgəsində Azərbaycan türklərinə qarşı həyata keçirdiyi kütləvi qırğın Cənubi Azərbaycanda belə adlandırılır) və ondan sonra şəkak kürd tayfasının başçısı İsmayıl Simkonun (Simitkonun) törətdiyi hadisələri əks etdirən mötəbər tarixi mənbədir.
1918-ci ilin noyabrı Birinci Dünya müharibəsi başa çatdı. Mudros barışığının şərtlərinə görə Osmanlı qoşunları Cənubi Azərbaycanı tərk etməli oldu. Onların əvəzinə “Antanta” Ali Şurasının mandatı ilə ingilis qoşunları yenə Cənubi Azərbaycanı işğal etdi.
İngilislər İrandakı fəaliyyətini rəsmiləşdirmək üçün Vüsuqüddövlə hökumətı ilə 1919-cu il avqustun 9-da İngiltərə-İran müqaviləsini bağladılar. İran İngiltərədən siyasi və iqtisadi asılılığa düşdü. Bu müqavilə ABŞ-ın mənafeyinə toxunurdu. ABŞ buna görə də İranda kütlələrin narazılığını ingilislərə qarşı yönəltdi. İngiltərə-İran sazişi xalqın narazılığına səbəb oldu. Narazılıqlar Cənubi Azərbaycanın əsas şəhərlərini əhatə etdı. 1919-cu ilin oktyabrında Təbrizdə üsyan baş verdi, vali şəhərdən qovuldu, çıxışlar 1920-ci ilin əvvəlinədək davam etdi və nümayişçilərin tələbi ilə ingilis hərbi hissələri Təbrizdən çıxarıldı. Bu dövrdən başlayaraq ADF-i fəal mübarizə metoduna keçdi.
1920-ci il aprelin ilk giinlərində ADF-nin üzvlərindən bir neçəsinin həbs edilməsi üsyanın başlanmasına təkan verdi. Aprelin 6-da demokratlar silahlandılar və «Təcəddüd» qəzeti redaksiyasına toplaşdılar. Aprelin 7-də ADF silahlı üsyan planı hazırladı və həmin gün üsyan başladı. Cənubi Azərbaycanda milli - azadlıq hərəkatı sılahlı üsyan mərhələsinə qədəm qoydu. Üsyana rəhbərlik etmək üçün «İctimai İdarə Heyəti» (İİH) təşkii edildi. Buraya Xiyabani başda olmaqla ADF-nin fəal üzvləri daxil oldular. İki gün ərzində Təbriz tutuldu. Xiyabani bildirdi ki, biz Vüsuqüddövlə və ingilislərlə talançı saziş bağlamış hökumət əleyhinə üsyan etmişik.
İctimai İdarə Heyəti Tehrandan gəlmiş məmurları və hərbiçiləri ADF-nin üzviəri ilə əvəz etməyi qarşıya məqsəd qoymuşdıı. Azərbaycan əyalətinə valı təyin edilən Eynüddövlə İİH-nin 8 maddədən tbarət tələbini qəbul edəndən sonra Təbrizə gəldi. O, demokratların tələbiərini sözdə qəbııl etdi və demokratlara qarşı qiyam hazırladı. Lakin demokratlar qiyamın qarşısını ala bildilər. İngilis səfirinin nümayəndəsi Felmond Xiyabani ilə danışıqlar aparırdı. Xiyabaninin tələbi ilə 1920-ci ildə hind sipahiləri Təbrizdən çıxarılıb Azərbaycandan kənarlaşdırıldılar.
Təbriz üsyanı ilə bütün İranda imperializmə və daxili irticaya qarşı hərəkat yeni vüsət aldı. 1920-ci il iyunun ilk günlərində Gilan Respublikası elan edildi. Burada Təbriz üsyanına xüsusi maraq göstərilirdi.